12/12/2017 00:54
728 x 90

Pre­zi­dent Əli­ye­vin Ba­kı Fo­ru­mun­da ix­rac ba­zar­la­rı ilə bağ­lı tə­lə­bi mü­za­ki­rə­yə çı­xır...

"Azər­bay­can məh­su­lu­nu bö­yük ba­zar­la­ra çı­xa­ra bi­lər"

img

Müs­lüm İb­ra­hi­mov: "İx­ra­ca­tı ar­tır­maq üçün bey­nəl­xalq mar­ke­tinq si­ya­sə­tin­dən is­ti­fa­də et­mək la­zım­dır"

 

"Çə­tin­lik­lə­rin öh­də­sin­dən gəl­dik, bu il iq­ti­sa­di ar­tım ola­caq". Bu söz­lə­ri Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev V Qlo­bal Ba­kı Fo­ru­mu­nun açı­lı­şın­da de­yib.

O bil­di­rib ki, hö­ku­mət və xalq ara­sın­da bir­lik olan­da tor­paq­lar iş­ğal al­tın­da qal­sa be­lə, iq­ti­sa­diy­yat in­ki­şaf edə bi­lər: "Azər­bay­can­da yox­sul­lu­ğu son 15 il­də 5 fa­i­zə qə­dər azaltmı­şıq. Azər­bay­can iq­ti­sa­diy­ya­tı neft qiy­mət­lə­ri­nin aşa­ğı düş­mə­sin­dən əziy­yət çə­kib. An­caq is­la­hat­lar­la qı­sa müd­dət­də çə­tin­lik­lə­ri həll edə bil­dik. Neft gə­lir­lə­ri 3-4 də­fə aşa­ğı dü­şür­sə, bu, hə­yat tər­zi­nə tə­sir edir. Bu­na bax­ma­ya­raq, çə­tin­lik­lə­rin öh­də­sin­dən gəl­dik. Mü­əy­yən çə­tin­lik­lər var, an­caq neft qiy­mət­lə­ri­nə adap­ta­si­ya baş ve­rir. Bu il iq­ti­sa­di ar­tım ola­caq. Hət­ta ke­çən il neft və qaz sa­hə­si­ni kə­na­ra qoy­saq, gö­rə­rik ki, qey­ri-neft sek­to­run­da ar­tım var. Son iki ay ər­zin­də qey­ri-neft məh­sul­la­rı­nın ix­ra­cı­nı iki də­fə­yə qə­dər ar­tı­ra bil­mi­şik. Biz ix­ra­cı­mı­zı ge­niş­lən­dir­mə­li­yik, bi­zə xa­ri­ci ba­zar­lar la­zım­dır. Bu­nun üçün hə­min ba­zar­la­ra ma­lik öl­kə­lə­rin rəh­bər­lə­ri ilə yax­şı si­ya­si əla­qə­lə­rə ma­lik ol­ma­lı­yıq".

İx­ra­cı ge­niş­lən­dir­mək üçün xa­ri­ci ba­zar­la­rın la­zım ol­du­ğu­nu ekspertlər­də təs­diq­lə­yir. 

İq­ti­sad elmlər dok­to­ru Müs­lüm İb­ra­hi­mov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, ix­ra­ca­tı ar­tır­maq üçün bey­nəl­xalq mar­ke­tinq si­ya­sə­tin­dən is­ti­fa­də et­mək la­zım­dır. İlk ön­cə xa­ri­ci ba­zar­la­rın həc­mi öy­rə­nil­mə­li­dir: "İx­rac - iq­ti­sad in­ki­şaf­dan yox, id­xal­çı öl­kə­lə­rin iq­ti­sa­di in­ki­şa­fın­dan ası­lı­dır. Öl­kə­də iq­ti­sa­di ar­tım var­sa, bu, id­xa­lın ar­tı­mı­na sə­bəb olur. Bi­rin­ci növ­bə­də in­ki­şaf et­miş və in­ki­şaf et­mək­də olan öl­kə­lə­rin ba­za­rı­nın in­ki­şa­fı­nın han­sı sə­viy­yə­də ol­ma­sı­na nə­zər sal­maq la­zım­dır. Mə­lu­mat üçün bil­di­rim ki, Asi­ya öl­kə­lə­ri­nin ba­za­rı in­ki­şaf sə­viy­yə­sin­də­dir. Or­ta Asi­ya öl­kə­lə­rin­dən Ta­ci­kis­tan və Qır­ğı­zıs­tan yal­nız biz­dən məh­sul alır. Bu öl­kə­lər­lə iq­ti­sa­di ələ­qa­lə­ri da­ha da in­ki­şaf et­dir­mək la­zım­dır ki, da­ha çox məh­sul ix­rac edə bi­lək. 

Da­ha son­ra Ru­si­ya, Qa­za­xıs­tan və Be­la­rus ba­zar­la­rın­da da  ənə­nə­vi in­ki­şaf möv­cud­dur".

M.İb­ra­hi­mov bil­dir­di ki, Azər­bay­can məh­su­lu­nu bö­yük ba­zar­la­ra çı­xa­ra bi­lər. Bö­yük ba­zar de­yən­də söh­bət Av­ro­pa İt­ti­fa­qı­na da­xil olan öl­kə­lər­dən ge­dir.

Həm­çi­nin, ABŞ ba­za­rı da bö­yük­dür. Bu ba­za­ra da­xil ol­maq üçün bu gün  bö­yük bir rə­qa­bət var: "Ame­ri­ka ba­za­rı­na da­xil ol­ma­ğa diq­qət ye­tir­mək la­zım­dır. Onu da de­yim ki, ha­zır­da Ame­ri­ka­da Azər­bay­can məh­sul­la­rı­na tə­lə­bat var".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, in­ki­şaf et­miş öl­kə­lə­rin ba­za­rı­na yal­nız on­la­rın stan­dar­tı­na uy­ğun məh­sul gön­dər­mək la­zım­dır: "Söh­bət kənd tə­sər­rü­fa­tı məh­su­lun­dan ge­dir­sə, bu, eko­lo­ji cə­hət­dən tə­miz ol­ma­lı­dır".

M.İb­ra­hi­mov onu da di­lə gə­tir­di ki, hər bir öl­kə­nin alı­cı­lıq qa­bi­liy­yə­ti fərqli­dir. İn­ki­şaf et­miş və in­ki­şaf et­mək­də olan öl­kə­lə­rin alı­cı­lıq qa­bi­liy­yə­ti öl­kə­nin iq­ti­sa­di du­ru­mu­na gö­rə də­yi­şir.

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər