23/08/2017 08:05
728 x 90

Carlo Pazolini mağazası da Bakı Şopinq Festivalına qoşuldu

img

Daha bir şirkət Bakı Şopinq Festivalına qoşulub. Carlo Pazolini mağazasında festival fürsətləri.

Festivala qoşulan daha bir mağaza – Carlo Pazolini də alıcılar üçün xüsusi güzəşt kampaniyasına başladı. 10 apreldən etibarən Bakının İnşaatçılar prospekti 4a və Bül-bül prospekti 23 ünvanlarında, eləcə də, Gənclik Moll-da yerləşən Carlo Pazolini mağazalarında endirimlərə start verdi.

Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara endirimlər tətbiq edilib. Üstəlik, alıcılar, “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazada Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər. Bu fürsətdən hər kəs, festivalın sonuncu gününə – mayın 10-dək istifadə edə bilər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə, Baku Şopinq Festivalı boyunca iştirakçı mağazalarda alış-veriş etməyə tələsin.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BŞF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar: telefon: 0124982063, e-mail: media@bakushopfest.com, web: www.bakushopfest.com.

Son xəbərlər