23/08/2017 08:15
728 x 90

Azər­bay­can bey­nəl­xalq yük­da­şı­ma mər­kə­zi ki­mi gə­lir­lə­ri­ni xey­li ar­tır­maq şan­sın­da...

img

Öl­kə iq­ti­sa­diy­ya­tı­nın in­ki­şaf et­di­ril­mə­sin­də diq­qət mər­kə­zin­də yer alan əsas mə­sə­lə­lər­dən bi­ri də yük­da­şı­ma­lar və Azər­bay­ca­nın tran­zit im­kan­la­rın­dan da­ha sə­mə­rə­li şə­kil­də is­ti­fa­də olun­ma­sı­dır. Bu mə­qam­lar "Azər­bay­can Res­pub­li­ka­sın­da lo­gis­ti­ka və ti­ca­rə­tin in­ki­şa­fı­na da­ir Stra­te­ji Yol Xə­ri­tə­si"ndə öz ək­si­ni ta­pıb.

Qeyd edək ki, pro­se­sə özəl sek­to­run cəl­bi də əsas pri­o­ri­tet­lər sı­ra­sın­da­dır. Mə­sə­lən, mə­lum­dur ki, yük­da­şı­ma­lar­la bağ­lı də­niz nəq­liy­ya­tı və də­mir yo­lu sa­hə­sin­də özəl sek­to­run iş­ti­ra­kı tə­min edi­lə­cək. Stra­te­ji Yol Xə­ri­tə­sin­də qeyd olu­nub ki, Xə­zər də­ni­zin­dən tran­zit yük­lə­rin sü­rət­li ke­çi­di­nə na­il ol­maq üçün özəl gə­mi ope­ra­tor­la­rı­nın yük­da­şı­ma­da iş­ti­ra­kı­nın tə­min olun­ma­sı sa­hə­sin­də zə­ru­ri təd­bir­lər gö­rü­lə­cək. Sö­zü­ge­dən yol xə­ri­tə­sin­də, həm­çi­nin, də­mir yol­la­rı sa­hə­sin­də də özəl sek­to­run iş­ti­ra­kı­nın tə­min edil­mə­si nə­zər­də tu­tu­lub. Bu­nun­la il­gi­li lo­gis­ti­ka və ti­ca­rət sa­hə­si­nin in­ki­şa­fı üçün də­mir yol­la­rın­da ən çox in­ves­ti­si­ya tə­ləb edən sa­hə­lə­rə özəl in­ves­ti­si­ya­la­rın cəlb olun­ma­sı və ya bir­gə mü­əs­si­sə­lə­rin ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də zə­ru­ri ad­dım­lar atı­la­caq.

TRA­SE­KA nəq­liy­yat dəh­li­zi la­yi­hə­si­nin hö­ku­mət­lə­ra­ra­sı ko­mis­si­ya­sı­nın Azər­bay­can üz­rə mil­li ka­ti­bi Akif Mus­ta­fa­yev də bil­di­rir ki, Stra­te­ji Yol Xə­ri­tə­si­nin ic­ra­sı nə­ti­cə­sin­də tran­zit və ümu­mi da­şı­ma­lar­da, iki­tə­rəf­li və çox­tə­rəf­li da­şı­ma­lar­da ar­tım göz­lə­nir. O qeyd edir ki, tran­zit və ümu­mi da­şı­ma­lar­da ar­tım təx­mi­nən 30 fa­iz­dən yu­xa­rı ola­caq: "Azər­bay­can­da lo­gis­ti­ka və ti­ca­rə­tin in­ki­şa­fı­na da­ir Stra­te­ji Yol Xə­ri­tə­si"ndə həm­çi­nin qeyd edi­lib ki, "Şərq-Qərb" və "Şi­mal-Cə­nub" nəq­liy­yat dəh­liz­lə­rin­də Azər­bay­ca­nın rə­qa­bət­qa­bi­liy­yət­li­li­yi­ni tə­min et­mək üçün sər­həd-ke­çid pro­se­dur­la­rı sa­də­ləş­di­ri­lə­cək. Azər­bay­ca­nın rə­qa­bət­qa­bi­liy­yət­li­li­yi­ni tə­min et­mək məq­sə­di­lə sər­həd-ke­çid pro­se­dur­la­rı­nın sa­də­ləş­di­ril­mə­si üçün id­xal-ix­rac əmə­liy­yat­la­rı­na və tran­zit yük­lə­ri­nin da­şın­ma­sı­na sərf olu­nan vaxt və xərclər op­ti­mal­laş­dı­rıl­ma­lı, bey­nəl­xalq dəh­liz­lər bo­yu yol infrastruk­tur­la­rı ge­niş­lən­di­ril­mə­li, ye­ni­dən­qur­ma iş­lə­ri və ti­kin­ti la­yi­hə­lə­ri ba­şa çat­dı­rıl­ma­lı və bey­nəl­xalq stan­dartla­ra uy­ğun­laş­dı­rıl­ma­lı­dır". Ümu­miy­yət­lə, ekspertlər he­sab edir ki, Azər­bay­can­da hə­ya­ta ke­çi­ri­lən çox mü­hüm infrastruk­tur la­yi­hə­lə­ri öl­kə­mi­zi dün­ya­nın ən bö­yük lo­gis­ti­ka mər­kəz­lə­rin­dən bi­ri­nə çe­vi­rə­cək.

Stra­te­ji Yol Xə­ri­tə­si­nə əsa­sən, Ba­kı Bey­nəl­xalq Də­niz Ti­ca­rət Li­ma­nı, Hey­dər Əli­yev Bey­nəl­xalq Ae­ro­por­tu və öl­kə­nin da­xi­li ti­ca­rət şə­bə­kə­si­nə çe­vik in­teq­ra­si­ya­sı­nı tə­min et­mək üçün av­to­mo­bil və də­mir yo­lu əla­qə­lə­ri güc­lən­di­ri­lə­cək. Ra­yon­la­ra­ra­sı əla­qə­lə­rin yax­şı­laş­dı­rıl­ma­sı məq­sə­di­lə av­to­mo­bil yol­la­rı­nın ti­kin­ti­si və tə­mi­ri pri­o­ri­tet ola­caq. Yük­da­şı­ma həc­mi iq­ti­sa­di sə­mə­rə­li­li­yi tə­min edə­cək sə­viy­yə­yə çat­dıq­dan son­ra də­mir yo­lu əla­qə­lə­ri də qu­ru­la­caq. Da­ha son­ra qar­şı­ya qo­yu­lan məq­səd­lə­rin re­al­laş­dı­rıl­ma­sı üçün sa­hil­bo­yu əra­zi­lər­də ye­ni lo­gis­ti­ka və ti­ca­rət mər­kəz­lə­ri­nin ya­ra­dıl­ma­sı­na baş­la­na­caq. Bü­tün bun­lar isə, öz növ­bə­sin­də, Azər­bay­can üzə­rin­dən da­şı­nan yük­lə­rin həc­mi­ni və be­lə­lik­lə də öl­kə­nin gə­lir­lə­ri­ni ar­tı­ra­caq. Bu ara­da "Şi­mal-Cə­nub" nəq­liy­yat dəh­li­zi ilə bağ­lı da­ha bir va­cib ad­dım atıl­maq­da­dır. Be­lə ki, ca­ri il­də Rəşt-As­ta­ra də­mir yo­lu­nun çə­ki­li­şi­nə baş­la­na­caq. Bu yol Azər­bay­can­la İra­nın də­mir yol­la­rı­nı bir­ləş­dir­mək­lə ya­na­şı, hər iki döv­lə­tin id­xal və ix­rac əmə­liy­yat­la­rı­nı və ti­ca­rət döv­riy­yə­si­ni ar­tı­ra­caq. Ey­ni za­man­da "Şi­mal-Cə­nub" nəq­liy­yat dəh­li­zi­nin re­a­laş­ma­sı­na da bö­yük töh­fə ve­rə­cək. İra­nın yol­lar və şə­hər­sal­ma na­zi­ri­nin mü­a­vi­ni Xey­rul­lah Xa­di­mi bil­di­rib ki, Qəz­vin-Rəşt-As­ta­ra də­mir yo­lu xət­ti­nin Qəz­vin-Rəşt his­sə­si qı­sa za­man­da ye­kun­la­şa­caq. İş­lə­rin 90 fa­i­zin­dən ço­xu gö­rü­lüb, tu­nel­lər və kör­pü­lər tam ha­zır və­ziy­yət­də­dir. Bu yo­lun Rəşt-As­ta­ra his­sə­si­nin ti­kin­ti­si­nə isə ca­ri il­də baş­la­na­caq.

"Şi­mal-Cə­nub" bey­nəl­xalq nəq­liy­yat dəh­li­zi­nin əsa­sı­nı təş­kil edə­cək Qəz­vin-Rəşt-As­ta­ra də­mir yo­lu xət­ti İra­nın Fars kör­fə­zi sa­hi­lin­də­ki Bən­dər-Ab­bas li­ma­nı ilə Azər­bay­ca­nın As­ta­ra şə­hə­ri­ni bir­ləş­di­rə­cək. Bu dəh­liz­lə nə­in­ki İran, elə­cə də Hin­dis­tan, Çin və Fars kör­fə­zi öl­kə­lə­ri Av­ro­pa ilə id­xal-ix­rac əmə­liy­yat­la­rı apa­ra­caq.

Bir ne­çə gü­nə isə "Şi­mal-Cə­nub" dəh­li­zi çər­çi­və­sin­də ti­ki­lən İra­nın ən iri də­mir yo­lu kör­pü­sü is­tis­ma­ra ha­zır ola­caq. Xey­rul­lah Xa­di­mi­nin  söz­lə­ri­nə gö­rə, kör­pü­nün ti­kin­ti­si tez­lik­lə ye­kun­la­şa­caq:"Şi­mal-Cə­nub" dəh­li­zi çər­çi­və­sin­də İran is­ti­qa­mə­tin­də As­ta­ra (Azər­bay­can)-As­ta­ra (İran)-Rəşt-Qəz­vin də­mir yo­lu xət­ti­nin bir his­sə­si olan bu kör­pü yan­va­rın 19-da is­tis­ma­ra ha­zır ola­caq. 1,43 ki­lo­metr uzun­lu­ğun­da olan kör­pü İra­nın Gi­lan vi­la­yə­tin­də yer­lə­şən Mən­cil şə­hə­rin­də Sə­fid­rud ça­yı­nın sa­hil­lə­ri­ni bir­ləş­di­rə­cək. Bu kör­pü son in­şa­at mər­hə­lə­sin­də olan Qəz­vin-Rəşt də­mir yo­lu­nun da bir his­sə­si­dir". He­sab­la­ma­la­ra gö­rə, "Şi­mal-Cə­nub" dəh­li­zi is­tis­ma­ra ve­ri­lən­dən son­ra Azər­bay­can­la İran ara­sın­da möv­cud 600 min ton ti­ca­rət döv­riy­yə­si il­də 5 mil­yon to­na yük­sə­lə­cək. Azər­bay­can­da ya­ra­dı­lan lo­gis­ti­ka mər­kəz­lə­ri isə yük­da­şı­ma­lar pro­se­si­nin da­ha sü­rət­lə hə­ya­ta keç­mə­si­nə im­kan ve­rə­cək.

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər