18/10/2017 20:39
728 x 90

Azər­bay­ca­nın Av­ro­pa üçün neft-qaz əhə­miy­yə­ti pik həd­də...

img

Azər­bay­ca­nın tə­şəb­bü­sü ilə hə­ya­ta ke­çən ener­ji la­yi­hə­lə­ri­nin Av­ro­pa üçün ge­də­rək da­ha bö­yük əhə­miy­yət kəsb et­di­yi Qərb dün­ya­sın­da ar­tıq da­ha açıq for­ma­da eti­raf olu­nur. Bu mə­na­da sö­zü­ge­dən la­yi­hə­lə­rin müm­kün qə­dər tez ba­şa çat­ma­sı məq­sə­di­lə Av­ro­pa döv­lət­lə­ri­nin də fə­a­liy­yə­ti­ni əhə­miy­yət­li də­rə­cə­də ge­niş­lən­dir­mə­si mü­şa­hi­də olu­nur.

Çün­ki ar­tıq bu la­yi­hə­lər Qər­bin stra­te­ji ma­raq­la­rı ilə tam uz­la­şır. Bu­nu Av­ro­pa İt­ti­fa­qı­nın ali nü­ma­yən­də­si, Av­ro­pa Ko­mis­si­ya­sı­nın vit­se-pre­zi­den­ti Fe­de­ri­ka Mo­ge­ri­ni də təs­diq edir və konkret nü­mu­nə ki­mi "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si­ni gös­tə­rir. Azər­bay­can­la əmək­daş­lı­ğın Av­ro­pa İt­ti­fa­qı üçün bö­yük önəm da­şı­dı­ğı­nı vur­ğu­la­yan Fe­de­ri­ka Mo­ge­ri­ni "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si­nin təm­sil et­di­yi qu­rum üçün bö­yük əhə­miy­yə­tə ma­lik ol­du­ğu­nu qeyd edir. O bu la­yi­hə­nin Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yi­nin tə­min olun­ma­sın­da və qaz təc­hi­za­tı­nın şa­xə­lən­di­ril­mə­sin­də mü­hüm ro­lu­nu da xü­su­si qeyd edir. Bu sə­bəb­dən o, Av­ro­pa İt­ti­fa­qı­nın bu la­yi­hə­nin re­al­laş­ma­sı­na bun­dan son­ra da dəs­tək ve­rə­cə­yi­ni diq­qə­tə çat­dı­rır.

Ey­ni möv­qe­ni Av­ro­pa Ko­mis­si­ya­sı­nın vit­se-pre­zi­den­ti Ma­roş Şef­ço­viç də sər­gi­lə­yir. Onun söz­lə­ri­nə gö­rə, Xə­zər də­ni­zin­dən ha­sil olu­nan qa­zın Av­ro­pa­ya çat­dı­rıl­ma­sı­nı nə­zər­də tu­tan "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si stra­te­ji tə­şəb­büs­dür: "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yi stra­te­gi­ya­sı­nın əsas pri­o­ri­tet­lə­rin­dən bi­ri­dir. Azər­bay­can Av­ro­pa İt­ti­fa­qı­nın əsas ener­ji tə­rəf­daş­la­rın­dan bi­ri­dir. Ha­zır­da Av­ro­pa İt­ti­fa­qı nef­tə olan tə­lə­ba­tı­nın 5%-ni Azər­bay­ca­nın he­sa­bı­na ödə­yir. La­kin "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si­nin ic­ra­sı ilə Azər­bay­ca­nın Av­ro­pa İt­ti­fa­qı­nın ener­ji təh­lü­kə­siz­li­yi­nin tə­min olun­ma­sın­da ro­lu ar­ta­caq. La­yi­hə­nin nə­zər­də tu­tu­lan vaxtda ic­ra olun­ma­sı ol­duq­ca əhə­miy­yət­li­dir". Şef­ço­viç qeyd edib ki, "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si­nin ic­ra­sı­nı ko­or­di­na­si­ya et­mək üçün Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev Məş­və­rət Şu­ra­sı­nı tə­sis edib. Məş­və­rət Şu­ra­sı­nın növ­bə­ti ic­la­sı ca­ri il fev­ra­lın 23-də baş tu­ta­caq. Xa­tır­la­daq ki, mü­va­fiq la­yi­hə­nin hə­ya­ta ke­çi­ril­mə­si üçün cəlb edil­miş öl­kə­lə­rin ener­ji na­zir­lə­rin­dən iba­rət Məş­və­rət Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı tə­şəb­bü­sü bu la­yi­hə­nin stra­te­ji əhə­miy­yə­ti­ni yük­sək qiy­mət­lən­di­rən, ey­ni za­man­da onun ener­ji sa­hə­sin­də­ki əmək­daş­lı­ğı da­ha da də­rin­ləş­dir­mə­si perspek­tiv­lə­ri­nə bö­yük önəm ve­rən Azər­bay­can tə­rə­fin­dən irə­li sü­rü­lüb. Məş­və­rət Şu­ra­sı­nın işi­nin təş­ki­li ilə bağ­lı mə­sə­lə­lə­rin ic­ra­sı Azər­bay­ca­nın Ener­ge­ti­ka Na­zir­li­yi­nə tap­şı­rı­lıb. "Cə­nub Qaz Dəh­li­zi"nin Məş­və­rət Şu­ra­sı­nın ilk ic­la­sı 2015-ci il fev­ra­lın 12-də, ikin­ci ic­la­sı isə ötən il fev­ra­lın 29-da ke­çi­ri­lib. Növ­bə­ti ic­las da bir ne­çə gün son­ra baş tu­ta­caq. Bu­ra­da "Cə­nub Qaz Dəh­li­zi"nin ha­zır­kı və­ziy­yə­ti və ic­ra­sı­na tə­sir edə­cək mə­sə­lə­lə­rin mü­za­ki­rə­si göz­lə­nir.

"Cə­nub Qaz Dəh­li­zi"nin əsas is­ti­qa­mə­ti və baş­lan­ğıc nöq­tə­si sa­yı­lan TA­NAP-da iş­lə­rin da­ha da sü­rət­lən­di­ril­mə­si­nin mü­za­ki­rə pred­met­lə­rin­dən bi­ri­nə çev­ril­mə­si is­tis­na edil­mir. Ye­ri gəl­miş­kən qeyd edək ki, Azər­bay­can tə­bii qa­zı­nın Tür­ki­yə­yə və qar­daş öl­kə­dən də Av­ro­pa­ya nəq­li­ni nə­zər­də tu­tan TA­NAP la­yi­hə­si üz­rə iş­lə­rin 65 fa­iz­dən ço­xu ic­ra edi­lib. Tür­ki­yə­nin BO­TAŞ şir­kə­ti­nin baş di­rek­to­ru Bur­han Öz­can bil­di­rib ki, TA­NAP la­yi­hə­si­nin də­yə­ri 8,5 mil­yard dol­lar ola­caq. Qeyd edək ki, bu gün­lər­də TA­NAP la­yi­hə­si­nin dəs­tək­lən­mə­si üçün Dün­ya Ban­kı tə­rə­fin­dən Tür­ki­yə­nin zə­ma­nə­ti­lə BO­TAŞ şir­kə­ti­nə ay­rı­lan 400 mil­yon dol­lar­lıq kre­dit üz­rə mü­qa­vi­lə im­za­la­nıb. Ümu­miy­yət­lə isə, Dün­ya Ban­kı­nın  ötən il ma­liy­yə­ləş­dir­di­yi me­qa la­yi­hə­lə­rin si­ya­hı­sın­da ən çox və­sa­it məhz TA­NAP-a ay­rı­lıb. Ümu­mi­lik­də qu­rum TA­NAP-a 800 mil­yon dol­lar kre­dit ayı­rıb. Mü­qa­yi­sə üçün de­yək ki, si­ya­hı­da ikin­ci ye­ri tu­tan Kon­qo əra­zi­sin­də yer­lə­şən "In­ga 3" hid­ro­e­lektrik stan­si­ya­sı­na cə­mi 73 mil­yon dol­lar ay­rı­lıb. Bü­tün bun­lar TA­NAP-ın bey­nəl­xalq ma­liy­yə qu­rum­la­rı tə­rə­fin­dən də yük­sək qiy­mət­lən­di­ril­di­yi­ni və ona bö­yük miq­dar­da və­sa­it ay­rıl­dı­ğı­nı ay­dın gös­tə­rir. Qeyd edək ki, Dün­ya Ban­kı­nın Di­rek­tor­lar Şu­ra­sı­nın ötən il de­kab­rın 20-də elan et­di­yi qə­ra­rı ilə qu­rum TA­NAP-a ümu­mi­lik­də 800 mil­yon dol­lar kre­dit ayı­rıb. Kre­di­tin 400 mil­yon dol­la­rı­nı Azər­bay­can döv­lə­ti­nin zə­ma­nə­ti­lə "Cə­nub Qaz Dəh­li­zi" QSC, di­gər 400 mil­yon dol­la­rı isə Tür­ki­yə döv­lə­ti­nin zə­ma­nə­ti­lə BO­TAŞ alıb. Kre­dit "Cə­nub Qaz Dəh­li­zi" QSC-yə 30 il müd­də­ti­nə, BO­TAŞ şir­kə­ti­nə isə 29 il müd­də­ti­nə ve­ri­lib.

Gö­rü­lən iş­lər sa­yə­sin­də uzun­lu­ğu 1810 ki­lo­metr olan TA­NAP-ın 2018-ci ilin or­ta­sın­da is­tis­ma­ra ve­ril­mə­si göz­lə­nir. La­yi­hə üz­rə Azər­bay­can şir­kət­lə­ri­nin xərclə­ri­nin 2020-ci ilə­dək ümu­mi­lik­də 6,2 mil­yard dol­lar ola­ca­ğı nə­zər­də tu­tu­lur. TA­NAP-ın ti­kin­ti­si üz­rə ilk mər­hə­lə so­na çat­dı­rı­lıb və ha­zır­da ikin­ci mər­hə­lə üz­rə iş­lər da­vam et­di­ri­lir. Bo­ru kə­mə­ri­nin il­kin ötü­rü­cü­lük qa­bi­liy­yə­ti 16 mil­yard kub­metrdir və son­ra­dan bu həc­min 31 mil­yard kub­met­rə­dək ar­tı­rıl­ma­sı im­ka­nı var.

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər