13/12/2017 05:38
728 x 90

Azər­bay­can­dan dün­ya neft qiy­mət­lə­ri­nin da­ha da yük­səl­mə­si­nə gə­ti­rib çı­xa­ra­caq da­ha bir tək­lif...

img

Neft ha­si­la­tı ilə məş­ğul olan öl­kə­lə­rin son ay­lar­da is­teh­sal həc­mi ilə bağ­lı at­dıq­la­rı or­taq ad­dım­lar bu məh­su­lun qiy­mə­ti­nin mü­əy­yən də­rə­cə­də ar­tı­mı­na tə­kan ve­rib. Am­ma qiy­mət­lə­rin bir qə­dər də yük­səl­mə­si üçün in­di ha­si­la­tın da­ha da azal­dıl­ma­sı va­cib sa­yı­lır.

Qeyd edək ki, Azər­bay­can tə­rə­fi ar­tıq be­lə bir tək­lif­lə çı­xış edib və ha­si­la­tın bir da­ha azal­dıl­ma­sı­nı müm­kün sa­yır.

Ener­ge­ti­ka Na­zir­li­yi də bil­di­rir ki, Azər­bay­can neft ha­si­la­tı­nın da­ha da azal­dıl­ma­sı­nı dəs­tək­lə­mə­yə ha­zır­dır:"Qə­bul edil­miş qə­ra­rın ba­za­ra müs­bət tə­si­ri ar­tıq mü­şa­hi­də edi­lir. Odur ki, dün­ya neft ba­za­rın­da qiy­mət sa­bit­li­yi­nin tə­min edil­mə­si üçün, Pre­zi­dent İl­ham Əli­ye­vin də bə­yan et­di­yi ki­mi, OPEK və kar­te­lə üzv ol­ma­yan öl­kə­lər əla­və həcmdə nef­tin ha­si­la­tı­nın azal­dıl­ma­sı ba­rə­də qə­rar qə­bul edər­sə, Azər­bay­can bu qə­ra­rı dəs­tək­lə­mə­yə ha­zır­dır. OPEK Mo­ni­to­rinq Ko­mi­tə­si­nin Kü­veytdə mart ayın­da ke­çi­ri­lə­cək ic­la­sın­da qə­bul edil­miş qə­ra­rın ic­ra və­ziy­yə­ti və ba­za­ra tə­si­ri təh­lil edi­lə­cək. Ha­si­la­tın da­ha da azal­dıl­ma­sı ilə bağ­lı hər han­sı tək­lif irə­li sü­rül­sə, Azər­bay­ca­nın möv­qe­yi müs­bət ola­caq".

Əs­lin­də, bir sı­ra di­gər ha­si­lat­çı öl­kə­lər də ha­si­la­tın azal­dıl­ma­sı­nı va­cib sa­yır. Mə­sə­lən, İran OPEK-in ilin ikin­ci ya­rı­sın­da neft ha­si­la­tı­nın azal­dıl­ma­sı­nın da­va­mı­nı mü­za­ki­rə et­mə­li ol­du­ğu­nu bil­di­rib. Bu öl­kə­nin neft na­zi­ri Bi­can Zən­gə­nə­nin söz­lə­ri­nə gö­rə, OPEK-in ikin­ci ya­rı­mil­lik­də ha­sil olu­nan nef­tin həc­mi­ni bir qə­dər də azaltma­sı va­cib­dir: "Bu mə­sə­lə mü­za­ki­rə olun­ma­lı və qiy­mət­lən­di­ril­mə­li­dir". Ve­ne­su­e­la da ikin­ci ya­rı­milllik­də ha­si­la­tın azal­dıl­ma­sı ide­ya­sı­nı dəs­tə­kəl­yir. Bu isə nef­tin qiy­mət­lə­ri­nin da­ha da yük­səl­mə­si, ha­si­lat­çı öl­kə­lə­rin, o cüm­lə­dən Azər­bay­ca­nın gə­lir­lə­ri­nin artma­sı de­mək­dir. 

Hə­lə­lik isə ha­si­lat­çı öl­kə­lər ha­si­lat­la bağ­lı öh­də­lik­lə­rə əməl edir. Bey­nəl­xalq Ener­ji Agentli­yi də bil­di­rir ki, Neft İx­rac edən Öl­kə­lər Təş­ki­la­tı neft ha­si­la­tı­nın azal­dıl­ma­sı­nı nə­zər­də tu­tan sa­zi­şə re­kord sə­viy­yə­də əməl edib. Bil­di­ri­lir ki, OPEK neft ha­si­la­tı­nın azal­dıl­ma­sı­nı nə­zər­də tu­tan sa­zi­şə 90 fa­iz əməl edib. Be­lə ki, yan­var­da OPEK-in ha­si­la­tı gün­də­lik 32,1 mil­yon bar­rel olub. Qeyd edək ki, 11 öl­kə­nin 2017-ci il yan­va­rın 1-dən gün­də­lik neft ha­si­la­tı­nı 558 min bar­rel azaltma­sı ba­rə­də əl­də olun­muş ra­zı­laş­ma çər­çi­və­sin­də Azər­bay­can ha­si­la­tı sut­ka­da 35 min bar­rel azaltmaq­la bağ­lı gö­tür­dü­yü öh­də­li­yi tam ye­ri­nə ye­ti­rib. Bu gün­lər­də Azər­bay­can yan­var ayı üz­rə gün­də­lik neft ha­si­la­tı ilə bağ­lı mə­lu­mat­la­rı OPEK-ə təq­dim edib. Hə­min mə­lu­ma­ta gö­rə, bu ilin yan­va­rın­da öl­kə üz­rə gün­də­lik neft ha­si­la­tı 793,9 min bar­rel olub. Bu­nun 743,1 min bar­re­li­ni xam neft, 50,8 min bar­re­li­ni isə kon­den­sat təş­kil edib. Bu­nun­la 11 öl­kə­nin gün­də­lik neft ha­si­la­tı­nı 558 min bar­rel azaltma­la­rı ba­rə­də əl­də olun­muş ra­zı­laş­ma çər­çi­və­sin­də Azər­bay­can öh­də­li­yi tam ye­ri­nə ye­ti­rib. Yə­ni Azər­bay­can ha­si­la­tı sut­ka­da 35 min bar­rel azal­dıb. Sə­u­diy­yə Ərə­bis­ta­nı isə yan­var ayın­da neft ha­si­la­tı­nı azaltmaq­la bağ­lı üzə­ri­nə gö­tür­dü­yü öh­də­li­yə 116 fa­iz əməl edib. Ru­si­ya, Qə­tər, Kü­veyt də ha­si­la­tı əhə­miy­yət­li də­rə­cə­də azal­dıb.

Ru­si­ya Ener­ge­ti­ka Na­zir­li­yi­nin "Ya­na­caq-Ener­ge­ti­ka Komplek­si­nin Ana­li­tik Mər­kə­zi"nin rəh­bə­ri Pa­vel So­ro­kin he­sab edir ki, neft ha­si­la­tı­nın azal­dıl­ma­sı ba­rə­də Vya­na sa­zi­şi­nə ri­a­yət edil­mə­si dün­ya­da nef­tin əm­təə eh­ti­yat­la­rı­nın ar­tıq 2017-ci ilin bi­rin­ci ya­rı­sın­da xey­li azal­ma­sı­na gə­ti­rib çı­xa­ra bi­lər. Onun fik­rin­cə, be­lə və­ziy­yət nef­tin bir bar­rel üçün qiy­mə­ti­nin 50-60 dol­lar ci­va­rın­da sax­lan­ma­sı­na im­kan ve­rə­cək: "Ba­zar iş­ti­rak­çı­la­rı müs­bət di­na­mi­ka gö­rür və ba­şa dü­şür­lər ki, bu, eh­ti­yat­la­ra da tə­sir gös­tə­rə­cək. Sa­zi­şin şərtlə­ri­nə ri­a­yət olun­sa, ar­tıq ilin bi­rin­ci ya­rı­sın­da əm­təə eh­ti­yat­la­rı­nın əhə­miy­yət­li də­rə­cə­də azal­ma­sı­nı göz­lə­mək olar. Xü­su­sən Çin ki­mi öl­kə­lər­də azal­ma­nın ümu­mi həc­mi­nə, tə­lə­ba­tın artma­sı­na bax­saq, bu il ba­za­rın və­ziy­yə­ti­nin da­ha sağ­lam ola­ca­ğın­dan da­nış­maq olar".

Bey­nəl­xalq Ener­ji Agentli­yi isə diq­qə­ti ona yö­nəl­dir ki, yan­var­da ötən ilin de­kab­rı ilə mü­qa­yi­sə­də qlo­bal neft tək­li­fi üz­rə məh­dud­laş­dı­rıl­ma gün­də­lik 1,5 mil­yon bar­rel olub. Nə­zər­də tu­tu­lan həcm isə 1,8 mil­yon bar­rel idi. Bil­di­ri­lir ki, qlo­bal neft tək­li­fi yan­var­da 2016-cı ilin mü­va­fiq ayı ilə mü­qa­yi­sə­də gün­də­lik 730 min bar­rel aza­la­raq 96,4 mil­yon bar­rel təş­kil edib. Qeyd olu­nur ki, ya­ran­mış və­ziy­yət nef­tin qiy­mə­ti­nin ən azın­dan sa­bit sax­lan­ma­sı­na im­kan ve­rir. Am­ma ha­si­la­tın da­ha da azal­dıl­ma­sı ba­rə­də ye­ni qə­rar qə­bul olu­nar­sa, bu, nef­tin qiy­mət­lə­ri­nin da­ha da yük­səl­mə­si­nə gə­ti­rib çı­xa­ra­caq. Yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi isə, Azər­bay­can­la ya­na­şı, ar­tıq bir çox is­teh­sal­çı­lar da ha­si­lat həc­mi­nin azal­ma­sın­da ma­raq­lı­dır və bu is­ti­qa­mət­də ye­ni ra­zı­lı­ğın əl­də olun­ma­sı ta­ma­mi­lə göz­lə­ni­lən­dir.

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər