28/04/2017 21:49
728 x 90

Azər­bay­can­da bu­il­ki ÜDM ar­tı­mı nə­yin he­sa­bı­na­dır?

"Qey­ri-neft sek­to­ru­muz­da can­lan­ma işar­tı­la­rı ar­tıq nə­zə­rə çarpmaq­da­dır"

img

Pər­viz Hey­də­rov: "Öl­kə­də ÜDM is­teh­sa­lın­da əv­vəl­ki ilin ey­ni döv­rü ilə mü­qa­yi­sə­də 0,4 fa­iz ar­tı­mın qey­də alın­ma­sı müs­bət və ey­ni za­man­da tə­bii hal­dır"

 

2017-ci ilin yan­var-fev­ral ay­la­rın­da öl­kə­də ümu­mi da­xi­li məh­sul is­teh­sa­lı əv­vəl­ki ilin ey­ni döv­rü ilə mü­qa­yi­sə­də 0,4 fa­iz ar­ta­raq 10042,6 mil­yon ma­nat təş­kil edib. Əha­li­nin hər nə­fə­ri­nə dü­şən ÜDM 1035,6 ma­na­ta bə­ra­bər olub. Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si bu ba­rə­də xə­bər ya­yıb.

Ümu­mi da­xi­li məh­su­lun 46,7 fa­i­zi sə­na­ye­də, 9,6 fa­i­zi ti­ca­rət; nəq­liy­yat va­si­tə­lə­ri­nin tə­mi­ri sa­hə­lə­rin­də, 7,6 fa­i­zi ti­kin­ti­də, 6,7 fa­i­zi nəq­liy­yat və an­bar tə­sər­rü­fa­tı, 2,7 fa­i­zi kənd tə­sər­rü­fa­tı, me­şə tə­sər­rü­fa­tı və ba­lıq­çı­lıq, 2,7 fa­i­zi tu­ristlə­rin yer­ləş­di­ril­mə­si və ic­ti­mai ia­şə, 1,7 fa­i­zi in­for­ma­si­ya və ra­bi­tə sa­hə­lə­rin­də, 15,8 fa­i­zi isə di­gər sa­hə­lər­də is­teh­sal edi­lib. Məh­su­la və id­xa­la xa­lis ver­gi­lər ÜDM-in 6,5 fa­i­zi­ni təş­kil edib.

Bu dövrdə iq­ti­sa­diy­ya­tın qey­ri-neft böl­mə­sin­də is­teh­sal olun­muş əla­və də­yər əv­vəl­ki ilin mü­va­fiq döv­rü­nə nis­bə­tən 2,3 fa­iz ar­tıb, onun ÜDM-də xü­su­si çə­ki­si 56,8 fa­iz olub.

Ümu­mi da­xi­li məh­sul is­teh­sa­lı­nın həc­mi­nin ötən il­lər­lə mü­qa­yi­sə­də artma­sı­na mü­na­si­bət bil­di­rən İq­ti­sa­diy­yat Na­zir­li­yi İq­ti­sa­di İs­la­hat­lar El­mi Təd­qi­qat İnsti­tu­nun apa­rı­cı el­mi iş­çi­si Pər­viz Hey­də­rov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, ca­ri ilin yan­var-fev­ral ay­la­rın­da öl­kə­də ÜDM is­teh­sa­lın­da əv­vəl­ki ilin ey­ni döv­rü ilə mü­qa­yi­sə­də 0,4 fa­iz ar­tı­mın qey­də alın­ma­sı müs­bət və ey­ni za­man­da tə­bii hal­dır: "Mə­lum­dur ki, ke­çən il və on­dan əv­vəl­ki il­də iq­ti­sa­di tə­nəz­zül var idi. La­kin bu il bu­nun da­ya­na­ca­ğı proq­noz­laş­dı­rıl­mış­dı. Bu da ke­çən il iq­ti­sa­diy­ya­tın ida­rə olun­ma­sın­da də­yi­şik­lik­lər­lə əla­qa­dər irə­li sü­rü­lür­dü. Qey­ri-neft sek­to­ru sa­hə­lə­ri­nə əla­və dəs­tə­yin ve­ril­mə­si, ix­ra­cın sti­mul­laş­dı­rıl­ma­sı təd­bir­lə­ri və sa­ir bu pro­se­si tə­min et­mə­li idi. Mə­sə­lən, hö­ku­mə­tin 2017-ci il­də öl­kə­də ÜDM-in re­al ar­tı­mı­nın 1,0 fa­iz ol­maq­la 61,4 mil­yard ma­nat təş­kil edə­cə­yi ba­rə­də irə­li sür­dü­yü proq­noz heç də tə­sa­dü­fi de­yil. Qey­ri-neft sek­to­ru­muz­da cü­zi can­lan­ma işar­tı­la­rı nə­zə­rə çarpmaq­da­dır. Ti­ca­rət, əv­vəl­ki il­lər­də­kin­dən fərqli ola­raq, dur­ğun­luq­dan çıx­mış və­ziy­yət­də­dir. Xid­mət sek­to­run­da hə­rə­kət­li­lik ya­ra­nıb. Öl­kə­yə tu­rist axı­nı var. Kənd tə­sər­rü­fa­tın­da can­lan­ma mü­şa­hi­də edil­mək­də­dir. Düz­dür, bun­lar hə­lə çox köv­rək xa­rak­ter da­şı­yır. La­kin ten­den­si­ya­nın ar­dı­cıl xa­rak­ter ha­lı­nı ala­ca­ğı re­al gö­rü­nür. Ümu­miy­yət­lə, he­sab edi­rəm ki, 1-ci rü­bün nə­ti­cə­lə­ri çox şe­yi gös­tə­rə­cək".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər