20/09/2017 06:02
728 x 90

Azər­bay­ca­nın val­yu­ta eh­ti­yat­la­rı qı­sa vaxt­da 3 mil­yard dol­lar ne­cə art­dı...

"Eti­raf et­mək la­zım­dır ki, hö­ku­mət bu si­ya­sə­ti uğur­la hə­ya­ta ke­çi­rə bil­di"

img

Vü­qar Bay­ra­mov: "Azər­bay­ca­nın val­yu­ta eh­ti­yat­la­rı öl­kə­nin xa­ri­ci bor­cun­dan 5 də­fə çox­dur"

 

"Bi­zim val­yu­ta eh­ti­yat­la­rı­mız ar­tıb və bu gü­nə 40,6 mil­yard dol­lar təş­kil edir. Bu da çox gö­zəl gös­tə­ri­ci­dir. Çün­ki ilin əv­və­lin­dən bu gü­nə qə­dər val­yu­ta eh­ti­yat­la­rı­mız təx­mi­nən 3 mil­yard dol­lar ar­tıb". Bu fik­ri Pre­zi­dent İl­ham Əli­yev Na­zir­lər Ka­bi­ne­ti­nin 2017-ci ilin bi­rin­ci ya­rı­sı­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sın­da bil­di­rib.

Döv­lət baş­çı­sı­nın söz­lə­ri­nə gö­rə, nef­tin qiy­mə­ti­nin düş­mə eh­ti­ma­lı­na rəğ­mən, öl­kə­nin val­yu­ta eh­ti­yat­la­rı ar­tır: "Ba­xın, nef­tin qiy­mə­ti kəs­kin şə­kil­də dü­şüb. Son­ra isə mü­əy­yən də­rə­cə­də qal­xıb. Ye­nə də düş­mə eh­ti­ma­lı var. Am­ma bi­zim val­yu­ta eh­ti­yat­la­rı­mız ar­tır. Nə­yə gö­rə? Dü­şü­nül­müş si­ya­sə­tə gö­rə. Ona gö­rə ki, biz heç vaxt po­pu­list iş­lər­lə məş­ğul ol­ma­mı­şıq. Biz hər za­man öl­kə­mi­zin uzun­müd­dət­li in­ki­şa­fı ilə məş­ğul ol­mu­şuq. Biz həm qə­na­ət et­dik, həm is­la­hat­lar apar­dıq. An­caq stra­te­ji əhə­miy­yət da­şı­yan la­yi­hə­lə­rə və­sa­it ayır­dıq. Əl­bət­tə ki, biz id­xa­lı azalt­mı­şıq, ix­ra­cı isə ar­tır­mı­şıq. Büd­cə ilə bağ­lı heç bir prob­lem yox­dur. Ona gö­rə Neft Fon­dun­dan büd­cə­yə trans­fer­lər də azal­dı. Yə­ni ilin al­tı ayın­da val­yu­ta eh­ti­yat­la­rı­nın 3 mil­yard dol­lar art­ma­sı mü­kəm­məl nə­ti­cə­dir. Bi­zim ki­fa­yət qə­dər güc­lü iq­ti­sa­di im­kan­la­rı­mız və val­yu­ta eh­ti­yat­la­rı­mız var. Azər­bay­can adam­ba­şı­na dü­şən val­yu­ta eh­ti­yat­la­rı­nın həc­mi­nə gö­rə qa­baq­cıl öl­kə­lər sı­ra­sın­da­dır".

Gö­rü­nən odur ki, düz­gün iq­ti­sa­di si­ya­sə­tin nə­ti­cə­si ola­raq öl­kə­nin val­yu­ta eh­ti­yat­la­rı art­ma­ğa doğ­ru ge­dir. Ma­raq­lı­dır, bəs iq­ti­sad­çı­lar bu ar­tı­mın sə­bəb­lə­ri­ni nə ilə əla­qə­lən­di­rir?
Sö­zü­ge­dən mə­sə­lə­ni "Ba­kı-Xə­bər"ə şərh edən iq­ti­sad­çı-eks­pert Vü­qar Bay­ra­mo­vun söz­lə­ri­nə gö­rə, post­neft döv­rü baş­la­nan za­man əsas prio­ri­tet mə­sə­lə­lər­dən bi­ri öl­kə­də qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fı idi: "O za­man hö­ku­mət val­yu­ta eh­ti­yat­la­rı­nın qo­ru­nub sax­lan­ma­sı ilə bağ­lı gös­tə­riş­lər ver­di. Nə­ti­cə­də 2016-cı ilin ikin­ci ya­rı­sın­dan baş­la­ya­raq Mər­kə­zi Bank in­ter­ven­si­ya­nı azalt­dı və bu da eh­ti­yat­la­rın art­ma­sı­na şə­ra­it ya­rat­dı. Ey­ni za­man­da, Döv­lət Neft Fon­du­nun eh­ti­yat­la­rı da­ha op­ti­mal şə­kil­də xərc­lən­di. Apa­rı­lan iq­ti­sa­di si­ya­sət val­yu­ta eh­ti­yat­la­rı­nın art­ma­sı­na zə­min ya­rat­dı və nə­ti­cə­də öl­kə iq­ti­sa­diy­ya­tı nef­tin ye­ni qiy­mət­lə­ri­nə uy­ğun­laş­dı. Bü­tün bun­lar, tə­bii ki, val­yu­ta eh­ti­yat­la­rı­nın ar­tı­rıl­ma­sı ba­xı­mın­dan va­cib idi. Dü­şü­nü­rəm ki, val­yu­ta eh­ti­yat­la­rı­nın qo­ru­nub sax­lan­ma­sı və ar­tı­rıl­ma­sı si­ya­sə­ti va­cib idi. Eti­raf et­mək la­zım­dır ki, hö­ku­mət bu si­ya­sə­ti uğur­la hə­ya­ta ke­çi­rə bil­di. Bu, iq­ti­sa­di, so­si­al və psi­xo­lo­ji tə­sir­lə­rə ma­lik­dir. Ey­ni za­man­da, nə­zə­rə alaq ki, Azər­bay­ca­nın val­yu­ta eh­ti­yat­la­rı öl­kə­nin xa­ri­ci bor­cun­dan 5 də­fə çox­dur. Bu da, tə­bii ki, sı­ğor­ta yas­tı­ğı­nın for­ma­laş­ma­sı ba­xı­mın­dan ol­duq­ca va­cib əhə­miy­yət kəsb edir. Ona gö­rə də bu hə­də­fə na­il olun­ma­sı həm də Azər­bay­can­da mak­ro­iq­ti­sa­di sa­bit­li­yin qo­run­ma­sı ba­xı­mın­dan va­cib ele­ment­lər­dən he­sab edi­lir".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər