24/06/2017 21:30
728 x 90

Də­lə­duz ti­kin­ti şir­kət­lə­rin­dən ic­ti­mai na­ra­zı­lıq son həd­də ça­tıb - işə PA qa­rı­şır...

Vü­qar Bay­ra­mov: "Və­tən­daş­la­rın in­şa­at sek­to­run­da hü­quq­la­rı­nı qo­ru­maq üçün bu sa­hə­də diq­qət­li ol­maq la­zım­dır"

img

"Ti­kin­ti şir­kət­lə­ri­nin və­tən­daş­la­rı al­dat­ma­ma­sı üçün  kompleks ad­dım­lar atıl­ma­lı­dır"

 

"2016-cı il­də Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı­na da­xil ol­muş mü­ra­ci­ət­lə­rin bir qis­min­də və­tən­daş­lar in­şa edil­miş çox­mər­tə­bə­li ya­şa­yış bi­na­la­rı­nın mü­va­fiq nor­ma və qay­da­la­ra uy­ğun ti­kil­mə­mə­sin­dən, mü­qa­vi­lə şərtlə­ri­nin ko­bud su­rət­də po­zul­ma­sın­dan, bə­zi şir­kət­lə­rin mən­zi­lin pu­lu­nu al­dıq­dan son­ra yo­xa çıx­ma­sın­dan, mən­zil­lə­rin döv­lət ko­mis­si­ya­sı tə­rə­fin­dən is­tis­ma­ra qə­bul edil­mə­mə­sin­dən, və­tən­daş­la­rın bu bi­na­lar­da al­dıq­la­rı mən­zi­lə mül­kiy­yət hü­qu­qu­nu təs­diq et­di­rə bil­mə­mə­sin­dən, yol ve­ri­lən sü­rün­dür­mə­çi­lik­dən, qa­zın və su­yun vax­tın­da ve­ril­mə­mə­sin­dən, bu­nun üçün sa­kin­lər­dən də­fə­lər­lə əla­və pul yı­ğıl­ma­sın­dan şi­ka­yət­lə­nir­lər".

Bu ba­rə­də Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı­nın Sə­nəd­lər­lə və və­tən­daş­la­rın mü­ra­ci­ət­lə­ri ilə iş şö­bə­si­nin mü­di­ri Sü­ley­man İs­ma­yı­lo­vun Azər­TAc-da dərc olu­nan təh­lil ya­zı­sın­da bil­di­ri­lib. Ya­zı­da qeyd olu­nub ki, 100-dən çox mən­zil-ti­kin­ti ko­o­pe­ra­ti­vi və şir­kət ba­rə­sin­də da­xil olan şi­ka­yət­lər və­tən­daş­la­rın haq­lı ol­du­ğu­nu bir da­ha təs­diq edir: "Bun­lar­dan "Kris­tal Ab­şe­ron", "Kris­tal-L", "For­tis-Ba­yıl", "İlin dörd fəs­li" və di­gər­lə­ri­ni qeyd et­mə­li­yik. Son il­lər və­tən­daş­lar üçün cid­di prob­lem­lər ya­ra­dan be­lə MTK, MMC və şir­kət­lə­rin bir ço­xu ba­rə­sin­də ci­na­yət işi baş­la­nıb, və­tən­daş­la­ra dəy­miş zi­yan tam və ya qis­mən ödə­ni­lib.

Azər­bay­can Pre­zi­den­ti­nin 2017-ci il yan­va­rın 10-da Na­zir­lər Ka­bi­ne­ti­nin ic­la­sın­da qeyd et­di­yi ki­mi, bu il mən­zil ti­kin­ti­si sa­hə­sin­də bö­yük can­lan­ma baş ve­rə­cək, so­si­al ev­lə­rin ti­kin­ti­si­nə baş­la­na­caq və köh­nə ya­şa­yış sa­hə­lə­ri­nin ye­rin­də ti­ki­lən bi­na­lar­da hə­min əra­zi­də ya­şa­yan sa­kin­lə­rin mən­zil­lə tə­mi­na­tı­nın ye­ni qay­da­la­rı tət­biq olu­na­caq".

Mə­sə­lə ilə bağ­lı fi­kir bil­di­rən iq­ti­sad­çı-ekspert Vü­qar Bay­ra­mov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, və­tən­daş­la­rın ti­kin­ti şir­kət­lə­rin­dən na­ra­zı­lı­ğı də­fə­lər­lə səs­lən­di­ri­lib: "Bu mə­sə­lə ilə bağ­lı biz də araş­dır­ma apar­mı­şıq. Və­tən­daş­la­rın əsas şi­ka­yə­ti bir evin bir ne­çə nə­fə­rə sa­tıl­ma­sı­dır. Bu mə­sə­lə ilə bağ­lı mü­əy­yən iş­lər gö­rü­lüb. Məh­kə­mə­lər ke­çi­ri­lib, və­tən­daş­la­rın hü­quq­la­rı bər­pa olu­nub. Bir evin bir ne­çə nə­fə­rə sa­tıl­ma­sı ilə bağ­lı prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sı na­il ol­maq is­ti­qa­mə­tin­də mü­əy­yən ad­dım­lar atı­lıb. Ti­kin­ti şir­kət­lə­ri­nin və­tən­daş­la­rı al­dat­ma­ma­sı üçün kompleks ad­dım­lar atıl­ma­lı­dır. Am­ma şi­ka­yət­lə­rin struk­tu­ru gös­tə­rir ki, hö­ku­mət tə­rə­fin­dən ad­dım­la­rın atıl­ma­sı və pro­se­sin da­vam et­di­ril­mə­si­nə eh­ti­yac var. Və­tən­daş­la­rın in­şa­at sek­to­run­da hü­quq­la­rı­nı qo­ru­maq üçün bu sa­hə­də diq­qət­li ol­maq la­zım­dır".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər