17/01/2017 16:59
728 x 90

Ba­kı­da Pre­zi­den­tin plan­la­rı­na uy­ğun 2 min so­si­al mən­zil ti­kil­sə...

"Da­ha çox eh­ti­ya­cı olan­lar mən­zil­lə tə­min olu­na bi­lər"

img

Rə­sul Ca­han­gir­li: "Bu da, öz növ­bə­sin­də, qiy­mət­lə­rin ucuz­laş­ma­sı­na tə­sir gös­tə­rə­cək"

 

"Öl­kə­də in­şa­at sek­to­ru­nun can­lan­dı­rıl­ma­sı ilə bağ­lı bir çox təd­bir­lər hə­ya­ta ke­çi­ri­lib". Bu­nu Pre­zi­dent İl­ham Əli­yev Na­zir­lər Ka­bi­ne­ti­nin 2016-cı ilin so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sın­da­kı çı­xı­şın­da de­yib.

Döv­lət baş­çı­sı bu pro­se­sin in­san­la­rın hə­yat şə­ra­i­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı­na, Ba­kı­nın da­ha da gö­zəl­ləş­mə­si­nə, həm də ti­kin­ti ma­te­ri­al­la­rı ba­za­rı­nın sti­mul­laş­dı­rıl­ma­sı­na xid­mət et­di­yi­ni bil­di­rib.

Pre­zi­dent ya­nın­da Mən­zil İn­şa­a­tı Döv­lət Agentli­yi­nin fə­a­liy­yə­ti­ni vur­ğu­la­yan döv­lət baş­çı­sı qar­şı­da­kı il­lər­də pay­taxtda 2 mi­nə ya­xın so­si­al mən­zi­lin in­şa olu­na­ca­ğı­nı söy­lə­yib: "Ke­çən ay Ya­sa­mal ra­yo­nun­da Mən­zil İn­şa­a­tı Döv­lət Agentli­yi­nin bi­rin­ci la­yi­hə­si­nə start ve­ril­di. Əmi­nəm ki, bu la­yi­hə uğur­la ic­ra edi­lə­cək. La­yi­hə çər­çi­və­sin­də ye­ni bir şə­hər­cik ya­ra­dı­la­caq, hün­dür­mər­tə­bə­li 29 ya­şa­yış bi­na­sı­nın ti­kin­ti­si nə­zər­də tu­tu­lur. Mək­təb, uşaq bağ­ça­sı ti­ki­lə­cək, infrastruk­tur ya­ra­dı­la­caq, yol­lar çə­ki­lə­cək. İki mi­nə ya­xın mən­zil ti­ki­lə­cək və gü­zəştli şərtlər­lə və­tən­daş­la­ra, xü­su­si­lə mad­di im­kan­la­rı məh­dud olan ai­lə­lə­rə uzun­müd­dət­li kre­dit­lə ve­ri­lə­cək".

Bü­tün bu de­yi­lən­lə­rin fo­nun­da, 2000 min so­si­al mən­zi­lin in­şa olun­ma­sı əha­li­nin evə olan tə­lə­ba­tı­nın ödə­nil­mə­sin­də ne­cə rol oy­na­ya­caq?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən ekspert Rə­sul Ca­han­gir­li­nin fik­rin­cə, bu, az­tə­mi­nat­lı ai­lə­lə­rin mən­zil­lə tə­min olun­ma­sın­da müs­bət rol oy­na­ya­caq: "So­si­al ev­lə­rin mən­zil ba­za­rı­na tə­sir­lə­ri­ni mi­ni­mum­laş­dır­maq üçün nə­zər­də tu­tu­lub ki, bu min­val­la evə olan tə­lə­ba­tın 10 fa­i­zi ödə­nil­sin. Bi­rin­ci mər­hə­lə­də və­tən­daş­la­ra 2000 mən­zil tək­lif edi­lə­cək. Növ­bə­ti il­lər­də isə 3000 mən­zi­lin və­tən­daş­la­ra tək­lif edil­mə­si nə­zər­də tu­tu­lub. Bu isə o de­mək­dir ki, il­lik mən­zi­lə olan tə­lə­ba­tın 10 fa­i­zi so­si­al mən­zil­lər tə­rə­fin­dən ödə­ni­lə­cək. İn­di­ki dövrdə bu, ki­çik rə­qəm de­yil. Bax­ma­ya­raq ki, mən­zi­lə tə­lə­ba­tı olan­la­rın sa­yı bun­dan qat-qat çox­dur. İs­tə­ni­lən hal­da, nə­zə­rə al­maq la­zım­dır ki, so­si­al ev­lə­rin in­şa­sı mən­zil ba­za­rı­na tə­sir gös­tə­rə­cək. Bi­rin­ci­si, bu­nun mən­zil ba­za­rı­na psi­xo­lo­ji tə­sir­lə­ri var. O mə­na­da ki, in­san­lar se­çim edə bi­lə­cək. Di­gər tə­rəf­dən isə, bu­nun iq­ti­sa­di tə­si­ri var. İq­ti­sa­di tə­si­ri on­dan iba­rət­dir ki, mən­zil ba­za­rın­da tək­lif ar­ta­caq. Bu da, öz növ­bə­sin­də, qiy­mət­lə­rin ucuz­laş­ma­sı­na tə­sir gös­tə­rə­cək. Nə­ti­cə­də da­ha çox eh­ti­ya­cı olan mən­zil­lə tə­min olu­na bi­lər. Bü­tün bun­lar bir-bi­ri­lə bağ­lı ol­du­ğu üçün, ba­zar­da müs­bət ten­den­si­ya­nın ya­ran­ma­sı­na tə­kan ve­rə bi­lər".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər