17/10/2017 10:00
728 x 90

Banklar­da ki­çik­həcmli de­po­zit­lər­lə bağ­lı ma­raq­lı pro­ses baş­la­yıb

"Banklar iri məb­ləğ­də yer­ləş­di­ri­lən əma­nət­lə­ri ge­ri qay­tar­ma­dı­ğı üçün, və­tən­daş­lar de­po­zit­lə­ri­ni ki­çik məb­ləğ­də çı­xa­rır"

img

Ək­rəm Hə­sə­nov: "Ki­çik­həcmli de­po­zit­lə­rin banklar­dan çı­xa­rıl­ma­sı sə­bəb­lə­rin­dən bi­ri də əha­li­nin bankla­ra ina­mı­nın azal­ma­sı­dır"

 

Azər­bay­can­da 2016-cı ilin ilk rü­bün­də bank de­po­zit­lə­ri­nin ümu­mi həc­min­də azal­ma mü­şa­hi­də olun­sa da, son­ra­kı üç rüb ər­zin­də yal­nız or­ta və iri məb­ləğ­li de­po­zit­lə­rin həc­mi ar­tıb. Ma­liy­yə Ba­zar­la­rı­na Nə­za­rət Pa­la­ta­sı­na (MNBP) is­ti­na­dən xə­bə­rə gö­rə, bu ba­rə­də Pa­la­ta­nın şö­bə mü­di­ri Rüs­təm Ta­hi­rov "Fitch" bey­nəl­xalq rey­tinq agentli­yi­nin Ba­kı­da ke­çi­ri­lən VI il­lik konfran­sın­da çı­xı­şı za­ma­nı bil­di­rib.

Şö­bə mü­di­ri­nin ver­di­yi mə­lu­ma­ta gö­rə, Azər­bay­can­da 2016-cı ilin ilk rü­bün­də 50 min ma­na­ta­dək olan de­po­zit­lər 361 mln. ma­nat, 50-500 min ma­nat­lıq de­po­zit­lər 345 mln. ma­nat, 500 min­dən ar­tıq olan iri de­po­zit­lər isə 400 mln. ma­nat aza­lıb. Ötən ilin qa­lan his­sə­sin­də isə bu de­po­zit­lər üz­rə mü­va­fiq ola­raq 219 mln. ma­nat azal­ma, 195 mln. və 99 mln. ma­nat ar­tım mü­şa­hi­də olu­nub.

R.Ta­hi­rov qeyd edib ki, fər­di de­po­zit­lər azal­ma gös­tər­di­yi hal­da, kor­po­ra­tiv de­po­zit­lər ar­ta­raq azal­ma­nı kom­pen­sa­si­ya edib. Həm­çi­nin, əma­nət­lə­rin döv­lət tə­rə­fin­dən tam həcmdə sı­ğor­ta­lan­ma­sı bank sis­te­min­dən de­po­zit­lə­rin çı­xa­rıl­ma­sı­nı 3 də­fə azal­dıb.

Ki­çik­həcmli de­po­zit­lə­rin bankdan çı­xa­rıl­ma­sı­na mü­na­si­bət bil­di­rən bank sa­hə­si üz­rə ekspert Ək­rəm Hə­sə­nov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, banklar bö­yük məb­ləğ­də olan de­po­zi­ti əma­nət­çi­yə qay­tar­mır: "İri bankla­rın bi­ri 6 ay­dan çox­dur xa­ri­ci və­tən­da­şın iri məb­ləğ­də yer­ləş­dir­di­yi de­po­zi­ti qay­tar­mır. Mən bu və­ziy­yət­lə bağ­lı hə­min ban­kı məh­kə­mə­yə ver­dim. Məh­kə­mə­də mən qa­lib ol­sam da, bank hə­lə də hə­min və­tən­da­şın pu­lu­nu ver­mir. Sə­bəb ki­mi bankda pu­lun ol­ma­dı­ğı­nı bil­di­rir. Və­ziy­yət­lə bağ­lı Ma­liy­yə Ba­zar­la­rı­na Nə­za­rət Pa­la­ta­sı­na da mü­ra­ci­ət et­mi­şəm.

Mən si­zə de­yim ki, bu ki­mi hal­lar bu gün çox ya­şa­nır. Banklar iri məb­ləğ­də yer­ləş­di­ri­lən əma­nət­lə­ri ge­ri qay­tar­mır. Be­lə olan hal­da, və­tən­daş­lar əma­nət­lə­ri­ni his­sə-his­sə çı­xa­rır".

Həm­söh­bə­ti­miz onu da əla­və et­di ki, ki­çik­həcmli de­po­zit­lə­rin banklar­dan çı­xa­rıl­ma­sı sə­bəb­lə­rin­dən bi­ri də əha­li­nin bankla­ra ina­mı­nın azal­ma­sı­dır.

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər