29/05/2017 20:58
728 x 90

Azər­bay­can­lı­la­rın xa­ric­də əm­lak al­ma­sın­da ye­ni dal­ğa baş­la­yıb

img

Da­şın­maz əm­lak ba­za­rın­da son və­ziy­yə­tin təh­li­li bu­ra­da hə­lə fə­al­lıq də­rə­cə­si­nin elə də yük­sək ol­ma­dı­ğı­nı gös­tə­rir. La­kin so­si­al mən­zil­lə­rin in­şa­sı, ipo­te­ka kre­dit­ləş­mə­si­nin həc­mi­nin art­ma­sı fo­nun­da fə­al­lıq də­rə­cə­si­nin təd­ri­cən yük­səl­mə­si göz­lə­nir. Ey­ni za­man­da döv­lə­tin bu sa­hə­yə əla­və in­ves­ti­si­ya­lar yö­nəlt­mə­si də və­ziy­yə­tə müs­bət is­ti­qa­mət­də mü­əy­yən tə­sir­lər edə­cək. Əm­lak­la bağ­lı di­gər ma­raq­lı mə­qam isə həm də öl­kə­miz­dən bu is­ti­qa­mət­də xa­ri­cə axan və­sa­it­lər­dir.

Möv­cud du­rum gös­tə­rir ki, Azər­bay­can­dan olan alı­cı­lar xa­ric­də mən­zil alı­şı­nın coğ­ra­fi­ya­sı­nı ge­niş­lən­di­rir. Əv­vəl­lər MDB öl­kə­lə­ri, Tür­ki­yə bu is­ti­qa­mət­də üs­tün­lük təş­kil edir­di­sə, in­di Av­ro­pa­da mən­zil sa­hi­bi olan azər­bay­can­lı­la­rın sa­yın­da ar­tım qey­də alın­maq­da­dır. Bu­nu "fins" por­ta­lı­na açıq­la­ma­sın­da "Ho­uz­bo­om" şir­kə­ti­nin rəh­bə­ri Xə­qan Qu­la­mov da təs­diq edir. Onun söz­lə­ri­nə gö­rə, son dövr­də Azər­bay­can­da xa­ric­də da­şın­maz əm­la­ka ma­raq ar­tıb.

Eks­pert bil­di­rir ki, yer­li və­tən­daş­la­rın xa­ric­də da­şın­maz əm­la­ka ma­raq gös­tər­mə­si­nin əsas sə­bəb­lə­rin­dən bi­ri ma­na­tın ucuz­laş­ma­sı­dır. Be­lə ki, in­san­lar xa­ric­də da­şın­maz əm­la­ka da­ha çox ya­tı­rım im­ka­nı ki­mi ba­xır. Bə­zi­lə­ri isə tu­rizm im­kan­la­rı­na gö­rə bu­na ma­raq gös­tə­rir. Çe­xi­ya, Es­to­ni­ya ki­mi Av­ro­pa öl­kə­lə­ri­nə da­ha çox kom­mer­si­ya məq­sə­di­lə da­şın­maz əm­lak al­ma­ğa ma­raq gös­tə­rir­lər. Be­lə ki, da­şın­maz əm­la­ka sa­hib olub onu ki­ra­yə ver­mək­lə gə­lir əl­də edir­lər. İs­pa­ni­ya və Tür­ki­yə­də isə tu­ris­tik zo­na­lar­da ev al­maq is­tə­yən­lər da­ha çox­dur: "Mə­sə­lən, kim­sə İs­pa­ni­ya­da də­niz kə­na­rın­da is­ti­ra­hət edir, mə­kan xo­şu­na gə­lir. Qa­yı­dan­dan son­ra hə­min əra­zi­də olan da­şın­maz əm­lak­lar­la ma­raq­la­nır". İn­di­lik­də isə azər­bay­can­lı­la­rın xa­ric­də ən çox Tür­ki­yə­də ev al­ma­sı mü­şa­hi­də olu­nur. Tək­cə 2017-ci ilin mart ayın­da 50 Azər­bay­can və­tən­da­şı Tür­ki­yə­də ev alıb. 2017-ci ilin yan­va­rın­dan mart ayın­da qə­dər bu rə­qəm 159 olub. Ke­çən ilin mü­va­fiq döv­rün­də isə Tür­ki­yə­də 168 soy­da­şı­mız mən­zil alıb. 2016-cı il­də Azər­bay­can və­tən­daş­la­rı Tür­ki­yə­də ümu­mi­lik­də 280 min kvad­rat­metr həc­mi olan 724 mən­zil alıb­lar. Tür­ki­yə­nin mən­zil ba­za­rı araş­dır­ma­sı ilə məş­ğul olan "EVA Gay­ri­men­kul De­ger­le­me" şir­kə­ti­nin he­sa­ba­tı­na gö­rə, 2015-ci il­də azər­bay­can­lı­lar qar­daş öl­kə­də ümu­mi əra­zi­si 127 min kvad­rat­metr olan 864 ədəd əm­lak alıb. Gö­rün­dü­yü ki­mi, alı­nan mən­zil­lə­rin sa­yın­da azal­ma ol­sa da, sa­hə­sin­də bu­nun ək­si­nə ola­raq bö­yük ar­tım var. Araş­dır­ma­lar gös­tə­rir ki, Tür­ki­yə­nin is­ti­ra­hət zo­na­la­rın­dan ev alı­şı xü­su­si diq­qət mər­kə­zin­də­dir.

Eks­pert­lər he­sab edir ki, azər­bay­can­lı­la­rın Tür­ki­yə­nin ku­rort şə­hər­lə­rin­də da­şın­maz əm­la­ka ma­ra­ğı­nın art­ma­sı­nın əsas sə­bəb­lə­rin­dən bi­ri iq­ti­sa­di mə­sə­lə­lər­lə bağ­lı­dır. Çün­ki Tür­ki­yə­də mən­zil­lə­rin qiy­mə­tin­də il­lik ar­tım­lar var. Tür­ki­yə­də bu il alı­nan mən­zi­li bir ne­çə il­dən son­ra ki­fa­yət qə­dər yük­sək məb­lə­ğə sat­maq­la gə­lir əl­də et­mək müm­kün­dür. Di­gər tə­rəf­dən, Tür­ki­yə­də mən­zil­lə­rin qiy­mə­ti hə­lə də Ba­kı ilə mü­qa­yi­sə­də yük­sək de­yil. Sta­tis­ti­ka­ya da nə­zər sal­dıq­da mə­lum olur ki, Tür­ki­yə­də, xü­su­si­lə də İs­tan­bul­da mən­zil alan və­tən­daş­la­rı­mı­zın ək­sə­riy­yə­ti kom­mer­si­ya və iq­ti­sa­di gə­lir əl­də et­mək məq­sə­di gü­dür. Bu­nun­la ya­na­şı, mən­zil alan­lar ara­sın­da öv­lad­la­rı Tür­ki­yə­də təh­sil alan və­tən­daş­lar da az de­yil. Araş­dır­ma­lar za­ma­nı o da mə­lum olur ki, Tür­ki­yə­də mən­zil alan­lar şə­hə­rin­dən və yer­ləş­di­yi əra­zi­dən ası­lı ola­raq iki ka­te­qo­ri­ya­ya bö­lü­nür. Bi­rin­ci ka­te­qo­ri­ya­da xü­su­si­lə ku­rort şə­hər­lə­rin­də mən­zil alan­lar yer alır. Bu­ra Bod­rum, Kə­mər və An­tal­ya baş­da ol­maq­la ki­fa­yət qə­dər ba­ha­lı mən­zil­lər, vil­la­lar alan­lar da­xil­dir. İkin­ci ka­te­qo­ri­ya isə da­ha çox say eti­ba­ri­lə nis­bə­tən or­ta qiy­mə­tə üs­tün­lük ve­rən­lər­dir. Bi­rin­ci ka­te­qo­ri­ya­ya da­xil olan ev­lə­rin qiy­mə­ti 1 mil­yon­dan ar­tıq olan­lar­dır­sa, ikin­ci­lər 100-150 min dol­lar ara­sı də­yi­şən qiy­mə­tə alı­nan mən­zil­lər­dir. Sta­tis­ti­ka isə gös­tə­rir ki, Tür­ki­yə­də ev alan azər­bay­can­lı­lar da­ha çox 100-150 min dol­la­ra mən­zil sa­hi­bi ol­ma­ğa üs­tün­lük ve­rir.

Qeyd edək ki, xa­ric­də ev al­ma­ğa üs­tün­lük ve­rən azər­bay­can­lı­lar Tür­ki­yə­dən baş­qa Mər­kə­zi və Şər­qi Av­ro­pa öl­kə­lə­rin­də də mülk sa­hi­bi ol­ma­ğa üs­tün­lük ve­rir. Və­tən­daş­la­rı­mız bu öl­kə­lər ara­sın­da da­ha çox Çe­xi­ya­ya üs­tün­lük ve­rir. Ey­ni za­man­da son il­lər Ma­ca­rıs­tan və Pol­şa­da da mən­zil alan­la­rın sa­yın­da ar­tım var. La­kin bu bir o qə­dər də cid­di rə­qəm­lə ifa­də olun­mur. Qər­bi Av­ro­pa öl­kə­lə­rin­dən Al­ma­ni­ya­da mən­zil alan azər­bay­can­lı­la­rın sa­yın­da yük­səl­mə var. La­kin bü­tün bun­la­rın fo­nun­da Azər­bay­can­da ya­şa­yıb İn­gil­tə­rə, Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rı ki­mi öl­kə­lər­də ev alan­la­rın sa­yı az­dır. Am­ma bu is­ti­qa­mət­də ye­nə ötən il­lə­rə nis­bə­tən mü­əy­yən ar­tım var. He­sab edi­lir ki, ma­liy­yə im­kan­la­rı yük­sək olan şəxs­lə­rin qar­şı­da­kı dövr­də də xa­ric­də da­şın­maz əm­la­ka bö­yük və­sa­it ya­tır­ma­sı pro­se­si da­vam edə­cək.

Ta­hir TA­ĞI­YEV

-bidi-font-weight:normal'>Ta­hir TA­ĞI­YEV

 

Son xəbərlər