12/12/2017 04:52
728 x 90

Nax­çı­van məh­sul­la­rı­na gü­zəştli ix­rac ta­rif­lə­ri MR-in müs­təs­na tə­lə­ba­tı­na çev­ri­lir

Rə­şad Hə­sə­nov: "Bu həm ye­ni məh­sul çe­şid­lə­ri­nin ya­ran­ma­sı­na, həm də rə­qa­bə­tin artma­sı­na gə­ti­rib çı­xa­ra bi­lər"

img

"Tür­ki­yə ilə göm­rük gü­zəştlə­ri əl­də olu­nar­sa, bu, Nax­çı­van iq­ti­sa­diy­ya­tı üçün müs­bət əhə­miy­yət da­şı­ya­caq"

 

Azər­bay­can Tür­ki­yə ilə Nax­çı­van Mux­tar Res­pub­li­ka­sın­da is­teh­sal olu­nan mal­la­rın tə­da­rü­kü za­ma­nı göm­rük gü­zəştlə­ri əl­də et­mək üçün da­nı­şıq­lar apa­rır. Mə­lum ol­du­ğu ki­mi, bu ba­rə­də mət­bu­a­ta açıq­la­ma­sın­da iq­ti­sa­diy­yat na­zi­ri­nin mü­a­vi­ni Sa­hil Ba­ba­yev de­yib.

Na­zir mü­a­vi­ni qeyd edib ki, Tür­ki­yə­də xü­su­si­lə də aq­rar məh­sul­la­rın gə­ti­ril­mə­si­nə gö­rə göm­rük rü­sum­la­rı çox yük­sək­dir: "Biz Tür­ki­yə­yə ix­ra­cı ge­niş­lən­dir­mək üçün da­nı­şıq­lar apa­rı­rıq. Bu kon­tekstdə Nax­çı­van MR-də is­teh­sal olu­nan mal­la­rın Tür­ki­yə­yə ix­ra­cı­na gö­rə gü­zəşt əl­də et­mək is­tə­yi­rik".

S.Ba­ba­yev bil­di­rib ki, söh­bət Tür­ki­yə­yə müx­tə­lif məh­sul­lar, o cüm­lə­dən mi­ne­ral su­la­rın tə­da­rü­kün­dən ge­dir: "Azər­bay­can da­nı­şıq­la­rın qı­sa müd­dət­də ba­şa ça­ta­ca­ğı­na ümid edir".

Na­zir mü­a­vi­ni onu da bil­di­rib ki, ca­ri il­də də Azər­bay­can iq­ti­sa­di sa­hə­də cid­di irə­li­lə­yiş­lər əl­də edə­cək. Bə­zi la­yi­hə­lə­rin baş­la­ma­sı, bə­zi­lə­ri­nin ye­kun­laş­ma­sı, ye­ni in­ves­ti­si­ya­la­rın cəl­bi iq­ti­sa­diy­ya­tın in­ki­şa­fı­na da­ha bö­yük tə­kan ola­caq. Son 3 ay­da 600 min ma­na­ta ya­xın məb­ləğ ix­ra­cın təş­vi­qin­dən əl­də edi­lib və bu məb­lə­ğin 60-70 fa­i­zi şə­rab ix­ra­cat­çı­la­rı­na ödə­ni­lib.

Nax­çı­va­nın blo­ka­da şə­ra­i­tin­də ol­du­ğu­nu nə­zə­rə al­saq, sö­zü­ge­dən mə­sə­lə­lər­lə bağ­lı Tür­ki­yə tə­rə­fi göm­rük gü­zəştlə­ri et­sə, bu, Mux­tar Res­pub­li­ka­nın iq­ti­sa­diy­ya­tı­na çox müs­bət tə­sir gös­tə­rə­cək. Nə­zə­rə al­saq ki, Tür­ki­yə­də Nax­çı­van­da is­teh­sal olu­nan bir sı­ra məh­sul­la­ra, xü­su­sən də mi­ne­ral su­la­ra tə­lə­bat bö­yük­dür, o ba­xım­dan gü­zəştlə­rin iq­ti­sa­di sə­mə­rə­si ge­niş ola­caq.
Ma­raq­lı­dır, bəs ekspertlər bu­na ne­cə ya­na­şır?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən iq­ti­sad­çı-ekspert Rə­şad Hə­sə­no­vun söz­lə­ri­nə gö­rə, gü­zəştlər ol­sa, bu, Nax­çı­va­nın iq­ti­sa­diy­ya­tı­na müs­bət tə­sir gös­tə­rə­cək: "Çün­ki Nax­çı­van MR blo­ka­da­da­dır və qon­şu döv­lət­lər­dən yal­nız İran, Tür­ki­yə ilə iq­ti­sa­di əla­qə­lə­rə ma­lik­dir. Azər­bay­ca­nın özü ilə be­lə iq­ti­sa­di əla­qə­lə­ri İran va­si­tə­si­lə hə­ya­ta ke­çi­ri­lir. Bu da, tə­bii ki, son nə­ti­cə­də Nax­çı­van­da is­teh­sal olu­nan məh­sul­la­rın ma­ya də­yə­ri­nin nis­bə­tən yük­səl­mə­si­nə və ba­zar­da rə­qa­bət im­ka­nı­nın da­ha da məh­dud­laş­ma­sı­na gə­ti­rib çı­xa­rır. Ey­ni za­man­da, nə­zə­rə al­maq la­zım­dır ki, Mux­tar Res­pub­li­ka sa­kin­lə­ri­nin iş­lə bağ­lı se­çim im­kan­la­rı ge­niş de­yil. Çün­ki ora blo­ka­da şə­ra­i­tin­də­dir. İş­lə bağ­lı se­çim edər­kən məh­dud bir çər­çi­və­də qə­rar ver­mək məc­bu­riy­yə­tin­də qa­lır­lar. Ya­xud da ya­şa­yış ye­ri­ni də­yiş­mə­li­dir­lər. Yə­ni bu­na gö­rə ya Ba­kı­ya, ya da Azər­bay­ca­nın di­gər ya­şa­yış mən­tə­qə­lə­ri­nə köç­mə­li­dir­lər. Bu ba­xım­dan ora­da is­teh­sal olu­nan məh­sul­la­rın İra­na və Tür­ki­yə­yə ix­rac edil­mə­si son nə­ti­cə­də is­teh­sal im­kan­la­rı­nın ge­niş­lən­mə­si­nə, Nax­çı­van MR-də ÜDM-in artma­sı­na, və­tən­daş­la­rın gə­lir­lə­ri­nə, ye­ni iş yer­lə­ri­nin ya­ran­ma­sı­na müs­bət tə­sir gös­tə­rə­cək. Göm­rük gü­zəştlə­ri ol­sa, ha­zır­da is­teh­sal fə­a­liy­yə­ti ilə məş­ğul olan mü­əs­si­sə­lə­rin da­ha key­fiy­yət­li və mü­a­sir stan­dartla­ra ca­vab ve­rən məh­sul is­teh­sa­lı üçün şə­ra­it ya­ra­na­caq. Söh­bət qlo­bal ba­za­rın tə­ləb­lə­ri­nə ca­vab ve­rən məh­sul is­teh­sa­lın­dan ge­dir. Bu həm ye­ni məh­sul çe­şid­lə­ri­nin ya­ran­ma­sı­na, həm də rə­qa­bə­tin artma­sı­na gə­ti­rib çı­xa­ra bi­lər. İs­tə­ni­lən hal­da, Tür­ki­yə ilə göm­rük gü­zəştlə­ri əl­də olu­nar­sa, bu, Nax­çı­van iq­ti­sa­diy­ya­tı üçün müs­bət əhə­miy­yət da­şı­ya­caq".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər