18/08/2017 09:04
728 x 90

Ka­pi­tal qo­yu­lu­şun­da iki ay­da al­tı fa­iz ar­tım...

"Ca­ri ilin yan­var-fev­ral ay­la­rı ər­zin­də öl­kə iq­ti­sa­diy­ya­tı­na ka­pi­tal qo­yu­lu­şu­nun 6 fa­iz artma­sı göz­lə­ni­lən idi"

img

Rə­şad Hə­sə­nov: "Azad ti­ca­rət zo­na­sı və "Cə­nub Qaz Dəh­li­zi" ki­mi iri la­yi­hə­lər is­ti­qa­mə­tin­də zə­ru­ri olan xərclə­rin ic­ra­sı­nın hə­ya­ta ke­çi­ril­mə­si nə­ti­cə­sin­də ka­pi­tal qo­yu­lu­şun­da ar­tım­lar hiss olu­nur"

 

2017-ci ilin yan­var-fev­ral ay­la­rın­da Azər­bay­can iq­ti­sa­diy­ya­tı­na ka­pi­tal qo­yu­luş­la­rı 2 mlrd. 93,7 mln. ma­nat təş­kil edib ki, bu da ötən ilin ana­lo­ji döv­rü­nün gös­tə­ri­ci­sin­dən 5,7 fa­iz çox­dur.

Bu ba­rə­də Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­sin­dən mə­lu­mat ve­ri­lib. Ko­mi­tə­nin mə­lu­ma­tı­na əsa­sən, yan­var-fev­ral ay­la­rın­da ka­pi­tal qo­yu­luş­la­rı­nın ümu­mi həc­min­dən 1 mlrd. 868,3 mln. ma­nat (bü­tün in­ves­ti­si­ya­la­rın 89,2 %-i) is­teh­sa­lat tə­yi­nat­lı ob­yektlə­rin, 69,3 mln. ma­nat (bü­tün in­ves­ti­si­ya­la­rın 8,1 %-i) xid­mət ob­yektlə­ri­nin, 56,1 mln. ma­nat ya­şa­yış sa­hə­lə­ri­nin in­şa­sı­na (bü­tün in­ves­ti­si­ya­la­rın 2,7 %-i) yö­nəl­di­lib.

He­sa­bat döv­rü ər­zin­də 1 mlrd. 405,7 mln. ma­nat (bü­tün in­ves­ti­si­ya­la­rın 67,1 %-i) xa­ri­ci in­ves­ti­si­ya­la­rın, 688 mln. ma­nat (bü­tün in­ves­ti­si­ya­la­rın 32,9 %-i) da­xi­li in­ves­ti­si­ya­la­rın pa­yı­na dü­şüb.

Yan­var-fev­ral ay­la­rın­da əsas ka­pi­ta­la döv­lət in­ves­ti­si­ya­la­rı­nın həc­mi 531,8 mln. ma­nat (bü­tün in­ves­ti­si­ya­la­rın 25,4 %-i), özəl in­ves­ti­si­ya­la­rın həc­mi 1 mlrd. 561,9 mln. ma­nat (bü­tün in­ves­ti­si­ya­la­rın 74,6 %-i) təş­kil edib.

İq­ti­sad­çı-ekspert Rə­şad Hə­sə­nov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da ca­ri ilin yan­var-fev­ral ay­la­rı ər­zin­də öl­kə iq­ti­sa­diy­ya­tı­na ka­pi­tal qo­yu­lu­şu­nun 6 fa­iz artma­sı­nın göz­lə­ni­lən ol­du­ğu­nu bil­dir­di. Onun söz­lə­ri­nə gö­rə, 2016-cı il iq­ti­sa­diy­yat üçün ən risqli il­lər­dən bi­ri idi: "Bu ba­xım­dan da­xi­li və xa­ri­ci in­ves­tor­lar tə­rə­fin­dən ka­pi­tal qo­yu­lu­şu mak­si­mum sə­viy­yə­də məh­dud­laş­dı­rıl­mış­dı. Bəl­li­dir ki, ha­zır­da ma­na­tın mə­zən­nə­sin­də or­ta möv­qe mü­əy­yən­lə­şib. Hö­ku­mə­tin rəs­mi şə­kil­də "üzən val­yu­ta re­ji­mi" ilə bağ­lı bə­ya­nat səs­lən­dir­mə­si və bu­nun­la bağ­lı mü­əy­yən ad­dım­lar at­ma­sı sa­hib­kar­la­rı ruh­lan­dır­dı. Əsa­sən azad ti­ca­rət zo­na­sı və "Cə­nub Qaz Dəh­li­zi" ki­mi iri la­yi­hə­lər is­ti­qa­mə­tin­də zə­ru­ri olan xərclə­rin ic­ra­sı­nın hə­ya­ta ke­çi­ril­mə­si nə­ti­cə­sin­də ka­pi­tal qo­yu­lu­şun­da ar­tım­lar hiss olu­nur. Öl­kə iq­ti­sa­diy­ya­tı­na ya­tı­rı­lan ka­pi­tal qo­yu­lu­şu gə­lə­cək ay­lar­da da­ha da ar­ta bi­lər".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər