17/12/2017 14:13
728 x 90

İq­ti­sa­di po­ten­sia­lı şa­xə­lən­dir­mək­də Azər­bay­ca­nın MDB öl­kə­lə­ri ara­sın­da ye­ri...

"MDB öl­kə­lə­rin­də qey­ri-neft sek­to­ru­nun iq­ti­sa­diy­yat­da çə­ki­si Azər­bay­can­la mü­qa­yi­sə­də bö­yük de­yil"

img

Rə­sul Ca­han­gir­li: "Əv­vəl­ki il­lər­də for­ma­la­şan güc­lü in­fras­truk­tur he­sa­bı­na ar­tıq..."

 

Pre­zi­dent İl­ham Əli­yev Yev­lax­da ke­çi­ri­lən mü­şa­vi­rə­də bil­di­rib ki, Azər­bay­can öz iq­ti­sa­di po­ten­sia­lı­nı şa­xə­lən­di­rə bi­lib. Ha­zır­da qey­ri-neft sek­to­ru iq­ti­sa­diy­ya­tın təx­mi­nən 65 fai­zi­ni təş­kil edir: "İx­ra­cat­da isə biz bu­nu hə­lə ki, de­yə bil­mə­rik. İx­ra­cı­mı­zın bö­yük his­sə­si hə­lə ki, neft və qaz­la bağ­lı­dır. Bu da yə­qin ki, in­di­ki dövr üçün tə­bii­dir. Çün­ki biz neft-qaz po­ten­sia­lı­mı­zı ar­tı­rı­rıq. An­caq qar­şı­da du­ran və­zi­fə­lər­dən bi­ri də odur ki, biz ix­rac­da da şa­xə­lən­dir­mə­yə na­il olaq. Ne­cə ki, bu­na ümum­da­xi­li məh­sul­da na­il ol­mu­şuq, ix­rac­da da bu­na na­il ol­ma­lı­yıq".

Döv­lət baş­çı­sı­nın açıq­la­ma­sın­dan o da mə­lum olub ki, bu ilin üç ayın­da iq­ti­sa­diy­ya­tı­mı­zın qey­ri-neft sek­to­ru 2,4 fa­iz ar­tıb. Qey­ri-neft sə­na­ye­miz 2 fa­iz, kənd tə­sər­rü­fa­tı 3,5 fa­iz ar­tıb. Üç ay ər­zin­də 80 min­dən çox ye­ni iş ye­ri ya­ra­dı­lıb: "Bu müs­bət di­na­mi­ka de­mə­yə əsas ve­rir ki, biz il ər­zin­də da­ha da bö­yük nə­ti­cə­lə­rə gə­lib ça­ta­ca­ğıq. Çün­ki gö­tür­dü­yü­müz bu temp və ge­niş vü­sət al­mış is­la­hat­lar, o cüm­lə­dən sa­hib­kar­lar tə­rə­fin­dən bi­zim si­ya­sə­ti­mi­zə gös­tə­ri­lən prak­ti­ki dəs­tək, - on­lar öz işi ilə, öz in­ves­ti­si­ya­la­rı ilə bu­nu gös­tə­rir­lər, - de­mə­yə əsas ve­rir ki, 2017-ci il çox uğur­lu il ola­caq".

İq­ti­sa­diy­ya­tın şa­xə­lən­di­ril­mə­si­nə, qey­ri-neft sek­to­ru­nun çə­ki­si­nə gö­rə Azər­bay­can MDB öl­kə­lə­ri ara­sın­da han­sı yer­də­dir?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən eks­pert Rə­sul Ca­han­gir­li­nin fik­rin­cə, Azər­bay­can MDB mə­ka­nın­da bu­nun­la bağ­lı ən mü­na­sib möv­qe­də­dir: "2006-cı il­dən son­ra Azər­bay­can­da sü­rət­li iq­ti­sa­di in­ki­şaf baş ver­di. Bə­zi hal­lar­da hət­ta iq­ti­sa­di in­ki­şaf tem­pi 35 fai­zə qə­dər yük­sə­lib. Nə­ti­cə­də iq­ti­sa­di ar­tım gös­tə­ri­ci­lə­ri üz­rə fai­zin yük­sək ol­ma­sı Azər­bay­ca­nın MDB öl­kə­lə­ri ilə mü­qa­yi­sə­də iq­ti­sa­di ar­tım ba­xı­mın­dan da­ha ön­də ol­ma­sı­na gə­ti­rib çı­xar­dı. Söz­süz ki, son 10 il­də iq­ti­sa­di ar­tım tem­pi ba­xı­mın­dan Azər­bay­ca­nın ön cər­gə­də yer al­ma­sı qeyd et­di­yi­miz dövr­də mü­şa­hi­də edi­lən yük­sək iq­ti­sa­di ar­tım­la bağ­lı­dır. 2015-ci il­dən baş­la­ya­raq nef­tin dün­ya ba­za­rın­da qiy­mə­ti­nin kəs­kin düş­mə­si fo­nun­da iq­ti­sa­di ar­tım tem­pi, di­gər MDB öl­kə­lə­rin­də ol­du­ğu ki­mi, Azər­bay­can­da da azal­ma­ğa baş­la­dı. Bu­na rəğ­mən, son 10 ili gö­tür­dük­də, Azər­bay­can bu il­lər ər­zin­də or­ta iq­ti­sa­di ar­tım gös­tə­ri­ci­si­nə gö­rə MDB-də ən yax­şı iq­ti­sa­diy­ya­ta ma­lik olan öl­kə­dir. Əv­vəl­ki il­lər­də for­ma­la­şan güc­lü in­fras­truk­tur he­sa­bı­na, ar­tıq post­neft döv­rü­nün prin­sip­lə­ri­nə uy­ğun ola­raq, iq­ti­sa­di si­ya­sət hə­ya­ta ke­çi­ril­mə­li­dir. Azər­bay­can iq­ti­sa­diy­ya­tı post­neft döv­rü­nə qə­dəm qo­yub. Bu dövr­də isə son on il ər­zin­də ya­ra­dı­lan in­fras­truk­tur­dan is­ti­fa­də et­mək­lə iq­ti­sa­di in­ki­şaf yo­lun­da növ­bə­ti da­ha iri ad­dım­lar­la irə­li get­mək ol­duq­ca va­cib­dir. Mü­şa­hi­də­lər gös­tə­rir ki, MDB öl­kə­lə­rin­də qey­ri-neft sek­to­ru­nun iq­ti­sa­diy­yat­da çə­ki­si Azər­bay­can­la mü­qa­yi­sə­də bö­yük de­yil".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər