18/10/2017 20:34
728 x 90

Azər­bay­can ma­na­tı ilə bağ­lı bey­nəl­xalq ça­ğı­rış...

Na­tiq Cə­fər­li: "Azər­bay­can ma­na­tı­na ina­mın bər­pa­sı üçün uzun za­man tə­ləb olu­nur"

img

"Nef­tin qiy­mə­ti ye­ni­dən 80-90 dol­la­ra qə­dər yük­səl­sə, o za­man ma­na­tın möh­kəm­lən­mə­si və ona olan inam ye­ni­dən baş ve­rə bi­lər"

 

"Azər­bay­can ma­na­tı­na inam müt­ləq şə­kil­də bər­pa olun­ma­lı­dır". Bu­nu "Fitch" bey­nəl­xalq rey­tinq agentli­yi­nin su­ve­ren öl­kə­lər üz­rə de­par­ta­men­ti­nin baş di­rek­to­ru Pa­ul Qambl me­dia nü­ma­yən­də­lə­ri­nə açıq­la­ma­sın­da de­yib.

Onun söz­lə­ri­nə gö­rə, 2016-cı il­də neft qiy­mət­lə­ri­nin təd­ri­cən artma­sı­na bax­ma­ya­raq, ma­na­tın mə­zən­nə­si zə­if­lə­yib. "Bi­zim ma­na­tın ta­le­yi ilə bağ­lı qey­ri-mü­əy­yən­li­yi­miz da­vam et­mək­də­dir. Bu da ma­na­ta olan ina­mı bir az da azal­dır. Bu­na gö­rə də ha­zır­da ma­na­ta ina­mın bər­pa olun­ma­sı əsas mə­sə­lə­dir".

Azər­bay­can ma­na­tı­na ina­mın ne­cə bər­pa olun­ma­sı­nı öy­rən­mək məq­sə­di­lə ekspertlə­rə mü­ra­ci­ət et­dik.

İq­ti­sad­çı ekspert Na­tiq Cə­fər­li "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, ma­na­ta olan ina­mın bər­pa olun­ma­sı­nın biz­dən ası­lı olan və ol­ma­yan tə­rəf­lə­ri var: "Biz­dən ası­lı ol­ma­yan tə­rə­fi odur ki, nef­tin qiy­mə­ti ye­ni­dən 80-90 dol­la­ra qə­dər yük­səl­sə, o za­man ma­na­tın möh­kəm­lən­mə­si və ona olan inam ye­ni­dən baş ve­rə bi­lər. Be­lə olan hal­da öl­kə­nin val­yu­ta gə­lir­lə­ri ki­fa­yət qə­dər ar­ta­caq. Bu biz­dən ası­lı ol­ma­yan tə­rəf­dir.

Biz­dən ası­lı olan isə öl­kə­də in­ves­ti­si­ya mü­hi­ti o qə­dər yax­şı ol­ma­lı­dır ki, xa­ri­ci in­ves­tor­lar üçün cəl­be­di­ci ol­sun. Xa­ri­ci in­ves­tor­la­rın müx­tə­lif la­yi­hə­lər üz­rə və­sa­it ya­tır­ma­sı­na şə­ra­it ya­rat­maq la­zım­dır. Tə­bii ki, əc­nə­bi in­ves­tor­lar ya­tı­rım et­mək üçün ilk ön­cə öl­kə­mi­zə xa­ri­ci val­yu­ta ilə gə­lir. Da­ha son­ra on­lar öz və­sa­it­lə­ri­ni ma­na­ta çe­vi­rir­lər. Bu da ma­na­tın möh­kəm­lən­mə­si­nə və onun nü­füz qa­zan­ma­sı­na sə­bəb ola­caq. Bun­la­rı et­mək üçün cid­di şə­kil­də ça­lış­maq la­zım­dır. Hö­ku­mət­dən ası­lı olan bir ne­çə mə­sə­lə var. Azər­bay­can bey­nəl­xalq təş­ki­lat­la­ra üzvlü­yü­nü bər­pa et­mə­li­dir. Ümum­dün­ya Ti­ca­rət Təş­ki­la­tı­na üzv ol­maq la­zım­dır ki, xa­ri­ci in­ves­tor­lar Azər­bay­ca­na ya­tı­rım et­sin. Həm­çi­nin, öl­kə­nin ver­gi və göm­rük si­ya­sə­ti də­yiş­di­ril­mə­li­dir ki, iq­ti­sa­di ak­tiv­lik artsın".

Həm­söh­bə­ti­miz son­da onu vur­ğu­la­dı ki, Azər­bay­can ma­na­tı­na olan ina­mın bər­pa­sı üçün uzun za­man tə­ləb olu­nur.

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər