19/08/2017 05:53
728 x 90

Azər­bay­can­da 2017-ci il­də inflya­si­ya­nı bir­rə­qəm­li həd­də sax­la­maq üçün nə et­mə­li?

Vü­qar Bay­ra­mov: "Neft Fon­dun­dan 2017-ci il­də Mər­kə­zi Ban­ka 7.5 mil­yard ma­nat­lıq transfer doğ­ru ad­dım­dır"

img

"Ba­zar­da ta­raz­lıq əl­də edil­sə, əks-dol­lar­laş­ma pro­se­si­nə baş­lan­sa, o za­man ba­za­rın da dol­lar tək­li­fi hiss edi­lən də­rə­cə­də ar­ta bi­lər"

 

"2017-ci il­də mak­ro­iq­ti­sa­di sa­bit­li­yin tə­min edil­mə­si, inflya­si­ya­nın bir­rə­qəm­li ol­ma­sı va­cib­dir". Bu­nu Na­zir­lər Ka­bi­ne­ti­nin 2016-cı ilin so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sın­da Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev de­yib.

O, bank sek­to­ru­nun sağ­lam­laş­dı­rıl­ma­sı ilə bağ­lı bu il də ge­niş təd­bir­lə­rin gö­rü­lə­cə­yi­ni bil­di­rib: "Bu il Azər­bay­can­da mak­ro­iq­ti­sa­di sa­bit­lik tə­min edil­mə­li­dir, inflya­si­ya bir­rə­qəm­li ol­ma­lı­dır. He­sab edi­rəm ki, biz bu­na na­il ola­ca­ğıq. Mak­ro­iq­ti­sa­di sa­bit­lik hər bir öl­kə­nin iq­ti­sa­di da­ya­nıq­lı­lı­ğı üçün əsas şərtlər­dən bi­ri­dir. Bax­ma­ya­raq ki, nef­tin qiy­mə­ti kəs­kin şə­kil­də aşa­ğı düş­dü, biz val­yu­ta eh­ti­yat­la­rı­mı­zı, xü­su­si­lə Neft Fon­du­nun eh­ti­yat­la­rı­nı qo­ru­ya bil­mi­şik. Bu il də val­yu­ta eh­ti­yat­la­rı­mı­zı qo­ru­ma­lı­yıq və əmi­nəm ki, biz val­yu­ta eh­ti­yat­la­rı­mı­zın ar­tı­mı­na da na­il ola­ca­ğıq".

Döv­lət baş­çı­sı, həm­çi­nin, sə­na­ye parkla­rı­nın ya­ra­dıl­ma­sı, kənd tə­sər­rü­fa­tı­nın, xü­su­si­lə ta­xıl, pam­bıq, ba­ra­ma, çay və şə­rab is­teh­sa­lı­nın ar­tı­rıl­ma­sı, val­yu­ta gə­ti­rən mey­və plan­ta­si­ya­la­rı­nın sa­lın­ma­sı, hey­van­dar­lı­ğın in­ki­şa­fı ilə bağ­lı təd­bir­lə­rin gö­rül­mə­si­nin əhə­miy­yə­tin­dən və di­gər mə­sə­lə­lər­dən da­nı­şıb.
Ü­mu­mi­lik­də, bu il inflya­si­ya­nın bir­rə­qəm­li ol­ma­sı­na ne­cə na­il ol­maq olar?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən iq­ti­sad­çı-ekspert Vü­qar Bay­ra­mo­vun fik­rin­cə, mü­əy­yən mə­sə­lə­lə­rə diq­qət edil­mə­li­dir: "Döv­lət Neft Fon­du­nun 2017-ci il üçün xərclə­mə­lə­ri 14 mil­yard 483 mil­yon ma­nat təs­diq edi­lib. Bu­nun təx­mi­nən 700 mil­yon ma­na­ta ya­xın his­sə­si bir­ba­şa val­yu­ta for­ma­sın­da ödə­ni­lə­cək xərclər­dir. Bu isə o de­mək­dir ki, fond öh­də­lik­lə­ri­nə əməl edər­sə, o cüm­lə­dən mak­ro­iq­ti­sa­di sa­bit­li­yin tə­min edil­mə­si məq­sə­di­lə Mər­kə­zi Ban­ka olan transfer də hər­rac­lar va­si­tə­si­lə mil­li val­yu­ta­ya çev­ri­lər­sə, o za­man 13.8 mil­yard ma­na­ta ya­xın pu­lu il ər­zin­də hər­rac­lar va­si­tə­si­lə al­ma­lı­dır. Bu isə in­di­ki rəs­mi və ya hər­rac mə­zən­nə­si ilə 7 mil­yard 750 mil­yon dol­lar sa­tış de­mək­dir. Nə­ti­cə­də fond öz öh­də­lik­lə­ri­nə əməl edə bil­sə, o za­man 2017-ci il­də hər ay or­ta he­sab­la 645 mil­yon dol­la­rı hər­ra­ca çı­xa­ra­caq. Qeyd edim ki, 2016-cı il­də fon­dun hər­rac­lar­da sat­dı­ğı val­yu­ta­nın ay­lıq or­ta məb­lə­ği 408 mil­yon dol­lar olub. De­mə­li, fond öh­də­lik­lə­ri­nə tam əməl et­sə və mak­ro­iq­ti­sa­di sa­bit­li­yin tə­min edil­mə­si məq­sə­di­lə Mər­kə­zi Ban­ka olan transfer də hər­rac­lar va­si­tə­si­lə ma­na­ta çev­ril­sə, o za­man ay­lıq ola­raq 2017-ci il­də əv­vəl­ki il ilə mü­qa­yi­sə­də 237 mil­yon dol­lar da­ha çox val­yu­ta hər­rac­da sa­tı­la bi­lər. 2016-cı ilin yan­va­rın­da pul ba­za­sı 5,786 mil­yon ma­nat­dan ötən ilin no­yab­rın­da 7,448 mil­yon ma­na­ta yük­sə­lib. 30 fa­i­zə ya­xın ar­tan pul ba­za­sı ey­ni za­man­da mil­li val­yu­ta­nın rəs­mi kur­sun­da 15 fa­iz­lik azal­ma ilə mü­şa­hi­də edi­lib. De­mə­li, pul ba­za­sı­nın artma­sı fo­nun­da ötən il ma­na­tın mə­zən­nə­sin­də də azal­ma­lar qey­də alı­nıb. Bu isə o de­mək­dir ki, in­di 1 dol­lar­la hət­ta 2016-cı il ilə mü­qa­yi­sə­də da­ha çox ma­na­tı döv­riy­yə­dən çı­xar­maq müm­kün­dür. Ey­ni za­man­da, Azər­bay­can­da fə­a­liy­yət gös­tə­rən neft şir­kət­lə­ri­nin xərclə­mə­lə­ri, xa­ric­də və xü­su­sən də Ru­si­ya­da ya­şa­yan həm­yer­li­lə­ri­mi­zin re­mi­ten­si­lə­ri­ni və elə­cə də qey­ri-neft ix­ra­ca­tı­nın həc­mi­ni nə­zə­rə al­saq, Neft Fon­du­nun öh­də­lik­lə­ri­nə tam əməl edə­cə­yi hal­da, bu il val­yu­ta ba­za­rı­na da­ha çox dol­la­rın da­xil ola­ca­ğı şüb­hə­siz­dir. Baş­qa tə­rəf­dən, dol­lar­laş­ma sə­viy­yə­si 90 fa­i­zə ya­xın­la­şıb və ba­zar­da ta­raz­lıq əl­də edil­sə, əks-dol­lar­laş­ma pro­se­si­nə baş­lan­sa, o za­man ba­za­rın da dol­lar tək­li­fi hiss edi­lən də­rə­cə­də ar­ta bi­lər. Bü­tün bun­lar inflya­si­ya­nı ci­lov­la­ma­ğa kö­mək edə bi­lər. Neft Fon­dun­dan 2017-ci il­də Mər­kə­zi Ban­ka 7.5 mil­yard ma­nat­lıq transfer doğ­ru ad­dım­dır".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər