25/03/2017 19:38
728 x 90

Azər­bay­ca­nın əla tran­zit möv­qe­yi Xə­zər­ya­nı öl­kə­lə­rə də bö­yük qa­zanc im­kan­la­rı açır

img

Azər­bay­ca­nın tə­şəb­bü­sü ilə hə­ya­ta ke­çi­ri­lən ye­ni tran­zit marşrut­la­ra qlo­bal miq­yas­da ma­ra­ğın artma­sı mü­şa­hi­də olu­nur. Be­lə gö­rü­nür ki, hə­min marşrut­lar is­ti­fa­də­yə ve­ril­dik­dən son­ra on­lar va­si­tə­si­lə da­şı­nan yük­lə­rin miq­da­rın­da göz­lə­nil­di­yin­dən çox ar­tım ola­caq. Çün­ki sö­zü­ge­dən marşrut­lar­dan is­ti­fa­də et­mək niy­yə­tin­də olan öl­kə­lə­rin sa­yı sü­rət­lə ar­tır və bu­ra ar­tıq Xə­zər­ya­nı öl­kə­lər də cəlb olu­nur.

Di­gər tə­rəf­dən Azər­bay­can­da yük­da­şı­ma­lar üçün ya­ra­dı­lan infrastruk­tur da xa­ri­ci döv­lət­lə­rin ma­ra­ğı­nı ar­tı­rır. Söh­bət ilk ola­raq Ba­kı Bey­nəl­xalq Də­niz Ti­ca­rət Li­ma­nın­dan ge­dir. İq­ti­sa­diy­yat na­zi­ri Şa­hin Mus­ta­fa­ye­vin söz­lə­rin­dən be­lə bəl­li olur ki, li­man ar­tıq ca­ri il ər­zin­də is­ti­fa­də­yə ve­ri­lə­cək: "Azər­bay­can "Şərq-Qərb" nəq­liy­yat dəh­li­zi­nin bir his­sə­si­ni təş­kil edir. Öl­kə iq­ti­sa­diy­ya­tı­nın şa­xə­lən­di­ril­mə­si, öl­kə üzə­rin­dən bey­nəl­xalq nəq­liy­yat dəh­liz­lə­ri va­si­tə­si­lə yük­da­şı­ma­la­rın həc­mi­nin ar­tı­rıl­ma­sı əsas hə­dəf­lər­dən bi­ri­dir. Bu is­ti­qa­mət­də bö­yük iş­lər ic­ra edi­lir, həm­çi­nin Ba­kı Bey­nəl­xalq Də­niz Ti­ca­rət Li­ma­nı­nın ti­kin­ti­si də bu ilin so­nu­na ki­mi bit­mə­li­dir".

Na­zir qeyd edir ki, öl­kə­nin qər­bi­nə ge­dən də­mir­yol­la­rı tə­mir edi­lir: "Həm­çi­nin, Ba­kı-Tif­lis-Qars də­mir­yo­lu­nun ti­kin­ti­si tez­lik­lə bi­tə­cək. Azər­bay­can Xə­zər­də güc­lü də­niz­çi­lik infrastruk­tu­ru­na ma­lik­dir və bu iş­lə­ri da­im da­vam et­di­rir". Məhz be­lə və­ziy­yət­də, yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, Xə­zər­ya­nı öl­kə­lər də ar­tıq Azər­bay­ca­nın tran­zit möv­qe­yin­dən is­ti­fa­də­yə bö­yük ma­raq gös­tə­rir. Qa­za­xıs­ta­nın in­ves­ti­si­ya və in­ki­şaf na­zi­ri Je­nis Ka­sım­bek bil­di­rir ki, öl­kə­si Ba­kı-Tif­lis-Qars də­mir­yo­lu xət­ti­nin açı­lı­şı­nı səbrsiz­lik­lə göz­lə­yir.

Qa­za­xıs­tan­lı na­zir vur­ğu­la­yıb ki, vax­ti­lə Ak­tau də­niz li­ma­nı­nın rəh­bə­ri və­zi­fə­sin­də ça­lış­dı­ğı müd­dət­də öl­kə­mi­zi ya­xın­dan ta­nı­maq im­ka­nı olub. O da diq­qə­tə çat­dı­rı­lıb ki, Qa­za­xıs­tan Azər­bay­ca­nın va­cib tə­rəf­daş­la­rın­dan bi­ri­dir. Bu ba­xım­dan Azər­bay­can da Qa­za­xıs­tan­la iq­ti­sa­diy­ya­tın bü­tün sa­hə­lə­ri üz­rə əmək­daş­lı­ğın in­ki­şa­fın­da ma­raq­lı­dır. Je­nis Ka­sım­bek Qa­za­xıs­ta­nın Azər­bay­can üzə­rin­dən ke­çən "Şərq-Qərb" nəq­liy­yat dəh­li­zi­nə bö­yük əhə­miy­yət ver­di­yi­ni qeyd edə­rək, bu marşru­tun in­ki­şa­fı üçün Qa­za­xıs­tan­da hə­ya­ta ke­çi­ri­lən la­yi­hə­lər haq­qın­da da­nı­şıb və bir da­ha Ba­kı-Tif­lis-Qars də­mir yo­lu xət­ti­nin açı­lı­şı­nı səbrsiz­lik­lə göz­lə­dik­lə­ri­ni qeyd edib. Həm­çi­nin iki­tə­rəf­li ti­ca­ri əla­qə­lə­rin in­ki­şa­fı­nın va­cib­li­yi­ni vur­ğu­la­yan na­zir sö­zü­ge­dən ix­rac mis­si­ya­sı­nın uğur­lu keç­mə­si üçün la­zı­mi dəs­tək ve­ri­lə­cə­yi­ni bil­di­rib. Ey­ni za­man­da, na­zir Ak­tau Də­niz Li­ma­nı Xü­su­si İq­ti­sa­di Zo­na­sın­da Azər­bay­can in­ves­ti­si­ya­sı ilə in­şa edi­lən "Ak­tau is­teh­sal və Lo­gis­ti­ka Mər­kə­zi­nin" iq­ti­sa­di-ti­ca­ri əla­qə­lə­rin artma­sı­na tə­kan ver­di­yi­ni bil­di­rib.

Be­lə­lik­lə, Ba­kı Bey­nəl­xalq Də­niz Ti­ca­rət Li­ma­nı və Ba­kı-Tif­lis-Qars də­mir­yo­lu işə düş­dük­dən son­ra Qa­za­xıs­tan Azər­bay­can üzə­rin­dən da­ha çox yük da­şı­ya­caq. Perspek­tiv­də Türkmə­nis­tan və hət­ta İra­nın da ana­lo­ji ad­dım­lar at­ma­sı göz­lə­nir. Bu da Azər­bay­can üzə­rin­dən da­ha bö­yük həcmdə yük­lə­rin da­şın­ma­sı an­la­mı­na gə­lir. Özü də nə­zə­rə alaq ki, Azər­bay­can üzə­rin­dən da­şı­nan yük­lər dün­ya­nın da­ha çox böl­gə­si­nə çı­xa bi­lə­cək. Bu­nu şərtlən­di­rən amil­lər­dən bi­ri elə Ba­kı-Tif­lis-Qars də­mir­yo­lu­dur. Tür­ki­yə­nin nəq­liy­yat, də­niz­çi­lik və kom­mu­ni­ka­si­ya na­zi­ri Əh­məd Arslan bu xü­sus­da diq­qə­ti ona yö­nəl­dir ki, Ba­kı-Tif­lis-Qars də­mir­yo­lu da­ha bö­yük coğ­ra­fi­ya­nı əha­tə edə bi­lər. Onun söz­lə­ri­nə gö­rə, Qars və ümu­mi­lik­də bü­tün re­gi­o­nun xi­la­sı­na sə­bəb ola­caq la­yi­hə­nin re­al­laş­dı­rıl­ma­sı ar­tıq ba­şa ça­tır:"Rəs­mi An­ka­ra bu yo­lun İra­na və Pa­kis­ta­na qə­dər uza­dıl­ma­sı­nı tək­lif edir". Qeyd edək ki, Ba­kı-Tif­lis-Qars də­mir­yo­lu Azər­bay­can, Gür­cüs­tan və Tür­ki­yə ara­sın­da im­za­lan­mış döv­lət­lə­ra­ra­sı sa­ziş əsa­sın­da ti­ki­lir. Am­ma gö­rü­nən odur ki, la­yi­hə­yə ar­tıq bey­nəl­xalq ma­raq ki­fa­yət qə­dər­dir. Bu­ra Xə­zər­ya­nı öl­kə­lər də aid­dir. Ar­tıq Qa­za­xıs­tan ümu­mi­lik­də Transxə­zər Bey­nəl­xalq Nəq­liy­yat Marşru­tu üz­rə yük­da­şı­ma­la­rı 300 min kon­tey­ne­rə çat­dır­maq niy­yə­tin­də­dir. Qa­za­xıs­tan İn­ves­ti­si­ya və İn­ki­şaf Na­zir­li­yi bil­di­rir ki, bu is­ti­qa­mət­də yük­da­şı­ma­la­rın ar­tı­rıl­ma­sı məhz Ba­kı-Tif­lis-Qars də­mir­yo­lu və Ku­rık li­ma­nı­nın is­ti­fa­də­yə ve­ril­mə­si he­sa­bı­na hə­ya­ta ke­çi­ri­lə­cək: "Xə­zər re­gi­o­nu Qa­za­xıs­tan üçün va­cib nəq­liy­yat qov­şa­ğı­dır. Ha­zır­da Ak­tau li­ma­nı mo­dernləş­di­ri­lib və gü­cü 19,5 mil­yon to­na­dək ar­tı­rı­lıb. Be­lə ki, 2016-cı il­də Ak­tau li­ma­nı va­si­tə­si­lə 13 min av­to­mo­bil nəq­liy­ya­tı ke­çib ki, bu da 2015-ci ilin mü­va­fiq döv­rü ilə mü­qa­yi­sə­də 13 də­fə çox­dur. Am­ma bu gös­tə­ri­ci Azər­bay­can­la əmək­daş­lıq şə­ra­i­tin­də da­ha da ar­ta­caq".

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər