27/04/2017 12:54
728 x 90

Dol­lar-ma­nat nis­bə­ti­nə da­ir proq­noz­lar heç vaxt in­di­ki qə­dər zid­diy­yət­li ol­ma­yıb...

img

Azər­bay­can­da əha­li xa­ri­ci val­yu­ta­lar­da yı­ğım va­si­tə­si ki­mi dol­lar və av­ro­dan da­ha çox is­ti­fa­də edir. Am­ma son gün­lər­də bu val­yu­ta­la­rın də­yi­şən qiy­mə­ti, on­la­rın ma­nat qar­şı­sın­da sü­rət­lə də­yər itir­mə­si av­ro və dol­la­ra ma­ra­ğı əhə­miy­yət­li də­rə­cə­də azal­dır. Pro­ses­lər isə gös­tə­rir ki, dol­lar və av­ro ca­ri il ər­zin­də ma­na­ta nis­bət­də da­ha çox ucuz­la­şa­caq. Be­lə və­ziy­yət isə yı­ğım va­si­tə­si ki­mi ma­na­ta ma­ra­ğı da­ha da ar­tı­rır.

Xa­tır­la­daq ki, Mər­kə­zi Ban­kın son hər­ra­cın­da dol­la­rın rəs­mi mə­zən­nə­si bir qə­dər də aşa­ğı dü­şüb. Ha­zır­da 1 dol­lar 1,7296 ma­na­ta bə­ra­bər­dir. Am­ma "Bank of Ame­ri­ka"nın ana­li­tik­lə­ri bil­di­rir ki, ma­nat bu il dol­la­ra qar­şı da­ha da güc­lə­nə bi­lər. Qeyd olu­nur ki, bu, nef­tin ba­ha­laş­ma­sı fo­nun­da da­ha re­al gör­sə­nir. Bil­di­ri­lir ki, ma­nat bu il dol­lar qar­şı­sın­da  mi­ni­mum 10-15% ba­ha­la­şa­caq. Düz­dür, öl­kə­nin kom­mer­si­ya bankla­rın­da son gün­lər dol­la­rın nağd mə­zən­nə­si­nin artma­sı mü­şa­hi­də olu­nur. Be­lə ki, ötən həf­tə­nin son iş gü­nün­də nağd dol­la­rı 1,73 ma­na­ta al­maq olur­du­sa, in­di banklar dol­la­rı ən yax­şı hal­da 1,78-ə sa­tır. Ekspertlər he­sab edir ki, nağd dol­la­rın bir qə­dər ba­ha­laş­ma­sı­nın sə­bə­bi son iki həf­tə ər­zin­də əlin­də­ki dol­lar­la­rı or­ta he­sab­la 1,85 ma­na­ta sa­tan  əha­li­nin ye­ni­dən alı­cı ki­mi ba­za­ra üz tut­ma­sı ilə bağ­lı­dır. Am­ma bu pro­se­sin ya­xın bir həf­tə ər­zin­də bit­mə­si və gə­lən həf­tə­dən dol­la­rın mə­zən­nə­si­nin kom­mer­si­ya bankla­rın­da ye­ni­dən düş­mə­si proq­noz­laş­dı­rı­lır. Ana­li­tik­lər tez­lik­lə dol­la­rın 1,6 ma­na­ta ki­mi ucuz­laş­ma­sı­nı be­lə is­tis­na et­mir. Ən əsa­sı isə, neft qiy­mət­lə­ri­nin yük­səl­mək­də da­vam et­mə­si də dol­la­rı də­yər­dən sa­lır. Məhz bu fon­da əha­li­nin yı­ğım va­si­tə­si ki­mi diq­qə­ti da­ha çox ma­na­ta yö­nəltmə­si göz­lə­nir. Bu­nun bir sə­bə­bi də av­ro­ya olan ma­ra­ğın əhə­miy­yət­li də­rə­cə­də azal­ma­sı­dır. Son mə­lu­mat­lar av­ro alı­şı­nın əha­li tə­rə­fin­dən kəs­kin şə­kil­də azal­dı­ğı­nı üzə çı­xa­rır. Be­lə ki, öl­kə­də əha­li­nin nağd xa­ri­ci val­yu­ta ilə mü­ba­di­lə əmə­liy­yat­la­rı çər­çi­və­sin­də 2016-cı ilin de­kabr ayın­da kom­mer­si­ya bankla­rın­dan xa­lis av­ro alı­şı 9 mil­yon 128,9 min təş­kil edib. Bu, no­yabr ayın­da əha­li­nin kom­mer­si­ya bankla­rın­dan xa­lis av­ro alı­şın­dan 15 mil­yon 939,6 min av­ro və ya 63,4% az­dır. Əv­vəl­ki ilin de­kab­rı­na nis­bə­tən isə bankla­rın əha­li­yə xa­lis av­ro sa­tı­şı 5,8 də­fə aza­lıb. Qeyd edək ki, 2016-cı ilin ye­ku­nun­da kom­mer­si­ya bankla­rı­nın əha­li­yə xa­lis av­ro sa­tı­şı ümu­mi­lik­də 266 mil­yon 647,6 min av­ro olub. Bu da əv­vəl­ki ilin ana­lo­ji gös­tə­ri­ci­sin­dən 3,11 də­fə az­dır.

Ca­ri il ərzndə isə av­ro­ya tə­lə­bin da­ha da azal­ma­sı göz­lə­nir. Çün­ki av­ro 2017-ci ilin ən prob­lem­li val­yu­ta­sı he­sab edi­lir. Məş­hur "Mar­ket­Watch" agentli­yi də bil­di­rir ki, av­ro­zo­na­nın va­hid val­yu­ta­sı­nın üz­ləş­di­yi risqlər da­ha cid­di­dir. Qeyd olu­nur ki, bu ilin sentyabr ayın­da Al­ma­ni­ya­da, bun­dan ön­cə isə Fran­sa və Hol­lan­di­ya­da seç­ki­lər baş tu­ta­caq. Bu öl­kə­lər­də ha­zır­da ön­də ge­dən si­ya­si qüv­və­lər isə Av­ro­pa İt­ti­fa­qı­nın var­lı­ğı­na qar­şı çı­xır. Məhz bu hal da on­la­rın, ha­ki­miy­yə­tə gə­lə­cək­lə­ri təq­dir­də, Av­ro­pa İt­ti­fa­qı öl­kə­lə­ri­nin üzvlük­lə­ri­ni da­yan­dır­ma­sı is­ti­qa­mə­tin­də əmə­li ad­dım­lar at­ma­sı­nı istsna et­mir. Be­lə hal isə av­ro üçün kəs­kin zər­bə sa­yı­lır və bu pu­lu bö­yük sü­rət­lə ucuz­laş­dır­maq iq­ti­da­rın­da­dır. Bu­nun­la ya­na­şı, av­ro­nun zə­if­lə­mə­si­nə üç amil tə­sir gös­tə­rir. Bi­rin­ci­si, av­ro­zo­na­nın da­xi­lin­də ba­lan­sın qo­run­ma­sı üçün tət­biq olu­nan "Tar­get-2" sis­te­mi­dir. Ha­zır­da bu sis­tem Al­ma­ni­ya­da­kı ar­tıq və­sa­it­lə­rin av­ro­zo­na­nın da­ha aşa­ğı kre­dit­ləş­mə qa­bi­liy­yə­ti olan öl­kə­lə­ri­nə yö­nəl­dil­mə­si­nə sə­bəb olur ki, bu da po­ten­si­al risq ami­li sa­yı­lır. Çün­ki əla­və borclan­ma­ya yol açır. İkin­ci­si, Al­ma­ni­ya­nın baş ban­kı sa­yı­lın "Bun­des­bank" Nyu-Yorkda­kı qı­zıl eh­ti­yat­la­rı­nın ge­ri qay­ta­rıl­ma­sı­na da­ha çox diq­qət ayır­ma­ğa baş­la­yıb. "Bun­des­bank" qeyd edir ki, ha­zır­da Al­ma­ni­ya­nın qı­zıl eh­ti­ya­tı­nın 47,9%-i Frankfurtda qo­ru­nur. Bu­nun­la ya­na­şı, eh­ti­ya­tın 36,6%-i Nyu-Yorkda, 12,8%-i Lon­don­da, 2,7%-i Pa­ris­də sax­la­nır. Qı­zıl eh­ti­yat­la­rı­nın qay­ta­rıl­ma­sı­na plan­laş­dı­rı­lan­dan xey­li tez baş­la­nıb. Üçün­cü­sü, Bey­nəl­xalq Val­yu­ta Fon­du Yu­na­nıs­ta­nın borc yü­kü­nün azal­dıl­ma­sı­nı tə­ləb edir. Bu tə­lə­bin ye­ri­nə ye­ti­ril­mə­si Al­ma­ni­ya hö­ku­mə­ti­nin na­ra­zı­lı­ğı­na sə­bəb ola bi­lər. Ək­si­nə, Al­ma­ni­ya Yu­na­nıs­ta­na ye­ni kre­dit ay­rıl­ma­sı­nı is­tə­yir. Am­ma borcla yük­lə­nən yu­nan hö­ku­mə­ti­nin is­tə­ni­lən an de­fol­ta get­mə­si göz­lə­nir və be­lə və­ziy­yət­də av­ro­nun da­ha sü­rət­lə də­yər­dən düş­mə­si qa­çıl­maz­dır. Bü­tün bun­lar, tə­bii ki, di­gər öl­kə­lər­də ol­du­ğu ki­mi, Azər­bay­can­da da av­ro­nun mə­zən­nə­si­nin azal­ma­sı­na, ona tə­lə­bin aşa­ğı düş­mə­si­nə tə­sir gös­tə­rən baş­lı­ca fak­tor­lar­dan sa­yı­lır. Məhz bu du­rum­da əha­li­nin yı­ğım va­si­tə­si ki­mi ma­na­ta ma­ra­ğı­nın da­ha da artma­sı göz­lə­nir.

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər