26/06/2017 00:56
728 x 90

Plas­tik kartla ödə­niş­lə­rin ƏDV-dən azad olun­ma­sı re­al­la­şar­sa...

"Kartla ödə­niş­lə­rin ƏDV-dən azad olun­ma­sı şəf­faf­lı­ğı ar­tı­ra­caq"

img

Ək­rəm Hə­sə­nov: "Kartla ödə­niş­lə­rin ƏDV-dən azad olun­ma­sı nağdsız he­sab­laş­ma­la­rın döv­riy­yə­si­ni ar­tı­ra­caq"

 

Azər­bay­can­da kartla ödə­niş­lə­rin ƏDV-dən azad olun­ma­sı tək­lif olu­nur. Söh­bət "Vi­sa", "Mas­ter­Card" və "Swift" sis­tem­lə­ri üz­rə bank ödə­niş­lə­ri­ni əla­və də­yər ver­gi­sin­dən (ƏDV) azad et­mək­dən ge­dir. Be­lə bir tək­lif­lə "Ra­bi­tə­bank"ın İda­rə He­yə­ti­nin səd­ri El­çin Qə­di­mov çı­xış edib.

O, mət­bu­a­ta açıq­la­ma­sın­da qeyd edib ki, bu ödə­niş­lər ma­liy­yə xid­mət­lə­ri ka­te­qo­ri­ya­sı­na aid de­yil və bu­na gö­rə də on­la­ra ƏDV tət­biq edi­lir: "Biz tək­lif edi­rik ki, "Vi­sa", "Mas­ter­Card" və  "Swift" sis­tem­lə­ri bank ödə­niş­lə­ri ka­te­qo­ri­ya­sı­na aid edil­sin və ƏDV-dən azad olun­sun".

Ödə­niş kartla­rı­nın ƏDV-dən azad olun­ma­sı­na mü­na­si­bət bil­di­rən bank sa­hə­si üz­rə mü­tə­xəs­sis Ək­rəm Hə­sə­nov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, bu ilin əv­və­lin­də nağdsız he­sab­laş­ma­lar haq­qın­da mü­va­fiq qa­nun qə­bul olun­du. Hə­min qa­nu­nun məq­sə­di öl­kə­də nağd he­sab­laş­ma­la­rın həc­mi­ni azaltmaq­dır: "Nə­zə­ri­ni­zə çat­dı­rım ki, hə­min qa­nun­da bə­zi məh­du­diy­yət­lər var. Qa­baq­cıl öl­kə­lər­də nağdsız he­sab­laş­ma­lar məh­du­diy­yət yo­lu ilə de­yil, sti­mul­laş­dı­rı­cı hə­rə­kət­lər­lə həll olu­nur. Ana­lo­ji hal biz­də də tət­biq olun­ma­lı­dır. Bəl­li­dir ki, in­san is­tə­ni­lən mar­ket­dən nə­sə alan­da on­dan 18 fa­iz­lik ƏDV tu­tu­lur. An­caq alı­cı  bil­sə ki, ödə­ni­şi kart va­si­tə­si­lə, yə­ni nağdsız qay­da­da et­sə on­dan ƏDV tu­tul­ma­ya­caq, o ça­lı­şa­caq ki, nağd he­sab­laş­ma­lar­dan uzaq­laş­sın. Be­lə olan hal­da, in­san nağdsız he­sab­laş­ma­la­ra üs­tün­lük ve­rə­cək. Bu, nağdsız he­sab­laş­ma­la­rın döv­riy­yə­si­ni ar­tı­ra­caq".

Onun söz­lə­ri­nə gö­rə, kartla ödə­niş­lə­rin ƏDV-dən azad olun­ma­sı şəf­faf­lı­ğı ar­tı­ra­caq: "Də­fə­lər­lə öz çı­xış­la­rım­da ödə­niş kartla­rı­nın ƏDV-dən azad olun­ma­sı ba­rə­də fi­kir bil­dir­mi­şəm. Ümid edi­rəm ki, ai­diy­yə­ti qu­rum­lar kartla­rın ƏDV-dən azad olun­ma­sı mə­sə­lə­si­ni bir da­ha nə­zər­dən ke­çi­rə­cək".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər