22/08/2017 20:42
728 x 90

Azərbaycanda mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradıla bilər

img

Azərbaycanda mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyinin yaradılması ilə bağlı müzakirələr aparılır. "APA-Economics" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, müvafiq qurumlar tərəfindən agentliyin yaradılması istiqamətində tədbirlər görülür: "Agentliyin yaradılması üçün xarici ekspertlərin iştirakı ilə araşdırmalar aparılır. Almaniya, Cənubi Koreya və Türkiyə modelləri mövcuddur. Agentlik fəaliyyətə başlamaqla kiçik və orta sahibkarlıq sahəsində institusional baxımdan  dövlət siyasətinin daha da təkmilləşdirilməsi təmin edəcək. Hazırda müvafiq dövlət qurumları agentliyin yaradılması istiqamətində tədbirlər görür. Belə institusional strukturun yaradılması kiçik və orta sahibkarlıq sahəsində dövlət siyasətinin təkmilləşdirilməsinə və dövlət xərclərinin azalmasına xidmət edəcək".

Son xəbərlər