13/12/2017 05:28
728 x 90

Ye­ni tip­li bir­gə Azər­bay­can-Ru­si­ya "Ma­liy­yə Fon­du"...

"Bu, el­mi-tex­ni­ki sa­hə­də təc­rü­bə mü­ba­di­lə­si­nə öz töh­fə­si­ni ve­rə bi­lər"

img

Ən­vər Fə­rə­cov: "Bir­gə fon­dun ya­ra­dıl­ma­sı in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı sa­hə­sin­də bir sı­ra la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə im­kan ve­rə­cək"

 

"Azər­bay­can və Ru­si­ya in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı sa­hə­sin­də pers­pek­tiv­li la­yi­hə­lə­rin ma­liy­yə­ləş­di­ril­mə­si məq­sə­di­lə bir­gə mü­əs­si­sə fon­du­nun ya­ra­dıl­ma­sı üçün hü­qu­qi ba­za ha­zır­la­nır".  Bu­nu mə­tua­ta açıq­la­ma­sın­da Nəq­liy­yat, Ra­bi­tə və Yük­sək Tex­no­lo­gi­ya­lar Na­zir­li­yi­nin İn­for­ma­si­ya Tex­no­lo­gi­ya­la­rı­nın İn­ki­şa­fı Döv­lət Fon­du­nun ic­ra­çı di­rek­to­ru El­çin Zey­na­lov de­yib.

Onun söz­lə­ri­nə gö­rə, bu­nun­la bağ­lı bir­gə mü­əs­si­sə fon­du­nun ya­ra­dıl­ma­sı əla­və im­kan­lar tə­min edə­cək: "Bir­gə fond ya­rat­maq üçün biz Ru­si­ya "Ven­tu­re" şir­kə­ti ilə mü­za­ki­rə apa­rı­rıq. Ha­zır­da onun for­ma­laş­ma­sı üçün hü­qu­qi ba­za ha­zır­la­nır. Bu­ra­da bi­zim ba­za­ra Ru­si­ya, on­la­rın ba­za­rı­na Azər­bay­can şir­kət­lə­ri­nin çı­xış im­kan­la­rın­dan söh­bət ge­dir. Bu yol­la İKT sa­hə­sin­də hər iki öl­kə­də əla­qə­lə­ri ge­niş­lən­dir­mək, ye­ni im­kan­lar əl­də et­mək müm­kün ola­caq".

E.Zey­na­lo­vun açıq­la­ma­sın­dan o da mə­lum olub ki, hər iki öl­kə­nin möv­cud qa­nun­ve­ri­ci­li­yi be­lə bir fon­dun ya­ra­dıl­ma­sı­na im­kan ve­rir.
Ma­raq­lı­dır, bəs eks­pert­lər in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın in­ki­şa­fı ilə bağ­lı bir­gə fon­dun ya­ra­dıl­ma­sı tə­şəb­bü­sü­nə ne­cə ya­na­şır? 
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən eks­pert Ən­vər Fə­rə­co­vun söz­lə­ri­nə gö­rə, prin­sip­cə, iki öl­kə ara­sın­da bir­gə fon­dun ya­ra­dıl­ma­sı pers­pek­tiv­li­dir: "Düz­dür, Ru­si­ya­da in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın in­ki­şaf sə­viy­yə­si Qərb öl­kə­lə­rin­də ol­du­ğu qə­dər de­yil. An­caq nə­zə­rə al­saq ki, Ru­si­ya bö­yük döv­lət­dir, kos­mik sə­na­ye­yə və bir sı­ra di­gər sə­na­ye sa­hə­lə­ri­nə ma­lik­dir, o ba­xım­dan bir­gə fon­dun ya­ra­dıl­ma­sı məq­sə­də­uy­ğun­dur. Çün­ki Ru­si­ya­nın da bu sa­hə­də mü­əy­yən tex­no­lo­ji im­kan­la­rı var. İT üz­rə bir sı­ra mü­tə­xəs­sis­lər qon­şu öl­kə­də fəa­liy­yət gös­tə­rir. Bu­nun­la bağ­lı bir­gə fon­dun ya­ra­dıl­ma­sı sö­zü­ge­dən sa­hə­də bir sı­ra la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə im­kan ve­rə­cək. Ey­ni za­man­da bu, el­mi-tex­ni­ki sa­hə­də təc­rü­bə mü­ba­di­lə­si­nə öz töh­fə­sin ve­rə bi­lər. Çün­ki gö­rür­sən ki, İT sa­hə­si ilə bağ­lı or­ta­da ma­raq­lı la­yi­hə­lər olur. Am­ma və­sai­tin ol­ma­ma­sı sə­bə­bin­dən onu hə­ya­ta ke­çir­mək müm­kün ol­mur. Bir­gə fon­dun ol­ma­sı bu ki­mi prob­lem­lə­rin həll olun­ma­sı­na öz müs­bət tə­si­ri­ni gös­tə­rə­cək. O üz­dən, bu­nun­la bağ­lı iki öl­kə ara­sın­da əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si­nə müs­bət priz­ma­dan ya­na­şı­ram".
Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər