22/06/2017 18:15
728 x 90

Pre­zi­dent Əli­yev post­neft iq­ti­sa­di mo­de­li­nin dörd mü­hüm tə­mi­nat is­ti­qa­mə­ti­ni gös­tər­di...

"Sö­zü­ge­dən 4 is­ti­qa­mət Azər­bay­can­da neft­dən ası­lı­lı­ğın ara­dan qal­dı­rıl­ma­sı, iq­ti­sa­di..."

img

Vü­qar Bay­ra­mov: "Azər­bay­can bu­nun­la bağ­lı möv­cud po­ten­sia­lın­dan tam ola­raq is­ti­fa­də et­mir"

 

Azəbay­can Pre­zi­den­ti İham Əli­yev qey­ri-neft ix­ra­cat­çı­la­rı­n Yev­lax­da ke­çri­n res­pub­li­ka mü­şvi­rə­sin­bil­di­rib ki, Azəbay­can­da iq­ti­sa­di sa­hə­hə­ya­ta ke­çril­miş bir­r nə­ti­cə­sin­qey­ri-neft sek­to­ru in­ki­şaf edir, ökə­nin ix­rac po­ten­sia­ar­r:

"Bu ilin gös­tə­ri­ci­lə­ri çox se­vin­di­ri­ci­dir. Mən bu ba­rə­də ar­tıq de­mi­şəm, bir da­ha de­mək is­tə­yi­rəm ki, bu ilin üç ayı­nın gös­tə­ri­ci­lə­ri bi­zi çox ruh­lan­dı­rır. Bu bir da­ha gös­tə­rir ki, 2016-cı il­də qə­bul et­di­yi­miz qə­rar­lar və baş­la­dı­ğı­mız is­la­hat­lar qı­sa müd­dət ər­zin­də öz gö­zəl nə­ti­cə­lə­ri­ni ve­rib. Gö­tür­dü­yü­müz bu temp və ge­niş vü­sət al­mış is­la­hat­lar, o cüm­lə­dən sa­hib­kar­lar tə­rə­fin­dən bi­zim si­ya­sə­ti­mi­zə gös­tə­ri­lən prak­ti­ki dəs­tək, - on­lar öz işi ilə, öz in­ves­ti­si­ya­la­rı ilə bu­nu gös­tə­rir­lər, - de­mə­yə əsas ve­rir ki, 2017-ci il çox uğur­lu il ola­caq. Ey­ni za­man­da, biz ye­ni iq­ti­sa­di mo­de­lə keç­mək­lə bun­dan son­ra iq­ti­sa­diy­ya­tı­mı­zı an­caq is­la­hat­lar, in­no­va­si­ya­lar, tex­no­lo­gi­ya­lar və qey­ri-neft sek­to­ru he­sa­bı­na in­ki­şaf et­di­rə­cə­yik".

İq­ti­sa­diy­ya­tın sa­da­la­nan 4 is­ti­qa­mət üz­rə in­ki­şaf et­di­ril­mə­si nə də­rə­cə­də ef­fekt­li ola bi­lər?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən iq­ti­sad­çı-eks­pert Vü­qar Bay­ra­mo­vun söz­lə­ri­nə gö­rə, be­lə bir mo­de­lə üs­tün­lük ve­ril­mə­si məq­sə­də­uy­ğun­dur: "Nə­zə­rə al­maq la­zım­dır ki, ar­tıq post­neft döv­rü baş­la­yıb, ey­ni za­man­da nef­tin dün­ya ba­za­rın­da­kı qiy­mə­ti ilə bağ­lı proq­noz­lar fərq­li­dir. Ne­qa­tiv proq­noz­lar da var. Bu ba­xım­dan öl­kə­də qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fı prio­ri­tet­dir. Azər­bay­can, bir­mə­na­lı şə­kil­də, qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fı ilə bağ­lı hə­dəf­lə­rə na­il olun­ma­sı is­ti­qa­mə­tin­də ad­dım­la­rı­nı ge­niş­lən­di­rir. Bu kon­teks­tdə, tə­bii ki, mü­şa­vi­rə ki­fa­yət qə­dər əhə­miy­yət­li möv­zu­ya həsr olu­nub. Öl­kə Pre­zi­den­ti­nin sədr­li­yi ilə be­lə mü­şa­vi­rə­lə­rin ke­çi­ril­mə­si Azər­bay­can­da qey­ri-neft ix­ra­cı­nın dəs­tək­lən­mə­si ilə bağ­lı si­ya­si ira­də­nin ol­ma­sın­dan xə­bər ve­rir. Tə­bii ki, hə­dəf, bir­mə­na­lı şə­kil­də, qey­ri-neft ix­ra­cı­nın dəs­tək­lən­mə­si­nə və ix­rac po­ten­sia­lı­nın ar­tı­rıl­ma­sı­na na­il ol­maq­dan iba­rət­dir. Sö­zü­ge­dən 4 is­ti­qa­mət Azər­bay­can­da neft­dən ası­lı­lı­ğın ara­dan qal­dı­rıl­ma­sı, iq­ti­sa­di di­ver­si­fi­ka­si­ya­nın sü­rət­lən­di­ril­mə­si ba­xı­mın­dan va­cib he­sab olun­ma­lı­dır. Göz­lə­nir ki, mü­şa­vi­rə­də qal­dı­rı­lan mə­sə­lə­lə­rin re­al­laş­dı­rıl­ma­sı, nə­ti­cə eti­ba­ri­lə, Azər­bay­ca­nın qey­ri-neft iq­ti­sa­diy­ya­tı­nın ar­tı­rıl­ma­sı­na gə­ti­rib çı­xa­ra­caq. Azər­bay­can bu­nun­la bağ­lı möv­cud po­ten­sia­lın­dan tam ola­raq is­ti­fa­də et­mir. Yal­nız kənd tə­sər­rü­fa­tı və qi­da məh­sul­la­rı de­yil, o cüm­lə­dən sə­na­ye məh­sul­la­rı­nın da ix­rac im­kan­la­rı­nın ar­tı­rıl­ma­sı­na eh­ti­yac var".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər