22/06/2017 18:13
728 x 90

Şah­mar Möv­sü­mo­vun 2017-ci ilin so­nu­na aid op­ti­miz­mi­nin əsas­la­rı...

"Büd­cə­də nef­tin qiy­mə­ti 40 dol­lar gö­tü­rü­lüb"

img

İl­ham Şa­ban: "Ca­ri il üçün nef­tin or­ta ix­rac qiy­mə­ti 50 dol­lar­dan yu­xa­rı proq­noz edi­lir"

 

Azər­bay­can Döv­lət Neft Fon­du­nun (ARDNF) bu ilin so­nu­na ak­tiv­lə­ri­nin həc­mi­nin ilin əv­və­lin­də­ki sə­viy­yə­də qal­ma­sı proq­noz­laş­dı­rı­lır. Bu­nu Fon­dun ic­ra­çı di­rek­to­ru Şah­mar Möv­sü­mov ke­çir­di­yi mət­bu­at kon­fran­sın­da bil­di­rib: "He­sab­la­ma­la­rı­mı­za gö­rə, nef­tin qiy­mə­ti­nin ha­zır­kı və­ziy­yə­ti, xərc­lə­rin sə­viy­yə­si onu de­mə­yə əsas ve­rir ki, ilin so­nu­na Fon­dun ak­tiv­lə­ri ilin əv­və­li ilə ey­ni sə­viy­yə­də qa­la­caq".

Ş.Möv­sü­mo­vun açıq­la­ma­sı­na gö­rə, Fon­dun bu ilin I rü­bü üz­rə büd­cə gə­lir­lə­ri 3 mlrd. 272,5 mln. ma­nat, büd­cə xərc­lə­ri isə 3 mlrd. 847,5 mln. ma­nat təş­kil edib.

Onun söz­lə­ri­nə gö­rə, he­sa­bat döv­rün­də ARDNF-in neft və qaz sa­ziş­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si ilə bağ­lı gə­lir­lə­ri 2 mlrd. 899,1 mln. ma­nat, o cüm­lə­dən mən­fə­ət nef­ti­nin və qa­zın sa­tı­şın­dan 2 mlrd. 894,4 mln. ma­nat, bo­nus ödə­niş­lə­ri 0,1 mln. ma­nat, tran­zit gə­lir­lə­ri 4,6 mln. ma­nat təş­kil edib.

Bu il ap­re­lin 1-nə Fon­dun və­sai­ti­nin ida­rə olun­ma­sın­dan əl­də edi­lən gə­lir­lər 373,4 mln. ma­na­ta bə­ra­bər olub. He­sa­bat döv­rün­də ARDNF-in 2017-ci il büd­cə­si­nin ic­ra­sı çər­çi­və­sin­də 1 mlrd. 525 mln. ma­nat və­sa­it döv­lət büd­cə­si­nə trans­fer edi­lib: "Mak­ro­iq­ti­sa­di sa­bit­li­yin tə­min edil­mə­si məq­sə­di­lə 2 mlrd. 279 mln. ma­nat Azər­bay­can Mər­kə­zi Ban­kı­na trans­fer edi­lib".

Mə­lu­mat üçün qeyd edək ki, 2017-ci il ap­re­lin 1-nə Fon­dun ak­tiv­lə­ri 2017-ci ilin əv­və­li­nə (33 mlrd. 147 mln. dol­lar) nis­bə­tən 0,18 fa­iz ar­ta­raq 33 mlrd. 207,2 mln. dol­la­ra bə­ra­bər olub.

Bü­tün bu de­yi­lən­lə­rin fo­nun­da, bu ilin so­nu­na Fon­dun ak­tiv­lə­ri­nin həc­mi­nin ilin əv­və­lin­də­ki sə­viy­yə­də qal­ma­sı nə də­rə­cə­də müm­kün­dür?

Sö­zü­ge­dən mə­sə­lə­ni də­yər­lən­di­rən Neft Araş­dır­ma­la­rı Mər­kə­zi­nin rəh­bə­ri İl­ham Şa­ba­nın fik­rin­cə, prin­sip­cə, bu müm­kün­dür. Onun fik­rin­cə, nef­tin ha­zır­kı qiy­mə­ti ilə bu ilin büd­cə­sin­də de­fi­sit ya­ran­ma­ya­caq: "Çün­ki büd­cə­də nef­tin qiy­mə­ti 40 dol­lar gö­tü­rü­lüb. Ca­ri il üçün nef­tin or­ta ix­rac qiy­mə­ti 50 dol­lar­dan yu­xa­rı proq­noz edi­lir. Bu fərq ya­ra­na­caq de­fi­si­ti ört­mə­yə ki­fa­yət edir. La­kin pul küt­lə­si­nin azal­ma­sı­nı da nə­zə­rə al­maq la­zım­dır. Bu ilin bi­rin­ci rü­bün­də ötən ilin bi­rin­ci rü­bü ilə mü­qa­yi­sə­də pul küt­lə­si 7,5 fa­iz aza­lıb. Azər­bay­can­da pul küt­lə­si­nin mak­si­mum həd­di 2014-cü ilin iyul ayın­da olub - 11,44 mil­yard ma­nat. O ba­xım­dan ak­tiv­lə­rin sə­viy­yə­si­nin sta­bil qa­la­ca­ğı göz­lə­nir. Di­gər tə­rəf­dən, bir sı­ra bey­nəl­xalq agent­lik­lər dün­ya ba­za­rın­da nef­tin qiy­mə­ti­nin 2019-cu il­də 65 dol­lar ola­ca­ğı­nı proq­noz­laş­dı­rır. 2017-ci il­də Azər­bay­can hö­ku­mə­ti 40 mil­yon ton neft ha­sil et­mə­yi proq­noz­laş­dı­rır. Bu il nef­tin or­ta ix­rac qiy­mə­ti 66 dol­lar ol­say­dı, Azər­bay­can iq­ti­sa­diy­ya­tı özü­nü kom­fort­lu hiss edə bi­lər­di. Bu o de­mək­dir ki, əmək­haq­la­rı 10 fa­iz ar­tar­dı".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər