24/06/2017 21:31
728 x 90

Pre­zi­dent İl­ham Əli­yev 2017-ci il­də də ma­aş və pen­si­ya­la­rın ar­tım anon­su­nu ver­di

"Dün­ya ba­za­rın­da nef­tin qiy­mə­tin­də cid­di ar­tım ol­sa, o za­man ma­aş və pen­si­ya­lar da­ha çox ar­ta­caq"

img

Za­kir Əh­mə­dov: "Bu, qis­mən də ol­sa, əha­li­nin mad­di du­ru­mu­na müs­bət tə­sir gös­tə­rə­cək"

 

"Ötən il Azər­bay­can­da so­si­al mə­sə­lə­lə­rin həl­li diq­qət mər­kə­zin­də olub". Bu­nu Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev Na­zir­lər Ka­bi­ne­ti­nin 2016-cı ilin so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sın­da bil­di­rib.

O qeyd edib ki, ma­aş­lar 7 fa­iz, pen­si­ya­lar 8 fa­iz ar­tıb və ye­nə də artma­lı­dır. Pre­zi­den­tin söz­lə­ri­nə gö­rə, bu­nun­la ya­na­şı, kom­mu­nal xid­mət­lə­rin dif­fe­ren­si­al­laş­dı­rıl­ma­sı da so­si­al əda­lət prin­si­pi­nə əsas­la­nıb, or­ta tə­bə­qə­nin ma­raq­la­rı nə­zə­rə alı­nıb: "So­si­al si­ya­sə­tin tər­kib his­sə­si ki­mi 485 mək­təb tə­mir olu­nub, 29 mək­təb ti­ki­lib, 41 tibb mü­əs­si­sə­si in­şa edi­lib və ya tə­mir olu­nub. Məc­bu­ri köç­kün­lə­rin hə­yat şə­ra­i­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı diq­qət­də sax­la­nıb".

Döv­lət baş­çı­sı onu da bil­di­rib ki, "ASAN xid­mət" mər­kəz­lə­ri­nin sa­yı 11-ə çat­dı­rı­lıb: "İn­di­yə qə­dər bu mər­kəz­lə­rə 13 mil­yon mü­ra­ci­ət da­xil olub və gös­tə­ri­lən xid­mət­lə­rin sa­yı ar­tı­rı­lıb".

Bü­töv­lük­də, ekspertlər göz­lə­ni­lən ar­tım­la­ra ne­cə ba­xır?
Sö­zü­ge­dən mə­sə­lə­ni də­yər­lən­di­rən ekspert Za­kir Əh­mə­do­vun fik­rin­cə, tə­qa­üd­lə­rin və mi­ni­mum əmək­haq­la­rı rəs­mi inflya­si­ya qə­dər in­deksləş­di­ril­mə­li­dir: "Qa­nu­nun tə­lə­bi bu­dur. Çox gü­man ki, rəs­mi inflya­si­ya elan edil­dik­dən son­ra məhz hə­min həcmlər­də rəs­mi inflya­si­ya qə­dər in­deksləş­mə ola­caq. Eh­ti­mal ki, may ayın­da büd­cə­yə ye­ni­dən ba­xıl­ma eh­ti­ya­cı ya­ran­sa, o za­man mü­va­fiq də­yi­şik­lik­lər baş ve­rə bi­lər. 2017-ci ilin döv­lət büd­cə­sin­də tə­qa­üd, pen­si­ya və so­si­al mü­a­vi­nət­lər üçün ay­rı­lan və­sa­it­də 12.6 fa­iz ar­tı­mın proq­noz­laş­dı­rıl­ma­sı so­si­al xərclə­rin ümu­mi məb­lə­ği­dir. Yə­ni ar­tım rəs­mi inflya­si­ya qə­dər in­deksləş­mə üçün nə­zər­də tu­tu­lub. Ya­xın gün­lər­də çox gü­man ki, in­deksləş­mə ilə bağ­lı Pre­zi­dent fər­ma­nı ola­caq. An­caq, is­tə­ni­lən hal­da, bu­nun­la bağ­lı ar­tım­la­rın ol­ma­sı müs­bət hal­dır. Bu, qis­mən də ol­sa, əha­li­nin mad­di du­ru­mu­na müs­bət tə­sir gös­tə­rə­cək. He­sab edi­rəm ki, dün­ya ba­za­rın­da nef­tin qiy­mə­tin­də cid­di ar­tım ol­sa, o za­man ma­aş və pen­si­ya­lar da­ha çox ar­ta­caq. Yə­ni ge­di­şat­dan ası­lı ola­raq büd­cə­yə ye­ni­dən ba­xı­la­caq və mü­va­fiq ar­tım­lar­la bağ­lı qə­rar ve­ri­lə­cək".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər