28/04/2017 21:50
728 x 90

Son de­val­va­si­ya­dan son­ra Azər­bay­can tu­riz­mi­nin çi­çək­lən­di­yi bey­nəl­xalq he­sa­bat­da...

img

Qey­ri-neft sek­to­ru­nun mü­hüm qol­la­rın­dan bi­ri ki­mi Azər­bay­can­da tu­riz­min in­ki­şaf et­di­ril­mə­si xü­su­si diq­qət mər­kə­zin­də qal­maq­da da­vam edir. Bu is­ti­qa­mət­də atı­lan ad­dım­lar öl­kə­yə ge­də­rək da­ha çox tu­ris­tin gə­li­şi ilə mü­şa­hi­də olun­maq­da­dır. Ümu­miy­yət­lə, ya­xın perspek­tiv­də göz­lə­nir ki, Azər­bay­can tu­rizm xət­ti­lə da­ha bö­yük miq­dar­da gə­lir əl­də edə­cək.

Di­gər tə­rəf­dən ma­liy­yə ba­zar­la­rın­da və­ziy­yət də in­di­ki şə­ra­it­də öl­kə­yə tu­rist axı­nı­nı şərtlən­di­rən baş­lı­ja mə­qam­lar­dan bi­ri­nə çev­ri­lib. Söh­bət Azər­bay­can­da mə­lum de­val­va­si­ya­lar­dan ge­dir. "Fitch" bey­nəl­xalq rey­tinq agentli­yi­nin de­par­ta­ment di­rek­to­ru Pa­ul Qambl da bil­di­rir ki, Azər­bay­can­da tu­rizm məhz de­val­va­si­ya­dan son­ra çi­çək­lən­mə­yə baş­la­yıb. O qeyd edir ki, de­val­va­si­ya­nın tə­si­ri ilə qey­ri-neft sek­to­run­da əsas sa­hə­lər­dən bi­ri ola­raq tu­rizm in­ki­şaf et­mə­yə baş­la­yıb: "Bu­na tə­sir edən əsas amil­lər sı­ra­sın­daa Azər­bay­can­da vi­za sa­də­ləş­di­ril­mə­si­ni də qeyd et­mək olar. Bu, öl­kə­də tu­riz­min əsas uğur he­ka­yə­si­dir".

Ma­liy­yə bazrla­rın­da ma­na­tın xa­ri­ci val­yu­ta­lar, o cüm­lə­dən dol­la­ra nis­bət­də mə­zən­nə­si­nin sa­bit­ləş­mə­si isə tu­ristlər üçün da­ha əl­ve­riş­li şə­ra­it ya­ra­dır. Yə­ni tu­ristlə­rin xərclə­ri­nin həc­mi­nin mü­əy­yən olun­ma­sı ba­xı­mın­dan bu amil bö­yük ro­la ma­lik­dir. Di­gər tə­rəf­dən ma­na­tın xa­ri­ci val­yu­ta­la­ra nis­bət­də ucuz ol­ma­sı in­di xey­li say­da Azər­bay­can və­tən­da­şı­nı öl­kə da­xi­lin­də is­ti­ra­hə­tə meyllən­di­rir. Çün­ki da­xil­də is­ti­ra­hət xa­ri­cə nis­bə­tən xey­li ucuz ba­şa gə­lir. Be­lə­lik­lə, həm xa­ri­ci tur­sit­lə­rin sa­yı­nın artma­sı, həm də in­san­la­rın da­xil­də is­ti­ra­hə­tə üs­tün­lük ver­mə­si tu­riz­min in­ki­şa­fı­nı sü­rət­lən­dir­mək­lə ya­na­şı, bu is­ti­qa­mət­dən əl­də edi­lən gə­lir­lə­rin də miq­da­rı­nın di­na­mik şə­kil­də artma­sı­na rə­vac ve­rir.

Ha­zır­da diq­qət mər­kə­zin­də olan baş­lı­ca mə­qam­lar­dan bi­ri qar­şı­da­kı dövr ər­zin­də xa­ric­dən Azər­bay­ca­na da­ha çox say­da tu­rist cəlb et­mək­dir. Ya­ra­dı­lan əl­ve­riş­li şə­ra­it və uğur­la apa­rı­lan təb­li­ğat da pro­ses­də öz sö­zü­nü de­yir. Elə bu­nun nə­ti­cə­si­dir ki, Nov­ruz bay­ra­mın­da is­ti­ra­hət gün­lə­ri üçün Ba­kı­da­kı otel yer­lə­ri da­ha çox xa­ri­ci­lər tə­rə­fin­dən tu­tu­lub. Azər­bay­can Tu­rizm As­so­si­a­si­ya­sı səd­ri­nin mü­şa­vi­ri Mü­zəf­fər Ağa­kə­ri­mov isə bil­di­rir ki, Ba­kı­da otel­lər­də­ki yer­lə­rin ço­xu İran tu­ristlə­ri tə­rə­fin­dən bron­laş­dı­rı­lıb. Nov­ruz­da Azər­bay­can­da is­ti­ra­hət edə­cək əc­nə­bi­lər ara­sın­da Ru­si­ya, ərəb öl­kə­lə­ri və­tən­daş­la­rı da var.

M.Ağa­kə­ri­mov bil­di­rib ki, Nov­ruz­da 9 qey­ri-iş gü­nü ol­ma­sın­dan is­ti­fa­də edən Azər­bay­can və­tən­daş­la­rı da­ha çox re­gi­on­lar­da­kı otel­lər­də din­cəl­mə­yə üs­tün­lük ve­rib­lər. Onun söz­lə­ri­nə gö­rə, əsa­sən Şə­ki, Qə­bə­lə, Qu­sar, Qu­ba­da­kı otel­lər­də yer­lər bron­laş­dı­rı­lıb.

Mə­sə­lə­nin ma­raq do­ğu­ran tə­rəf­lə­rin­dən bi­ri isə tu­rizm xət­ti­lə Azər­bay­ca­na həm də bö­yük həcmdə val­yu­ta gə­li­şi­nin tə­min olun­ma­sı­dır. Qar­şı­da­kı bay­ram ərə­fə­sin­də də ekspertlər bil­di­rir ki, öl­kə­yə gə­lən tu­ristlər xey­li val­yu­ta gə­ti­rə bi­lər­lər. Bu amil də bay­ram gün­lə­rin­də ma­na­tın mə­zən­nə­si­nə müs­bət tə­sir edə­cək. İq­ti­sad­çı-ekpsert Rə­şad Hə­sə­nov bil­di­rir ki, xü­su­si­lə də İran­dan gə­lən tu­ristlə­rin sa­yın­da xey­li ar­tım mü­şa­hi­də olu­na­caq. Tu­ristlə­rin val­yu­ta ilə xərclə­mə­lə­ri ba­zar­lar­da dol­lar tək­li­fi­ni ar­tı­ra­caq və döv­riy­yə­yə əla­və val­yu­ta da­xil ola­caq. Son rə­qəm­lə­rə gö­rə, bay­ram gün­lə­rin­də Azər­bay­ca­na gəl­mək is­tə­yən 23 mi­nə ya­xın iran­lı tu­rist vi­za üçün mü­ra­ci­ət edib. Or­ta he­sab­la bir tu­ris­tin Azər­bay­can­da 1000-1200 dol­lar və­sa­it xərclə­yə­cə­yi proq­noz edi­lir. Bu isə təx­mi­nən öl­kə­yə 25-30 mil­yon dol­lar həc­min­də aval­yu­ta axı­nı de­mək­dir. Bu məb­ləğ təq­ri­bən bir val­yu­ta hər­ra­cın­da bankla­rın dol­la­ra olan tə­lə­bi­nin qar­şı­lan­ma­sı­na ki­fa­yət edir.

İran­la ya­na­şı, ərəb öl­kə­lə­rin­dən gə­lən tu­ristlə­rin sa­yın­da ge­də­rək ar­tım mü­şa­hi­də olu­nur. Son mü­şa­hi­də­lər isə Bir­ləş­miş Ərəb Əmir­lik­lə­rin­dən (BƏƏ) öl­kə­mi­zə gə­lən­lə­rin sa­yı­nın di­na­mik şə­kil­də ar­tı­dı­ğı­nı gös­tə­rir. Özü də nə­zə­rə alaq ki, BƏƏ var­lı öl­kə­lər­dən sa­yı­lır və bu da o de­mək­dir ki, bu­ra­dan gə­lən tu­ristlə­rin Azər­bay­can­da xərclə­dik­lə­ri və­sa­it də az de­yil. Azər­bay­ca­nın BƏƏ-də­ki sə­fi­ri Daş­qın Şi­ka­rov da BƏƏ-dən gə­lən tu­ristlə­rin sa­yın­da cid­di ar­tım ol­du­ğu­nu bil­di­rir: "Azər­bay­ca­na ərəb öl­kə­lə­rin­dən gə­lən tu­ristlə­rin bö­yük qis­mi Bir­ləş­miş Ərəb Əmir­lik­lə­ri­nin pa­yı­na dü­şür. Ötən ilin yal­nız iyul ayın­da BƏƏ-dən Azər­bay­ca­na gə­lən tu­ristlə­rin sa­yı 10000-dən çox olub ki, bu da 2015-ci ilin ey­ni döv­rü ilə mü­qa­yi­sə­də 100 də­fə çox­dur". Sə­fi­rin söz­lə­ri­nə gö­rə, BƏƏ-dən Azər­bay­ca­na gə­lən tu­ristlə­rin sa­yı 2015-ci il­lə mü­qa­yi­sə­də 30 də­fə ar­tıb. Ca­ri il ər­zin­də isə ar­tım da­ha çox ola­caq. Be­lə ki, ar­tıq Ba­kı­ya BƏƏ-nin "Air Ara­bia" şir­kə­ti­nin uçuş­la­rı re­al­la­şır. Dip­lo­ma­tın söz­lə­ri­nə gö­rə, bun­dan baş­qa, yay möv­sü­mün­də "Fly Du­bai" şir­kə­ti­nin Du­bay-Qə­bə­lə marşru­tu üz­rə uçuş­la­rı hə­ya­ta ke­çi­ri­lə­cək, BƏƏ-dən Nax­çı­va­na bir­ba­şa reyslə­rin açıl­ma­sı is­ti­qa­mə­tin­də isə iş apa­rı­lır: "Bü­tün bun­la­rı nə­zə­rə ala­raq əmin­lik­lə de­mək olar ki, 2017-ci il­də BƏƏ-dən Azər­bay­ca­na gə­lə­cək tu­ristlə­rin sa­yı 2016-cı il­lə mü­qa­yi­sə­də da­ha çox ola­caq. Tə­bii ki, bu­ra­da öl­kə­miz­də 2017-ci il­də ke­çi­ri­lə­cək İs­lam Həm­rəy­lik Oyun­la­rı və For­mu­la-1 Azər­bay­can Qran-Pri­si təd­bir­lə­ri­nin bö­yük ro­lu var".

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər