24/03/2017 08:16
728 x 90

Banklar­la prob­lem­li kre­dit müş­tə­ri­lə­ri­nin çə­tin mü­ba­hi­sə­si ma­liy­yə om­budsma­nı­nın öh­də­si­nə bu­ra­xı­lır

Ək­rəm Hə­sə­nov: "Ma­liy­yə om­budsma­nı öl­kə­yə la­zım olan bir qu­rum­dur"

img

"Ma­liy­yə om­budsma­nı­nın hü­qu­qi sta­tu­su bank və ya müş­tə­ri ara­sın­da prob­lem­lər ya­şa­nar­sa, on­la­rı yo­lu­na qoy­maq­dır"

 

Azər­bay­can­da ma­liy­yə om­budsma­nı­nın ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də da­ha bir ad­dım atı­lıb. Bu ba­rə­də Azər­bay­can Banklar As­so­si­a­si­ya­sı­nın (ABA) ic­ra­çı di­rek­to­ru Yu­nus Ab­du­lov me­dia nü­ma­yən­də­lə­ri­nə açıq­la­ma­sın­da mə­lu­mat ve­rib. Onun söz­lə­ri­nə gö­rə, om­budsma­nın əsas­na­mə­si təs­diq edi­lib. Bu­nun­la bağ­lı qə­rar ABA-nın so­nun­cu ümu­mi yı­ğın­ca­ğın­da qə­bul edi­lib.

Növ­bə­ti mər­hə­lə­də om­budsma­nın req­la­men­ti­nin təs­diq edil­mə­si nə­zər­də tu­tu­lur ki, bu mə­sə­lə­nin təx­mi­nən 2 ay­dan son­ra re­al­la­şa­ca­ğı göz­lə­nir. Yal­nız bun­dan son­ra ma­liy­yə om­budsma­nı banklar­la müş­tə­ri­lər ara­sın­da mü­ba­hi­sə­lə­rə ba­xa bi­lə­cək.

Xa­tır­la­daq ki, ma­liy­yə sek­to­run­da om­budsma­nın ya­ra­dıl­ma­sı ide­ya­sı ABA-ya məx­sus­dur. Məq­səd müş­tə­ri­lə­rin bankla­ra eti­ma­dı­nın güc­lən­di­ril­mə­si və tə­rəf­lər ara­sın­da ya­ra­nan mü­ba­hi­sə­lə­rin məh­kə­mə­siz həll edil­mə­si­dir.

Ma­liy­yə om­budsma­nı­nın 2 min ABŞ dol­la­rı­na qə­dər olan mü­ba­hi­sə­lə­rə bax­ma­sı nə­zər­də tu­tu­lub. Bu­nun­la be­lə, yal­nız o banklar­dan om­budsma­na şi­ka­yət et­mək müm­kün ola­caq ki, on­lar "Bankla­rın müş­tə­ri­lə­ri - fi­zi­ki şəxslər­lə əla­qə­dar mü­ba­hi­sə­lə­rin ba­xıl­maq üçün bank om­budsma­nı­na ve­ril­mə­si haq­qın­da Bə­yan­na­mə"ni im­za­la­mış ol­sun­lar.

Bun­dan baş­qa, ma­liy­yə om­budsma­nı mü­ba­hi­sə­ni ma­hiy­yə­ti üz­rə həll edən qüv­və­yə min­miş məh­kə­mə ak­tı möv­cud ol­duq­da, mü­ba­hi­sə­yə bir də­fə bax­dıq­da, ona da­ir ba­rış­dı­rı­cı sa­zi­şi təs­diq et­dik­də və ya mü­ba­hi­sə­ni ma­hiy­yə­ti üz­rə həll edən qə­rar ver­dik­də, qal­dı­rı­lan mə­sə­lə­nin baş ver­mə­sin­dən və id­dia olu­nan hü­quq po­zun­tu­sun­dan iki il­dən ar­tıq vaxt keç­dik­də, mə­sə­lə ümu­mi bank işi­nə, bankla­rın xid­mət çe­şi­di­nə və si­ya­sə­ti­nə aid ol­duq­da, mə­sə­lə­yə mü­va­fiq qa­nun­ve­ri­ci­li­yə uy­ğun ola­raq ci­na­yət tər­ki­bi ol­duq­da, mə­sə­lə­yə aid iş qiy­mət­lən­dir­mə mər­hə­lə­sin­də və iş üz­rə mü­qa­vi­lə, ra­zı­laş­ma im­za­lan­ma­mış ol­duq­da, elə­cə də iş ban­kın qiy­mət si­ya­sə­ti­nə aid ol­duq­da, şi­ka­yət edi­lən ma­liy­yə təş­ki­la­tı­nın li­sen­zi­ya­sı ge­ri ça­ğı­rıl­dıq­da və ya bu ma­liy­yə təş­ki­la­tı ləğv olun­duq­da, hü­qu­qi sə­la­hiy­yə­ti ol­ma­yan və ya qis­mən hü­quq sə­la­hiy­yə­ti olan şəxs tə­rə­fin­dən mü­ra­ci­ət edil­dik­də əri­zə­yə bax­maq­dan im­ti­na edə bi­lər.

Bank mə­sə­lə­lə­ri üz­rə ekspert Ək­rəm Hə­sə­nov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, ma­liy­yə om­budsma­nı öl­kə­yə la­zım olan bir qu­rum­dur. Bu insti­tut tək bank mə­sə­lə­lə­ri üz­rə de­yil, ey­ni za­man­da, is­tə­ni­lən sek­tor­da is­teh­lak­çı­la­rın ma­liy­yə mə­sə­lə­lə­ri üz­rə hü­quq­la­rı­nın tə­min olun­ma­sın­da yar­dım­çı ola bi­lər: "Ma­liy­yə om­budsma­nı­nın hü­qu­qi sta­tu­su bank və ya müş­tə­ri ara­sın­da prob­lem­lər ya­şa­nar­sa, on­la­rı yo­lu­na qoy­maq­dır. 

Ma­liy­yə om­budsma­nı­nın ya­ra­dıl­ma­sı tək­li­fi­ni ilk də­fə irə­li sü­rən­lər­dən bi­ri mə­nəm. Hə­lə ötən ilin mart ayın­da öl­kə baş­çı­sı İl­ham Əli­ye­və mək­tub ün­van­la­mı­şam".

Həm­söh­bə­ti­miz tək­lif edir ki, ma­liy­yə om­budsma­nı tam bir müs­tə­qil insti­tut ol­sun.

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər