24/06/2017 21:34
728 x 90

Azər­bay­can aq­rar tex­no­lo­gi­ya və tex­ni­ka ix­rac edə bil­mir­sə..., şə­ra­it­dən çı­xış yo­lu­nu da Pre­zi­dent özü de­di...

"İx­rac məq­sə­di­lə üzüm­çü­lük, çay­çı­lıq, tə­rə­vəz­çi­lik in­ki­şaf et­di­ril­mə­li­dir"

img

İl­dı­rım Qur­ba­nov: "Dağ ya­ma­cın­da yon­ca, no­xud əkən və­tən­daş in­di öz hə­yə­tin­də 5 ki­lo kar­tof ək­mir"

 

"Kənd tə­sər­rü­fa­tı ilə bağ­lı mə­sə­lə­lər xü­su­si diq­qət tə­ləb edir. Mən bu sa­hə­yə çox bö­yük diq­qət ayı­rı­ram. Çün­ki bu sa­hə həm məş­ğul­luq­dur, həm in­ki­şaf­dır, həm ix­rac­dır".  Pre­zi­dent İl­ham Əli­yev bu­nu Na­zir­lər Ka­bi­ne­ti­nin 2016-cı ilin so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sın­da söy­lə­yib.

Döv­lət baş­çı­sı, ilk növ­bə­də, kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı he­sa­bı­na ix­ra­cın şa­xə­lən­di­ril­mə­si­nin va­cib­li­yi­ni qeyd edib: "Biz re­a­list ol­ma­lı­yıq. Biz in­di tex­no­lo­gi­ya ix­rac edə bil­mi­rik və edə bil­mə­rik, vaxt la­zım­dır. Biz is­tə­di­yi­miz sə­viy­yə­də ma­şın, me­xa­nizm ix­rac edə bil­mi­rik. Heç özü­mü­zü də tə­min edə bil­mi­rik. Biz nə­yi ix­rac edə bi­li­rik­sə, diq­qə­ti­mi­zi o re­al sek­to­ra yö­nəltmə­li­yik. Bu­ra­da kənd tə­sər­rü­fa­tı, emal sa­hə­si əl­bət­tə ki, ən bö­yük po­ten­si­a­la ma­lik­dir. Tor­paq­lar­dan sə­mə­rə­li is­ti­fa­də et­mə­li­yik və ix­ra­cı­mı­zı şa­xə­lən­dir­mə­li­yik. He­sab edi­rəm ki, biz gö­rü­lə­cək təd­bir­lər sa­yə­sin­də kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı ix­ra­cı­nı iki də­fə ar­tı­ra bi­lə­rik. Bu, öl­kə­mi­zə da­ha çox val­yu­ta, kənddə ya­şa­yan­la­ra isə əla­və və­sa­it gə­ti­rə­cək".

Döv­lət baş­çı­sı çı­xı­şın­da kənd tə­sər­rü­fa­tın­da bə­zi sa­hə­lə­rin adı­nı xü­su­si qeyd edib: "Bi­zə kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı ara­sın­da ən çox val­yu­ta gə­ti­rən fın­dıq­çı­lıq­dır və xur­ma bağ­la­rın­dan əl­də edi­lən məh­su­lun ix­ra­cı­dır. Ona gö­rə biz bu iki is­ti­qa­mə­tə də çox cid­di fi­kir ver­mi­şik. Ke­çən il 13 min hek­tar­da fın­dıq bağ­la­rı sa­lın­mış­dır. Mü­qa­yi­sə üçün de­yə bi­lə­rəm ki, bi­zim ümu­mi fın­dıq bağ­la­rı­nın sa­hə­si təx­mi­nən 30 min hek­ta­ra ya­xın­dır. Yə­ni onun üç­də­bir his­sə­sin­dən ço­xu­nu biz bir il ər­zin­də sal­mı­şıq və bu pro­ses da­vam edir. Qar­şı­ya məq­səd qo­yu­lub ki, 2016-cı il­dən baş­la­ya­raq bir ne­çə il ər­zin­də biz əla­və 40 min hek­tar­da fın­dıq bağ­la­rı sa­laq".

Ma­raq­lı­dır, bəs ekspertlər kənd tə­sər­rü­fa­tın­da da­ha han­sı sa­hə­lə­rin in­ki­şaf et­di­ril­mə­si­ni məq­sə­də­uy­ğun he­sab edir?

Sö­zü­ge­dən mə­sə­lə ilə bağ­lı fi­kir­lə­ri­ni "Ba­kı-Xə­bər"lə bö­lü­şən iq­ti­sad­çı-ekspert İl­dı­rım Qur­ba­nov bir sı­ra mə­qam­la­ra to­xun­du: "Əv­və­la cə­nab Pre­zi­dent çox mü­hüm mə­sə­lə­yə to­xun­du. Kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı is­teh­sa­lı və ix­ra­cı ilə bağ­lı to­xun­du­ğu mə­qam­lar mü­hüm əhə­miy­yət kəsb edir. Döv­lət bu­nu xü­su­si diq­qət mər­kə­zin­də sax­la­ma­lı­dır ki, boş tor­paq sa­hə­lə­ri qal­ma­sın, ha­mı­sı əkil­sin. Bu­nun üçün ba­zar hər­tə­rəf­li araş­dı­rıl­ma­lı­dır. Həf­tə­də bir də­fə ra­yon mər­kəz­lə­rin­də və iri şə­hər­lər­də yar­mar­ka­lar təş­kil olun­ma­lı­dır. Kəndli­yə de­mək la­zım­dır ki, ək, be­cər, biz uy­ğun qiy­mə­tə ala­rıq. Göm­rük Ko­mi­tə­si da­xi­li ba­za­rın qo­run­ma­sı funksi­ya­sı­nı tam şə­kil­də işə sal­ma­lı­dır. Ona gö­rə ki, xa­ric­dən gə­lən məh­sul­lar da­xil­də is­teh­sal olu­nan məh­sul­la­rı ba­zar­dan çı­xa­ra bil­mə­sin. Bu ki­mi mə­sə­lə­lər xü­su­si diq­qət mər­kə­zin­də ol­ma­lı­dır. İx­rac məq­sə­di­lə üzüm­çü­lük, çay­çı­lıq, kar­tof­çu­luq, tə­rə­vəz­çi­lik in­ki­şaf et­di­ril­mə­li­dir. Xü­su­sən üzüm­çü­lük öl­kə­yə val­yu­ta gə­ti­rən sa­hə­dir. So­vet döv­rün­də hət­ta dağ­la­rın ya­mac­la­rı əki­lir­di. Be­lə ki, dağ ya­ma­cın­da yon­ca, no­xud əkən və­tən­daş in­di öz hə­yə­tin­də 5 ki­lo kar­tof ək­mir. Ni­yə? Bun­lar ha­mı­sı araş­dı­rıl­ma­lı­dır. Biz döv­lə­ti­mi­zi neft ası­lı­lı­ğın­dan qur­tar­ma­lı­yıq. Ar­tıq an­la­maq la­zım­dır ki neft dö­nə­mi bit­di. Re­al sek­tor, da­i­mi is­teh­sal, əmək tu­tum­lu sa­hə­lər in­ki­şaf et­di­ril­mə­li­dir. Mü­va­fiq qu­rum­lar döv­lət baş­çı­sı tə­rə­fin­dən ve­ri­lən tap­şı­rıq­la­rın ye­ri­nə ye­ti­ril­mə­si pro­se­sin­də fə­al iş­ti­rak et­mə­li­dir. Həm sa­hib­kar­lar, həm də mə­mur­lar bu tap­şı­rı­ğa əməl et­mə­li və öz fə­a­liy­yə­tin­də bu­nu rəh­bər tut­ma­lı­dır".
Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər