27/04/2017 01:38
728 x 90

"Baku Travel Bazaar Wellness ” beynəlxalq turizm sərgisi keçirildi

img

Bakının “Marriot JW Absheron” otelində növbəti  3-cü “Baku Travel Bazaar Wellness ” beynəlxalq elit turizm sərgisi və B2B – ikitərəfli görüşləri  keçirilib. Sərgi bu dəfə bütünlüklə Azərbaycan da daxil olmaqla, Avropanın turizm bazarına həsr edilib.

Ənənəvi olaraq “Chance Travel Consulting” (Ukrayna) və “R&S Group” (Azərbaycan) şirkətləri tərəfindən təşkil edilmiş tədbirdə Avropanın çoxsaylı ölkələrindən dəbdəbəli otellərin, turizm şirkətlərinin, kurortların, klinikaların, təhsil və ticarət müəssisələrinin, avtomobil icarəsi üzrə şirkətlərin nümayəndələri iştirak ediblər. Azərbaycanın 200-dən çox aparıcı turizm şirkətinin seminar iştirakçısı kimi dəvət edilib. Ümumilikdə, 20-dən artiq ölkənin 35-dən artıq şirkəti bu tədbirin iştitakçısı olub.
B2B görüş formatı turizmin hər konkret istiqamətini təfsilatı ilə öyrənməyə, yeniliklərlə tanış olmağa, sənayenin son tendensiyalarından xəbər tutmağa, zəruri olan müsbət təcrübə toplamağa imkan yaradır. Bakıya həmkarları ilə görüşmək üçün gəlmiş Avropa şirkətinin nümayəndələri Azərbaycan bazarı ilə əlaqə qurmağa və əməkdaşlıq etməyə olduqca maraq göstərirlər”.
Hazırkı tədbirin iştirakçıları sırasında Azərbaycan, İsveçrə, Fransa, Almaniya, İtaliya, Türkiyə, Böyük Britaniya, Sloveniya və digər ölkələrdən şirkətlər tədbirdə aktiv  yer alıb
Rəsmi qonaqlar qismində  Qlobal Sağlamlıq Turizmi Təşkilatının vitse-prezidenti(eyni zamanda Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyasının sədri ) Ruslan Quliyev və Bakı Skal Klubunun (Turizm Peşəkarları Təşkilatının ) vitse-prezidenti Jeyhun Aşurov   “Baku Travel Bazaar Wellness ” beynəlxalq turizm sərgisini ziyarət etmiş və təşkilatçılara, həmçinin iştirakçılara uğurlar arzulayıb.

Günel CƏLİLOVA

Son xəbərlər