19/08/2017 05:52
728 x 90

ABŞ Fe­de­ral Sis­te­mi­nin qə­ra­rı və ma­nat-dol­lar nis­bə­ti­nə göz­lə­ni­lən tə­sir­lər...

"Ma­na­tın ba­ha­laş­ma­sı üçün heç bir əsas yox­dur"

img

Sa­mir Əli­yev: "Bu il kəs­kin de­val­va­si­ya göz­lə­mi­rəm"

 

Çər­şən­bə gü­nü ax­şa­mı ABŞ-ın Fe­de­ral Eh­ti­yat­lar Sis­te­mi­nin (FED) Açıq Ba­zar Əmə­liy­yat­la­rı üz­rə Ko­mi­tə­si (FOMC)  iki­gün­lük ic­la­sı­nı ba­şa çat­dır­dı. Göz­lə­nil­di­yi ki­mi, FED uçot də­rə­cə­si­ni il­lik 0,5-0,75 % sə­viy­yə­sin­dən 0,75-1 % fa­i­zə qə­dər ar­tır­dı.

Bun­dan əv­vəl FED uçot də­rə­cə­si­ni ötən il de­kab­rın 14-də  il­lik 0,5-0,75 % ar­tı­rıl­ma­sı ba­rə­də qə­rar qə­bul et­miş­di. Bu il ba­za fa­iz də­rə­cə­si­nin azı da­ha iki də­fə ar­tı­rı­la­ca­ğı göz­lə­nir - 2017-ci il üçün hə­dəf sə­viy­yə 1,375 %-dir.

FED qeyd edir ki, ABŞ-da iq­ti­sa­di fə­al­lıq mö­tə­dil templər­lə güc­lə­nir, əmək ba­za­rı isə ni­zam­la­yı­cı­nın fev­ral­da­kı so­nun­cu ic­la­sın­dan son­ra möh­kəm­lən­mək­də da­vam edib. Son ay­lar­da iş­siz­lik sə­viy­yə­si, de­mək olar ki, də­yiş­mə­yib. Ev tə­sər­rü­fat­la­rı­nın xərclə­ri ya­vaş-ya­vaş ar­tır, mü­əs­si­sə­lə­rin əsas ka­pi­ta­la in­ves­ti­si­ya qo­yu­lu­şu bir qə­dər ar­tıb.

FED-in növ­bə­ti ic­la­sı ma­yın 2-3-də ke­çi­ri­lə­cək.

Adə­tən FED-in ba­za fa­iz də­rə­cə­si­ni ar­tır­ma­sı dol­la­rı ba­ha­laş­dı­rır, nef­ti isə ucuz­laş­dı­rır. Bu də­fə isə ək­si­nə ol­du, ABŞ val­yu­ta­sı bir qə­dər ucuz­la­şıb, "qa­ra qı­zıl"ın qiy­mə­ti isə ar­tır. Ame­ri­ka­nın bir çox eksper­ti FED-i tən­qid edir və he­sab edir­lər ki, Bir­ləş­miş Ştat­la­rın iq­ti­sa­diy­ya­tı be­lə sərt ad­dım­la­ra hə­lə­lik ha­zır de­yil. La­kin FED si­ya­sə­ti­ni də­yiş­mək niy­yə­tin­də de­yil.

Bü­töv­lük­də, FED-in qə­ra­rı Azər­bay­can­da dol­la­rın mə­zən­nə­si­nə ne­cə tə­sir gös­tə­rə­cək? Ekspertlə­rin bu­nun­la bağ­lı proq­noz­la­rı nə­dir?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən iq­ti­sad­çı-ekspert Sa­mir Əli­ye­vin söz­lə­ri­nə gö­rə, na­ra­hat­lı­ğa heç bir əsas yox­dur: "Ma­na­tın ba­ha­laş­ma­sı üçün heç bir əsas yox­dur. An­caq büd­cə­dən ma­liy­yə ay­rı­lan ki­mi dol­lar ba­ha­laş­ma­ğa baş­la­ya­caq. FED uçot də­rə­cə­si­ni qal­dır­dı və dol­lar ba­ha­laş­dı. Əs­lin­də, bu qə­rar­dan son­ra dol­lar Azər­bay­can­da ba­ha­laş­ma­lı idi. An­caq dol­lar de­yil, ma­nat ba­ha­laş­dı. Mən bu il kəs­kin de­val­va­si­ya göz­lə­mi­rəm. Am­ma döv­riy­yə­yə pul bu­ra­xan ki­mi ma­na­tın ucuz­laş­ma­sı baş ve­rə­cək. Qar­şı­dan gə­lən bay­ram gün­lə­rin­də ma­na­tın mə­zən­nə­sin­də sa­bit­lik ola­caq. Bu­nun hət­ta bir müd­dət da­vam et­mə­si be­lə çox va­cib­dir. Əks hal­da bu­nun ar­zu­o­lun­maz fə­sad­la­rı ola bi­lər. Ha­zır­da dol­la­ra nis­bə­tən ma­nat möh­kəm­lə­nir. Döv­rü ola­raq ma­na­tın ucuz­laş­ma­sı və dol­la­rın ba­ha­laş­ma­sı baş ve­rə­cək. Bu da in­san­la­rın əsəb­lə­ri ilə oy­na­ya­caq. Əsəb­lə­ri döz­mə­yən­lər əlin­də­ki pul küt­lə­si­ni sa­tı­şa çı­xa­ra­caq. Mə­zən­nə­ni oy­nat­maq­la in­san­la­rı pa­ni­ka­ya sa­la­caq­lar, ha­mı əlin­də­ki pu­lu də­yi­şə­cək və bun­dan qa­za­nan banklar ola­caq. Dü­şü­nü­rəm ki, Mər­kə­zi Bank və Pa­la­ta bu mə­sə­lə­yə diq­qə­ti ar­tır­ma­lı­dır".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər