23/11/2017 00:33
728 x 90

"At­ra­bank"ın 37 mil­yon­luq əm­la­kı 14 mil­yon ma­na­ta hər­ra­ca çı­xa­rı­lır

"He­sab edi­rəm ki, əm­la­kı hər­ra­ca çı­xa­rı­lan bank­lar əma­nət­çi­lə­rə olan bor­cu­nun bir qis­mi­ni qay­ta­ra bi­lər"

img

Za­kir Əh­mə­dov: "Əm­la­kı hər­ra­ca çı­xar­maq­la mə­sə­lə bit­mir"

 

Xə­bər ve­ril­di­yi ki­mi, Azər­bay­can­da ləğ­vet­mə pro­se­sin­də olan bank­lar­dan ilk ola­raq "Ro­yal Bank" və "At­ra­bank" ASC-lə­rin əm­la­kı hər­ra­ca çı­xa­rı­la­caq. Bu­nu mət­bua­ta açıq­la­ma­sın­da Əma­nət­lə­rin Sı­ğor­ta­lan­ma­sı Fon­du­nun ic­ra­çı di­rek­to­ru Azad Ca­va­dov bil­di­rib. Onun söz­lə­ri­nə gö­rə, ya­xın za­man­lar­da bu­nun­la bağ­lı mü­qa­vi­lə im­za­la­na­caq: "Ar­tıq Hər­rac Mər­kə­zi ilə da­nı­şıq­lar apa­rı­lıb. Fon­dun Hi­ma­yə­çi­lik Şu­ra­sı tə­rə­fin­dən əm­lak­la­rın hər­ra­ca və sa­tı­şa çı­xa­rıl­ma­sı qay­da­la­rı ha­zır­la­nıb və təs­diq­lə­nib.

Ya­xın za­man­lar­da Hər­rac Mər­kə­zi ilə mü­qa­vi­lə im­za­la­na­caq. "At­ra­bank"ın bü­tün əm­la­kı sa­tı­şa çı­xa­rı­la­caq. Əm­lak­lar sa­tıl­dıq­ca, kre­di­tor­la­rın tə­ləb­lə­ri da­ha sü­rət­lə ye­ri­nə ye­ti­ri­lə­cək. "At­ra­bank"ın əm­la­kı­nın ba­zar də­yə­ri 14 mil­yon ma­nat də­yə­rin­də qiy­mət­lən­di­ri­lir. Əm­lak­la­rın ba­lans də­yə­ri isə 37 mil­yon ma­nat təş­kil edir".

Ma­raq­lı­dır, sö­zü­ge­dən bank­la­rın əm­la­kı sa­tıl­dıq­dan son­ra hə­min bank­la­rın əma­nət­çi­lə­rə olan bor­cu­nu tam qay­tar­maq müm­kün ola­caq­mı? Mə­sə­lə on­da­dır ki, Azər­bay­can­da bir sı­ra bank­lar bağ­la­nan­dan son­ra cid­di prob­lem­lər or­ta­ya çıx­dı. Xü­su­sən də sı­ğor­ta­lan­ma­yan əma­nət­lə­rin qay­ta­rıl­ma­sı mə­sə­lə­sin­də bu özü­nü da­ha qa­ba­rıq for­ma­da gös­tər­mə­yə baş­la­dı. O ba­xım­dan eks­pert­lə­rin göz­lən­ti­lə­ri nə­dən iba­rət­dir?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən eks­pert Za­kir Əh­mə­do­vun söz­lə­ri­nə gö­rə, əm­lak sa­tı­lan­dan son­ra bü­tün borc­la­rın tam qay­ta­rıl­ma­sı re­al gö­rün­mür. O bu­nu bir sı­ra ar­qu­ment­lər­lə əsas­lan­dır­dı: "Mə­sə­lə on­da­dır ki, sı­ğor­ta olu­nan əma­nət­lər­lə bağ­lı prob­lem ya­şan­mır. Əma­nət­lə­rin Sı­ğor­ta­lan­ma­sı Fon­du li­sen­zi­ya­sı ləğv olu­nan bank­la­rın qo­ru­nan əma­nət­lə­ri ilə bağ­lı kom­pen­sa­si­ya ödə­yir. Bu­nun­la əla­qə­dar la­zı­mi in­for­ma­si­ya­la­rı da ve­rir. Mə­sə­lən, "At­ra­bank" ASC-nin qo­ru­nan əma­nət­lə­ri ilə bağ­lı 14 mln. 271 min ma­nat (ümu­mi kom­pen­sa­si­ya öh­də­li­yi­nin 98,1 %-dən ar­tıq) kom­pen­sa­si­ya ödə­ni­şi hə­ya­ta ke­çi­ri­lib. "Ro­yal Bank"da da qo­ru­nan əma­nə­ti olan­la­ra kom­pen­sa­si­ya ödə­ni­şi ba­şa ça­tıb. Əma­nət­lə­rin Sı­ğor­ta­lan­ma­sı Fon­du ban­kın əma­nət­çi­lə­ri­nə top­lam təx­mi­nən 17 mln. ma­nat ödə­yib. An­caq mə­sə­lə on­da­dır ki, bu­nun­la prob­lem həll olun­mur. 2012-ci ilin or­ta­la­rın­da "Ro­yal Bank"ın li­sen­zi­ya­sı ləğv olu­nan­dan son­ra əma­nət­çi­lə­rə 41 mil­yon ma­nat bor­cu ya­ran­mış­dı. Bu­nun 17 mil­yo­nu­nu ƏSF ödə­yib­sə, yer­də qa­lır 34 mil­yon ma­nat. Ha­zır­kı iq­ti­sa­di şə­ra­it­də hər­ra­ca çı­xa­rı­lan əm­lak alı­nar­sa və bu­nun üçün tə­ləb olu­nan ödə­niş edi­lər­sə, o za­man müş­tə­ri­lə­rin bor­cu qay­ta­rı­la­caq. Yox, hər­ra­ca çı­xa­rı­lan əm­la­ka müş­tə­ri ta­pıl­maz­sa, yə­ni sa­tış qiy­mə­ti alı­cı­nı qa­ne et­mə­sə, o za­man çə­tin ola­caq. Əm­la­kı hər­ra­ca çı­xar­maq­la mə­sə­lə bit­mir. Əsas odur ki, onu tək­lif olu­nan qiy­mə­tə alan ol­sun. Bu­na da ümu­mi iq­ti­sa­di və­ziy­yət öz tə­si­ri­ni gös­tə­rir. O ba­xım­dan he­sab edi­rəm ki, əm­la­kı hər­ra­ca çı­xa­rı­lan bank­lar əma­nət­çi­lə­rə olan bor­cu­nun bir qis­mi­ni qay­ta­ra bi­lər".
Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər