19/10/2017 18:43
728 x 90

Rəs­mi sta­tis­tik rə­qəm­lər 2017-ci il­də inflya­si­ya­nın həd­di ilə bağ­lı də­qiq mü­la­hi­zə­lə­rə əsas ve­rir

"Hö­ku­mət ça­lış­ma­lı­dır ki, 2017-ci il­də bir­rə­qəm­li inflya­si­ya­ya na­il ol­sun"

img

Vü­qar Bay­ra­mov: "Yan­var­da ba­za­ra çı­xa­rı­lan kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın həc­mi aza­lır və bu da qiy­mət­lə­rin artma­sı­na öz tə­si­ri­ni gös­tə­rir"

 

Bu ilin yan­var ayın­da Azər­bay­can­da is­teh­lak məh­sul­la­rı və xid­mət­lə­rin qiy­mət­lə­ri 2016-cı ilin yan­var ayı­na nis­bə­tən 11,9 % ar­tıb. Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si­nin ver­di­yi xə­bə­rə gö­rə, o cüm­lə­dən ər­zaq məh­sul­la­rı­nın qiy­mət­lə­rin­də 14,5 %, qey­ri-ər­zaq məh­sul­la­rı­nın qiy­mət­lə­rin­də 12,3 %, əha­li­yə gös­tə­ri­lən ödə­niş­li xid­mət­lə­rin qiy­mət­lə­rin­də 8,0 % ar­tım qey­də alı­nıb.

Ca­ri ilin yan­var ayın­da 2016-cı ilin de­kabr ayı­na nis­bə­tən is­teh­lak məh­sul­la­rı­nın və xid­mət­lə­rin qiy­mət­lə­ri 2,3 %, o cüm­lə­dən ər­zaq məh­sul­la­rı­nın qiy­mət­lə­ri 2,8 %, qey­ri-ər­zaq məh­sul­la­rı­nın qiy­mət­lə­ri 2,0 %, əha­li­yə gös­tə­ri­lən ödə­niş­li xid­mət­lə­rin qiy­mət­lə­ri isə 1,9 % ar­tıb.

Ay ər­zin­də dü­yü, un, qa­ra­ba­şaq yar­ma­sı, ma­ka­ron, kol­ba­sa mə­mu­lat­la­rı, mal, qo­yun və to­yuq əti, ba­lıq, süd məh­sul­la­rı, pen­dir və yu­mur­ta, kə­rə və bit­ki yağ­la­rı, şə­kər və şə­kər to­zu, qəh­və, çay və ka­kao, al­ma, ar­mud, hey­va, nar, por­ta­ğal, na­rin­gi, ba­nan, kə­ləm, gö­yər­ti, po­mi­dor, xi­yar, kar­tof, so­ğan, sa­rım­saq, yer­kö­kü, çu­ğun­du­run qiy­mət­lə­rin­də ba­ha­laş­ma mü­şa­hi­də olu­nub. Di­gər ər­zaq məh­sul­la­rı­nın qiy­mət­lə­rin­də cid­di də­yi­şik­lik­lər baş ver­mə­yib.

Qeyd edək ki, Azər­bay­can­da 2016-cı il­də is­teh­lak məh­sul­la­rı və xid­mət­lə­rin qiy­mət­lə­ri 2015-ci ilə nis­bə­tən 12,4 %, o cüm­lə­dən ər­zaq məh­sul­la­rı­nın qiy­mət­lə­ri 14,7 %, qey­ri-ər­zaq məh­sul­la­rı­nın qiy­mət­lə­ri 16,7 %, əha­li­yə gös­tə­ri­lən ödə­niş­li xid­mət­lə­rin qiy­mət­lə­ri 5,8 % ar­tıb.

Ötən ilin de­kabr ayın­da no­yab­ra nis­bə­tən is­teh­lak məh­sul­la­rı və xid­mət­lə­rin qiy­mət­lə­ri 3,0 %, o cüm­lə­dən ər­zaq məh­sul­la­rı­nın qiy­mət­lə­ri 4,1 %, qey­ri-ər­zaq məh­sul­la­rı­nın qiy­mət­lə­ri 2,2 %, əha­li­yə gös­tə­ri­lən ödə­niş­li xid­mət­lə­rin qiy­mət­lə­ri isə 2,4 % yük­sə­lib.

Ümu­mi­lik­də, ekspertlər il­lik inflya­si­ya­nın həc­mi­ni ne­cə də­yər­lən­di­rir?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən iq­ti­sad­çı-ekspert Vü­qar Bay­ra­mov bu­na bir ne­çə priz­ma­dan ya­naş­dı: "Sta­tis­ti­ka Ko­mi­tə­si­nin ver­di­yi mə­lu­mat on­dan xə­bər ve­rir ki, qiy­mət ar­tım­la­rı mü­şa­hi­də edi­lir. Söh­bət yan­var ayın­da qey­də alı­nan qiy­mət ar­tım­la­rın­dan ge­dir. Bu da onu gös­tə­rir ki, il­lik inflya­si­ya bir­rə­qəm­li de­yil, iki­rə­qəm­li­dir. Bu il qar­şı­ya bir­rə­qəm­li inflya­si­ya gös­tə­ri­ci­si­nə na­il ol­maq məq­sə­di qo­yu­lub. O ba­xım­dan gü­man olu­nur ki, Azər­bay­can hö­ku­mə­ti 2017-ci il­də bir­rə­qəm­li inflya­si­ya­ya na­il ol­maq­la bağ­lı fə­a­liy­yə­ti­ni güc­lən­dir­mə­yə ça­lı­şa­caq. Bu ilin yan­va­rın­da xü­su­sən də kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın qiy­mə­ti­nin artma­sı mü­əy­yən qə­dər  ob­yek­tiv amil­lər­lə bağ­lı­dır. Çün­ki bu­ra­da di­gər mə­qam on­dan iba­rət­dir ki, bu dövrdə ba­za­ra çı­xa­rı­lan kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın həc­mi aza­lır. Bu da, nə­ti­cə eti­ba­ri­lə, qiy­mət­lə­rin artma­sı­na öz tə­si­ri­ni gös­tə­rir. Ona gö­rə də dü­şü­nü­rəm ki, yan­var ayı­nın ye­kun­la­rı 2017-ci il­də bir­rə­qəm­li inflya­si­ya­nın sax­lan­ma­sı ilə bağ­lı mə­sə­lə­ni gün­də­mə gə­ti­rir. O üz­dən, hö­ku­mət ça­lış­ma­lı­dır ki, bir­rə­qəm­li inflya­si­ya­ya na­il ol­sun".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər