14/12/2017 10:05
728 x 90

Azərbaycanla Türkiyə ticarətin milli valyutalarla aparılmasının detallarını müzakirə edir

Şahin Mustafayev: “Azərbaycan torpaqlarını azad edənədək Ermənistan regional əməkdaşlıqdan kənar qalacaq”

img

"Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin yenidən artırılması zəruridir". APA-nın məlumatına görə, bunu İstanbulda təşkil olunan V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışında Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.

Çıxışına azərbaycanca "hər şeyin təzəsi, dostun köhnəsi" sözləri ilə başlayan nazir dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Türkiyə iqtisadiyyatının 2009-cu ildən 2016-cı ilin III rübünə qədər sabit şəkildə inkişaf etdiyini bildirib. O, keçən ilin III rübündə baş verən iqtisadi azalmanın ümumilikdə dünyadakı qeyri-stabil vəziyyətdən irəli gəldiyini vurğulayıb.

2015-ci ildə Türkiyədə ixracın 141 milyard dollar, idxalın isə 198 milyard dollar təşkil etdiyini xatırladan F. Özlü 2016-cı ildə Azərbaycanla ticarət dövriyyəsinin azalaraq 2,4 milyard dollara düşdüyünü qeyd edib. Nazir bu istiqamətdə müxtəlif səpkili müzakirələrin aparıldığını qeyd edib. Bunlardan biri də ticarət dövriyyəsinin milli valyutalarda aparılmasıdır: "2016-cı ildə Türkiyənin xarici ticarət dövriyyəsinin 6,5%-nin türk lirəsi ilə həyata keçirilib. Bu rəqəmi daha da artırmaq istəyirik".

Nazir milli valyutalarla ticarətin aparılacağı təqdirdə iş adamlarının məzənnə fərqlərindən zərər görməməsi üçün lazımi qərarların qəbul ediləcəyini bildirib.

“Azərbaycan torpaqları işğal altında qaldığı müddətdə Ermənistan regional iqtisadi əməkdaşlıqdan kənar qalacaq”. Trend-in məlumatına görə, bunu isə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, regionda sabitliyi pozan, işğalçı siyasət həyata keçirən və qonşu ölkələrə qarşı torpaq iddiaları olan Ermənistan hər zaman iqtisadi və siyasi əməkdaşlıqdan kənar qalacaq.

Son xəbərlər