22/10/2017 21:08
728 x 90

Fran­sa şir­kət­lə­ri üçün ən sə­mə­rə­li se­çim - Azər­bay­can, ya Er­mə­nis­tan...

"Fran­sız şir­kət­lə­ri­nin Er­mə­nis­ta­na in­ves­ti­si­ya qo­ya­caq­la­rı re­al gö­rün­mür"

img

Za­kir Əh­mə­dov: "...Azər­bay­ca­nın şansla­rı da­ha bö­yük­dür"

 

Son il­lər­də Azər­bay­can-Fran­sa əla­qə­lə­ri da­ha da in­ki­şaf edib, iki­tə­rəf­li mü­na­si­bət­lər­də qar­şı­lıq­lı inam və eti­mad güc­lə­nib. Fran­sa Azər­bay­ca­nın Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yin­də oy­na­dı­ğı ro­lu müs­bət qiy­mət­lən­di­rə­rək ener­ge­ti­ka sa­hə­sin­də əmək­daş­lı­ğı ge­niş­lən­dir­mək niy­yə­tin­də ol­du­ğu­nu bə­yan edib.

Azər­bay­can və Fran­sa ara­sın­da əmək­daş­lıq mü­na­si­bət­lə­ri ha­zır­da ye­ni in­ki­şaf mər­hə­lə­si­nə qə­dəm qo­yub. Döv­lət və hö­ku­mət baş­çı­la­rı­nın qar­şı­lıq­lı sə­fər­lə­ri öl­kə­lər ara­sın­da mü­na­si­bət­lə­rin il­dən-ilə güc­lən­mə­si­nə mü­hüm tə­sir gös­tə­rib. Pre­zi­dent İl­ham Əli­ye­vin Fran­sa­ya bu­də­fə­ki sə­fə­ri də, şüb­hə­siz ki, iki­tə­rəf­li əla­qə­lə­rin in­ki­şa­fın­da ye­ni im­kan­lar aça­caq.

Fran­sa­nın Cə­nu­bi Qaf­qaz­da əsas ti­ca­rət tə­rəf­da­şı olan Azər­bay­can­la te­le­kom­mu­ni­ka­si­ya, şə­hər­sal­ma, nəq­liy­yat, yün­gül sə­na­ye, şə­rab­çı­lıq və di­gər sa­hə­lər­də əmək­daş­lı­ğı get­dik­cə möh­kəm­lə­nir. Ha­zır­da öl­kə­də 50-dən çox fran­sız şir­kə­ti fə­a­liy­yət gös­tə­rir və ti­ca­rət döv­riy­yə­si iki mil­yard dol­la­ra ya­xın­la­şır. Fran­sız mü­əs­si­sə­lə­ri neft və neft məh­sul­la­rı­nın is­teh­sa­lı ilə ya­na­şı, bank, elektrik ener­ji­si və ət­raf mü­hi­tin qo­run­ma­sı və is­teh­lak mal­la­rı sek­tor­la­rın­da fə­a­liy­yət gös­tə­rir.

Pre­zi­dent İl­ham Əli­yev sə­fər çər­çi­və­sin­də iş­gü­zar da­i­rə­lər­lə ke­çir­di­yi gö­rüş­lər za­ma­nı Fran­sa şir­kət­lə­ri­ni Azər­bay­ca­na sər­ma­yə qoy­ma­ğa ça­ğı­rıb: "Xa­ri­ci və yer­li şir­kət­lə­rin bü­tün in­ves­ti­si­ya­la­rı la­zı­mi şə­kil­də qo­ru­nur. Bu­na gö­rə də, bu, Azər­bay­ca­na in­ves­ti­si­ya ya­tır­maq üçün əla­və sti­mul və ma­raq ya­ra­dır. Ey­ni za­man­da, re­gi­on­da güc­lü iq­ti­sa­di möv­qe­yə, qon­şu­lar­la yax­şı əla­qə­lə­rə və güc­lü ma­liy­yə eh­ti­yat­la­rı­na ma­lik ola­raq biz stra­te­ji əhə­miy­yət kəsb et­di­yi­ni dü­şün­dü­yü­müz sek­tor­la­ra pod­rat­çı­lar cəlb edə bi­lə­rik".

İl­ham Əli­yev­dən əv­vəl Er­mə­nis­tan pre­zi­den­ti Serj Sar­kis­yan Fran­sa­da ol­muş­du. O da fran­sız şir­kət­lə­ri­ni öl­kə­yə sər­ma­yə qoy­ma­ğa ça­ğır­mış­dı. Bü­töv­lük­də in­ves­ti­si­ya cəlb et­mək et­mək ba­xı­mın­dan han­sı döv­lət da­ha cəl­be­di­ci­dir - Azər­bay­can, yox­sa Er­mə­nis­tan?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən ekspert Za­kir Əh­mə­do­vun söz­lə­ri­nə gö­rə, Azər­bay­can bu ba­xım­dan da­ha cəl­be­di­ci­dir: "Er­mə­nis­ta­nın Fran­sa şir­kət­lə­ri üçün cəl­be­di­ci ol­ma­sın­dan söh­bət ge­də bil­məz. Bax­ma­ya­raq ki, sö­zü­ge­dən döv­lət­lə­rin mü­na­si­bət­lə­ri çox ya­xın­dır. An­caq sər­ma­yə­nin öl­kə­yə cəlb olun­ma­sı üçün gə­rək həm də cid­di iq­ti­sa­di fak­tor­lar ol­sun. Er­mə­nis­tan iq­ti­sa­diy­ya­tı bər­bad və­ziy­yət­də­dir və hər ke­çən gün bir az da ge­ri­lə­yir. Öl­kə əha­li­si il­bə­il aza­lır. Nə­zə­rə al­saq ki, Er­mə­nis­ta­nı tərk edən­lə­rin əsas his­sə­si­ni əmək qa­bi­liy­yət­li şəxslər təş­kil edir, o ba­xım­dan bu­nun nə de­mək ol­du­ğu­nu tə­səv­vür et­mək heç də çə­tin de­yil. Er­mə­nis­tan ba­za­rı çox ki­çik­dir. Be­lə olan hal­da, tə­bii ki, fran­sız şir­kət­lə­ri­nin ora in­ves­ti­si­ya qo­ya­caq­la­rı re­al gö­rün­mür. An­caq bun­dan fərqli ola­raq, Azər­bay­ca­nın şansla­rı da­ha bö­yük­dür. Ona gö­rə ki, Azər­bay­can­da yax­şı nəq­liy­yat infrastruk­tu­ru var. Son il­lər öl­kə iq­ti­sa­diy­ya­tı şa­xə­lən­di­ri­lir. Bu da xa­ri­ci şir­kət­lər üçün ye­ni perspek­tiv­lər açır".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər