27/03/2017 16:34
728 x 90

Banklar xa­ric­dən qo­hum-əq­ra­ba­ya gön­də­ril­miş val­yu­ta­nı və­tən­daş­la­ra ver­mək­də prob­lem ya­ra­dır

"Kö­çür­mə han­sı val­yu­ta ilə apa­rı­lıb­sa, hə­min val­yu­ta ilə və­tən­da­şa çat­dı­rıl­ma­lı­dır"

img

Za­kir Əh­mə­dov: "Ola bil­sin bə­zi banklar qa­nun­ve­ri­ci­lik­də olan boş­luq­lar­dan sui-is­ti­fa­də edə­rək be­lə ad­dım atır"

 

Dol­lar­la bağ­lı da­ha bir prob­lem or­ta­ya çı­xıb. Mə­sə­lə on­da­dır ki, dol­lar sat­ma­yan banklar xa­ric­dən kö­çü­rü­lən dol­lar­la olan və­sa­i­ti də sa­hi­bi­nə ödə­mək­dən bo­yun qa­çı­rır. Bu ha­di­sə Gən­cə sa­ki­ni­nin ba­şı­na gə­lib.

Qa­dın öv­la­dı­nın xa­ric­dən dol­lar­la gön­dər­di­yi pu­lu bankdan ala bil­mir. Ru­si­ya­da ya­şa­yan iki oğ­lu mü­tə­ma­di ola­raq ona pul gön­də­rir. La­kin qa­dın son bir bir ne­çə ay­dır dol­lar­la gön­də­ri­lən pul­la­rı bankdan gö­tü­rə bil­mir. İra­də Qu­li­ye­va Gən­cə­də yer­lə­şən bir çox bankda ey­ni mən­zə­rə­nin mü­şa­hi­də olun­du­ğu­nu de­yir. Onun söz­lə­ri­nə gö­rə, bankla­rın bu cür ad­dım at­ma­sı in­san­la­rın pu­lu­nu göz gö­rə-gö­rə mə­nim­sə­mək­dən baş­qa bir şey de­yil. 

Bə­zi mü­tə­xəs­sis­lə­rin fik­rin­cə, bankla­rın be­lə ad­dım at­ma­sı­nın sə­bə­bi dol­lar qıt­lı­ğı­nın ya­ran­ma­sı­dır. An­caq bu heç də ban­ka pul kö­çür­mə­lə­ri ilə bağ­lı öh­də­li­yi­ni ic­ra et­mə­mək sə­la­hiy­yə­ti ver­mir. Be­lə və­ziy­yət, açıq-ay­dın, bank qa­nun­ve­ri­ci­li­yi­nin tə­ləb­lə­ri­nin po­zul­ma­sı­dır. Han­sı­sa və­tən­daş xa­ri­ci öl­kə­dən gön­də­ri­lən pu­lu bankdan ala bil­mir­sə, bu za­man Ma­liy­yə Ba­zar­la­rı­na Nə­za­rət Pa­la­ta­sı­na mü­ra­ci­ət edə­rək öz hü­qu­qu­nu bər­pa edə bi­lər. Onu da qeyd edək ki, banklar han­sı­sa bey­nəl­xalq pul­kö­çür­mə şir­kə­ti ilə mü­qa­vi­lə bağ­la­yıb­sa, de­mə­li, pul və­sa­i­ti­nin gön­də­ri­lən val­yu­ta­da çat­dı­rıl­ma­sı­na da­ir öh­də­lik gö­tü­rüb.

Sö­zü­ge­dən mə­sə­lə­ni də­yər­lən­di­rən ekspert Za­kir Əh­mə­do­vun fik­rin­cə, bə­zi bankla­rın be­lə ad­dım at­ma­sı və­tən­daş­la­rın hü­quq­la­rı­nın po­zul­ma­sı an­la­mı­na gə­lir: "Bu­nu dol­lar qıt­lı­ğı ilə əsas­lan­dır­ma­ğın heç bir əsa­sı yox­dur. Ona gö­rə ki, pul kö­çü­rül­mə­si dol­lar­la olub­sa, bank onu və­tən­da­şa çat­dır­ma­ğa borclu­dur. Kö­çür­mə han­sı val­yu­ta ilə apa­rı­lıb­sa, hə­min val­yu­ta ilə və­tən­da­şa çat­dı­rıl­ma­lı­dır. Sö­zü­ge­dən şəxs və­sa­i­ti rus rub­lu ilə kö­çür­səy­di və pu­lu qə­bul edən şəxs bu­nu dol­la­ra çe­vi­rib gö­tür­mək is­tə­səy­di, o za­man bankla­rı har­da­sa ba­şa düş­mək olar­dı. Banklar əsas­lan­dı­rar­dı ki, dol­lar re­zervlə­ri məh­dud ol­du­ğu­na gö­rə bu­nu edə bil­mir­lər. Be­lə­də banklar öh­də­li­yi ye­ri­nə ye­tir­mə­yə borclu­dur. Ola bil­sin bə­zi banklar möv­cud və­ziy­yət­dən və qa­nun­ve­ri­ci­lik­də olan boş­luq­lar­dan sui-is­ti­fa­də edə­rək be­lə ad­dım atır. Fik­rim­cə, Ma­liy­yə Ba­zar­la­rı­na Nə­za­rət Pa­la­ta­sı bu­nu araş­dır­ma­lı və kö­çü­rü­lən və­sa­i­ti dol­lar­la ödə­mək is­tə­mə­yən bankla­ra xə­bər­dar­lıq et­mə­li­dir".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər