17/10/2017 15:07
728 x 90

Dol­lar Azər­bay­can­da da sü­rət­lə də­yər itir­mə­yə baş­la­yır...

img

Dün­ya bir­ja­la­rın­da son və­ziy­yət dol­la­rın əsas val­yu­ta­la­ra qar­şı də­yər itir­mək­də ol­du­ğu­nu gös­tə­rir. Ək­sər ekspertlər isə pro­se­sin hə­lə mü­əy­yən müd­dət da­vam edə­cə­yi­ni proq­noz­laş­dı­rır. Ha­zır­da bey­nəl­xalq ma­liy­yə ba­zar­la­rın­da ya­şa­nan­lar Azər­bay­ca­na da tə­si­ri­ni gös­tə­rir.

Be­lə ki, dol­lar son hər­rac­da ma­nat qar­şı­sın­da ucuz­la­şıb. Məhz be­lə bir və­ziy­yət­də əha­li və iş adam­la­rı tə­rə­fin­dən dol­lar tək­li­fi ar­tıb. İn­di da­ha çox say­da in­san əlin­də­ki dol­la­rı ma­na­ta çe­vir­mə­yə ça­lı­şır. Hət­ta iş o ye­rə ça­tıb ki, ya­ran­mış və­ziy­yət­də banklar dol­lar alı­şı­nı məh­dud­laş­dı­rıb. Be­lə ki, Azər­bay­can bankla­rın­dan bə­zi­lə­ri dol­la­rı li­mit­lə al­ma­ğa qə­rar ve­rib. Mə­sə­lən, "Bank Av­ra­si­ya" li­mit­lə yal­nız 200 dol­lar alır. Bun­dan baş­qa, dol­lar alı­şı­na "Tu­ran­bank" 3 min, Azər­bay­can Bey­nəl­xalq Ban­kı 5 min dol­lar li­mit qo­yub. "Nax­çı­van­bank" isə gün­lük 30 min dol­lar sə­viy­yə­sin­də bank li­mi­ti tət­biq et­mə­yə baş­la­yıb. Di­gər bankla­rın da pro­se­sə qo­şul­ma­sı göz­lə­ni­lən­dir.

Bü­tün bun­la­rın üm­də sə­bəb­lə­rin­dən bi­ri ABŞ-ın özü­nün güc­lü dol­lar qar­şı çıx­ma­sı­dır. Xa­tır­la­daq ki, bu gün­lər­də ABŞ pre­zi­den­ti Do­nald Tramp və onun iq­ti­sa­di mü­şa­vi­ri Pi­ter Na­var­ro əsas ti­ca­rət tə­rəf­daş­la­rı olan Al­ma­ni­ya, Ya­po­ni­ya və Çi­ni val­yu­ta­la­rı­nı de­val­va­si­ya edə­rək ame­ri­ka­lı is­teh­lak­çı­la­ra və şir­kət­lə­rə zə­rər vur­maq­da it­ti­ham edib. Tramp və Na­var­ro­nun açıq­la­ma­la­rı ma­liy­yə ba­zar­la­rın­da dün­ya ti­ca­rə­ti­nin gə­lə­cə­yi ilə bağ­lı na­ra­hat­lıq­lar ya­ra­dıb və dol­la­rın mə­zən­nə­si av­ro və ye­nə qar­şı enib. Tramp açıq­la­ma­la­rın­da bü­tün öl­kə­lə­rin de­val­va­si­ya ilə ya­şa­dı­ğı­nı bil­di­rib: "Çi­nin, Ya­po­ni­ya­nın nə et­di­yi­nə ba­xır­san, on­lar val­yu­ta ba­za­rı ilə, de­val­va­si­ya ilə oy­na­yır". ABŞ dol­la­rı­nın ucuz­laş­ma­sı dol­lar lik­vid­li­yi­nin artma­sı şə­ra­i­tin­də də sü­rət­lə ge­də­cək. Di­gər tə­rəf­dən mü­əy­yən pro­seslr də dol­la­rın xey­li ucuz­la­şa­ca­ğı­nı gös­tə­rir.

Mə­sə­lən, mə­lum­dur ki, Do­nald Tramp 2010-cu il­də qə­bul olun­muş "Dodd-Frank" qa­nu­nu­na ye­ni­dən ba­xıl­ma­sı ba­rə­də sə­rən­cam im­za­la­yıb. Ru­si­ya­nın "Kom­mer­sant" qə­ze­ti ya­zır ki, bu qa­nun ma­liy­yə ba­zar­la­rı­nın ge­niş miq­yas­da döv­lət tən­zim­lən­mə­si­ni nə­zər­də tu­tur. Sə­nə­di şərh edən və ha­zır­la­yan Konqre­sin Nü­ma­yən­də­lər Pa­la­ta­sı­nın üz­vü En Vaq­ner  bil­di­rib: "Biz Ame­ri­ka xal­qı­na, az və or­ta gə­lir­li in­ves­tor­la­ra, pen­si­ya­çı­la­ra öz­lə­ri­nin yı­ğım­la­rı­na nə­za­rət et­mək im­ka­nı­nı qay­ta­rı­rıq". Xa­tır­la­daq ki, "Dodd-Frank" qa­nu­nu eks-pre­zi­dent Ba­rak Oba­ma tə­rə­fin­dən 2008-ci il ma­liy­yə böh­ra­nı­nın nə­ti­cə­lə­ri­nin ara­dan qal­dı­rıl­ma­sı məq­sə­di­lə im­za­la­nıb. Ağ Ev isə bu qa­nu­nun ba­zar­la­ra ma­neə ya­rat­dı­ğı­nı, kre­dit­lə­rə çı­xı­şı azaltdı­ğı­nı, iq­ti­sa­di ar­tı­mı ən­gəl­lə­di­yi­ni və iş yer­lə­ri­nin açıl­ma­sı­nı məh­dud­laş­dır­dı­ğı­nı bə­yan edir. Qa­nu­na ye­ni­dən ba­xıl­ma­sı fo­nun­da döv­riy­yə­yə da­ha çox dol­lar bu­ra­xıl­ma­sı və bu­nun da ABŞ val­yu­ta­sı­nı ucuz­laş­dı­ra­ca­ğı göz­lə­nir.

Di­gər tə­rəf­dən in­ves­tor­la­rın ye­ni­dən nef­tə bö­yük sər­ma­yə ya­tır­ma­sı da və­ziy­yə­ti də­yi­şir. Ha­zır­da in­ves­tor­la­rın Neft İx­rac edən Öl­kə­lər Təş­ki­la­tı­nın (OPEK) neft ha­si­la­tı­nın azal­dıl­ma­sı­nı nə­zər­də tu­tan sa­zi­şə ina­mı get­dik­cə da­ha çox ar­tır. OPEK və kar­te­lə üzv ol­ma­yan di­gər öl­kə­lə­rin neft ha­si­la­tı­nı azaltma­sı in­ves­tor­la­rın nef­tin qiy­mə­ti­nin ar­tan is­ti­qa­mət­də da­vam edə­cə­yi ilə bağ­lı göz­lən­ti­lə­ri­ni də ar­tı­rır. "Blo­om­berg"in mə­lu­ma­tı­na gö­rə, OPEK üz­rə ötən ay neft tək­li­fi gün­də­lik 840 min bar­rel aza­lıb. Qey­ri-OPEK öl­kə­si və ən bö­yük neft is­teh­sal­çı­sı olan Ru­si­ya da ötən ay sa­ziş üz­rə gün­də­lik neft is­teh­sa­lı­nı 117 min bar­rel azal­dıb. Azər­bay­can ha­si­la­tı sut­ka­da 35 min bar­rel azaltmaq­la bağ­lı gö­tür­dü­yü öh­də­li­yi tam ye­ri­nə ye­ti­rib. Nef­tin qiy­mə­ti­nin ötən yed­di həf­tə­də 50 dol­lar sə­viy­yə­sin­dən yu­xa­rı­da ol­ma­sı isə in­ves­tor­la­rın ABŞ-da şist nef­ti is­teh­sa­lı­na da­ha çox ma­liy­yə və­sa­i­ti qoy­ma­la­rı­na sə­bəb olub. Be­lə və­ziy­yət­də nef­tin yük­sə­lən qiy­mə­ti də dol­la­rı ucuz­laş­dı­rır və pro­se­sin mü­əy­yən müd­dət da­vam et­mə­si göz­lə­nir. Bun­dan əla­və, dün­ya öl­kə­lə­ri­nin mər­kə­zi bankla­rı eh­ti­yat­la­rın­da olan dol­la­rı qı­zıl­la əvəz­lə­yir. Tək­cə 2016-ci il­də mər­kə­zi banklar 383,6 ton qı­zıl alı­şı hə­ya­ta ke­çi­rib. "World Gold Co­un­cil" təş­ki­la­tı bil­di­rir ki, qı­zıl eh­ti­yat­la­rı­nı ən çox ar­tı­ran öl­kə­lər ara­sın­da Ru­si­ya, Çin və Qa­za­xıs­tan li­der olub. Bu 3 öl­kə il ər­zin­də qı­zıl alı­şı hə­ya­ta ke­çi­rən mər­kəz bankla­rın məc­mu alı­şı­nın 80%-ni təş­kil edib. Ümu­miy­yət­lə, qı­zı­la olan tə­ləb ge­də­rək ar­tır. Bu hal da dol­la­rın mə­zən­nə­si­nə tə­si­ri­ni gös­tə­rir və onu ucuz­laş­dı­rır. Tə­bii ki, bü­tün bun­lar Azər­bay­ca­na da tə­sir­siz ötüş­mür və baş ve­rən­lər fo­nun­da öl­kə­miz­də də dol­la­rın ge­də­rək ucuz­laş­ma­sı göz­lə­nir.

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər