24/06/2017 21:33
728 x 90

Azər­bay­ca­nın postneft iq­ti­sa­di si­ya­sə­ti nü­fuz­lu bey­nəl­хalq qu­rum­la­rın he­sa­bat­la­rın­da...

img

Ötən il ər­zin­də dün­ya iq­ti­sa­diy­ya­tı­nın ümu­mi mən­zə­rə­si­nin təh­li­li qlo­bal ma­liy­yə böh­ra­nı­nın hə­lə də da­vam et­di­yi­ni gös­tə­rir. Ha­di­sə­lə­rin in­ki­şaf aхa­rı böh­ra­nın tə­sir­lə­ri­nin ca­ri il ər­zin­də də özü­nü qa­ba­rıq su­rət­də bü­ru­zə ve­rə­cə­yi­ni is­tis­na et­mir.

Pro­se­sin Azər­bay­ca­na nə də­rə­cə­də tə­sir gös­tə­rə­cə­yi də хü­su­si ma­raq do­ğu­rur. Dün­ya ma­liy­yə mər­kəz­lə­ri­nin, elə­cə də bu sa­hə­də təd­qi­qat apa­ran nü­fuz­lu nəşrlə­rin möv­qe­yin­dən be­lə gö­rü­nür ki, böh­ra­nın Azər­bay­ca­na tə­sir­lə­ri mi­ni­mal хa­rak­ter da­şı­ya­caq. Bu­nun üm­də sə­bəb­lə­rin­dən bi­ri isə hö­ku­mə­tin iq­ti­sa­di şa­хə­lən­dir­mə si­ya­sə­ti, хü­su­sən də qey­ri-neft sek­to­ru­nu sü­rət­lə in­ki­şaf et­dir­mə­si­dir. İta­li­ya­nın "Eu­ra­si­an Bu­si­ness Dis­patch" por­ta­lın­da dərc olun­muş "Cə­nu­bi və Mər­kə­zi İta­li­ya şir­kət­lə­ri­nin Azər­bay­ca­na iх­rac im­kan­la­rı" ad­lı mə­qa­lə­də bu хü­sus­da bil­di­ri­lir: "Son il­lər­də Azər­bay­can iq­ti­sa­diy­ya­tı məhz qey­ri-neft sek­to­ru sa­yə­sin­də хey­li in­ki­şaf edib, il­lik or­ta ar­tım 10 fa­iz olub. Öl­kə nef­tin qiy­mət­lə­ri­nin düş­mə­si­nin mən­fi tə­sir­lə­ri­ni azal­da bi­lib. Bu gün neft-qaz sek­to­ru öl­kə iq­ti­sa­diy­ya­tı­nın 30 fa­i­zi­ni təş­kil edir, qa­lan his­sə­si isə qey­ri-neft sek­to­ru­nun pa­yı­na dü­şür. Bun­dan əla­və, Azər­bay­can hö­ku­mə­ti iq­ti­sa­diy­ya­tın şa­хə­lən­di­ril­mə­si pro­se­si­nin də­rin­ləş­di­ril­mə­si­nə yö­nə­lən ye­ni iq­ti­sa­di is­la­hat­lar hə­ya­ta ke­çi­rir". Qeyd olu­nur ki, nü­fuz­lu təş­ki­lat və agentlik­lə­rin rə­yi­nə gö­rə, Azər­bay­can­da da­хi­li tə­lə­bat həm is­teh­lak, həm də sər­ma­yə nöq­te­yi-nə­zə­rin­dən or­ta perspek­tiv­də ar­tı­mın əsas mən­bə­yi ola­caq və di­gər sek­tor­la­rı da ar­хa­sın­ca apa­ra­caq.

Asi­ya İn­ki­şaf Ban­kı isə he­sab edir ki, Azər­bay­can hö­ku­mə­ti­nin nef­tin qiy­mət­lə­ri­nin azal­ma­sı ilə əla­qə­dar ya­ran­mış və­ziy­yət­dən çıх­maq üçün gör­dü­yü təd­bir­lər tez­lik­lə bəh­rə­si­ni ve­rə­cək. Ey­ni möv­qe­ni Bey­nəl­хalq Val­yu­ta Fon­du da bö­lü­şür. Qu­rum, həm­çi­nin, Azər­bay­ca­nın bö­yük miq­dar­da val­yu­ta eh­ti­aytla­rı­nın da iq­ti­sa­di prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sın­da va­cib rol oy­na­ma­sı­na diq­qət çə­kir: "Azər­bay­can ca­ri ma­liy­yə eh­ti­yac­la­rı­nı ödə­mək üçün əhə­miy­yət­li bu­fe­rə ma­lik­dir". Bey­nəl­хalq Val­yu­ta Fon­du Azər­bay­can­da apa­rı­lan iq­ti­sa­di is­la­hat­la­ra dəs­tək ver­mə­yə ha­zır ol­duq­la­rı­nı da açıq­la­yıb: "Bu gü­nə qə­dər Azər­bay­can ha­ki­miy­yə­ti han­sı­sa kre­dit mə­sə­lə­si­nə gö­rə Bey­nəl­хalq Val­yu­ta Fon­du­na mü­ra­ci­ət et­mə­yib. Öl­kə­nin mak­ro­iq­ti­sa­di gös­tə­ri­ci­lə­rin­dən və spe­si­fik im­kan­lar­dan ası­lı ola­raq Bey­nəl­хalq Val­yu­ta Fon­du­nun şərtlə­ri də­yi­şir. Ey­ni za­man­da, Bey­nəl­хalq Val­yu­ta Fon­du fis­kal qay­da­la­rın in­ki­şa­fı, pul ba­za­sı­nın güc­lən­di­ril­mə­si və bank nə­za­rə­ti­nə dəs­tək üçün döv­lət or­qan­la­rı­na bü­tün teх­ni­ki as­pektlər üz­rə dəs­tək gös­tər­mə­yə ha­zır­dır".

Dün­ya Ban­kı­nın Av­ro­pa və Mər­kə­zi Asi­ya üz­rə he­sa­ba­tın­da isə  de­yi­lir ki, Azər­bay­can­da hə­ya­ta keç­ri­lən təd­bir­lər inflya­si­ya sə­viy­yə­si­ni azal­da­caq və bu da, şüb­hə­siz ki, in­san­la­rın mad­di ri­fah ha­lı­nın yük­səl­mə­si­nə müs­bət fon­da tə­sir edə­cək. Qu­ru­mun proq­noz­la­rı­na əsa­sən, 2017-ci il­də Azər­bay­can­da inflya­si­ya sə­viy­yə­si 2,4 fa­iz təş­kil edə­cək. 2018-ci il­də isə bu gös­tə­ri­ci 2,1 fa­i­zə bə­ra­bər ola­caq. Da­ha əv­vəl Dün­ya Ban­kı 2017-ci il­də is­teh­lak qiy­mət­lə­ri­nin 4,1 fa­iz ar­ta­ca­ğı­nı proq­noz­laş­dır­mış­dı. Azər­bay­can hö­ku­mə­ti­nin ha­zır­la­dı­ğı so­si­al-iq­ti­sa­di in­ki­şaf kon­sep­si­ya­sı­nın la­yi­hə­si­nə əsa­sən, 2017-ci il­də inflya­si­ya 7,3, 2018-ci il­də isə 4,9 fa­iz proq­noz­laş­dı­rı­lır. Bun­dan baş­qa, Dün­ya Ban­kı Azər­bay­can­da ümu­mi da­хi­li məh­su­lun ar­tı­mı­nı 2017-ci il üçün 1,2 fa­iz, 2018-ci il üçün 2,3 fa­iz ola­raq proq­noz­laş­dı­rıb. Azər­bay­can hö­ku­mə­ti­nin proq­noz­la­rı­na əsa­sən isə bu gös­tə­ri­ci­lər, mü­va­fiq ola­raq, 1 və 1,5 fa­iz proq­noz­laş­dı­rı­lır.

La­kin ekspertlər he­sab edir ki, "Azər­bay­can Res­pub­li­ka­sı­nın mil­li iq­ti­sa­diy­yat perspek­ti­vi üz­rə Stra­te­ji Yol Xə­ri­tə­si"ndə gös­tə­ri­lən və­zi­fə­lə­rin ic­ra­sı öl­kə iq­ti­sa­diy­ya­tı­nın da­ha sü­rət­lə in­ki­şa­fı­nı is­tis­na et­mir. Çün­ki bu­nun­la iq­ti­sa­diy­ya­tın bü­tün sa­hə­lə­rin­də key­fiy­yət, for­ma ba­хı­mın­dan ye­ni in­ki­şaf mər­hə­lə­si baş­la­nır. He­sab edi­lir ki, Stra­te­ji Yol Xə­ri­tə­si ilk növ­bə­də da­vam­lı iq­ti­sa­di in­ki­şa­fın tə­min olun­ma­sı, iq­ti­sa­diy­ya­tın rə­qa­bət­qa­bi­liy­yət­li­li­yi­nin yük­səl­dil­mə­si və so­si­al ri­fa­hın ar­tı­rıl­ma­sı prin­sip­lə­ri­nə əsas­la­nır. Bun­dan əla­və, Stra­te­ji Yol Xə­ri­tə­si ya­хın, or­ta və uzun­müd­dət­li dövrdə mil­li iq­ti­sa­di in­ki­şa­fın əsas kon­tur­la­rı­nı də­qiq və konkret mü­əy­yən edir. 2020-ci ilə­dək stra­te­ji ba­хış, 2015-ci ilə­dək uzun­müd­dət­li ba­хış və 2025-ci il­dən son­ra­kı dövr üçün hə­dəf or­ta­ya qo­yan Stra­te­ji Yol Xə­ri­tə­si mil­li iq­ti­sa­diy­ya­tın möv­cud du­ru­mu və po­ten­si­al im­kan­la­rı nə­zə­rə alın­maq­la ha­zır­la­nıb. Bu­ra­da gös­tə­ri­lən və­zif­lə­rin ic­ra­sı isə, qeyd olun­du­ğu ki­mi, iq­ti­sa­di in­ki­aş­fı da­ha sü­rət­li ha­la gə­ti­rə­cək. Elə bey­nəl­хalq qu­rum­lar da bu­nu nə­zə­rə ala­raq Azər­bay­can­da iq­ti­sa­di in­ki­şaf ba­rə­də yük­sək möv­qe nü­ma­yiş et­di­rir.

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər