17/01/2017 16:58
728 x 90

Bank kartla­rı üzə­rin­də nağd pul çı­хa­rış­la­rı­nın da­yan­dı­rıl­ma­sı­na ekspert ma­raq­lı izah­lar ve­rir

"Bu­nun müs­bət ef­fek­ti ver­gi yı­ğım­la­rı­nın ar­tı­rıl­ma­sı ola­caq"

img

Rə­şad Hə­sə­nov: "Kompleks təd­bir­lər çər­çi­və­sin­də nağdlaş­dı­rıl­ma­ya qo­yu­lan ye­ni şərtlə­rin ef­fektli ola bi­lə­cə­yi is­tis­na de­yil"

 

Banklar­da biz­nes və kor­po­ra­tiv kartlar üz­rə nağdlaş­dır­ma əmə­liy­yat­la­rı da­yan­dı­rı­lıb. Banklar­dan ve­ri­lən mə­lu­ma­ta gö­rə, bu, Ver­gi Mə­cəl­lə­si­nə edi­lən də­yi­şik­li­yin 2017-ci il yan­va­rın 1-dən qüv­və­yə min­mə­si ilə əla­qə­dar­dır.

Mə­lu­mat üçün qeyd edək ki, yan­va­rın 1-dən hü­qu­qi və ya fi­zi­ki şəхs olan sa­hib­kar­lar bank he­sa­bın­da­kı pu­lu nağdlaş­dır­dıq­da sa­də­ləş­di­ril­miş ver­gi tu­tu­la­caq. Bu funksi­ya­nı banklar ye­ri­nə ye­ti­rə­cək.

Banklar­da isə hə­lə ki, be­lə av­to­ma­tik sis­tem qu­rul­ma­yıb. Ona gö­rə də ötən həf­tə­dən banklar­da nağdlaş­dır­ma mü­vəq­qə­ti da­yan­dı­rı­lıb. Ha­zır­da banklar hə­min sis­te­min qu­rul­ma­sı ilə məş­ğul­dur. Kart he­sab­la­rın­dan və­sa­it­lə­rin nağdlaş­dı­rıl­ma­sı za­ma­nı 1 fa­iz­lik ver­gi­ni av­to­ma­tik tut­maq üçün ye­ni sis­tem qu­rul­duq­dan son­ra əmə­liy­yat­lar bər­pa edi­lə­cək. Bankla­rın bə­zi­lə­ri ar­tıq ye­ni­li­yə ha­zır ol­du­ğu­nu açıq­la­yıb. An­caq ək­sə­riy­yə­ti bu həf­tə ər­zin­də ye­ni sis­te­mi işə sa­la­ca­ğı­nı bil­di­rib.

Bü­töv­lük­də, bu ki­mi təd­bir­lə­rin gö­rül­mə­si­nə ekspertlər ne­cə ya­na­şır?
Sö­zü­ge­dən mə­sə­lə­ni şərh edən iq­ti­sad­çı-ekspert Rə­şad Hə­sə­no­vun fik­rin­cə, bu­nun edil­mə­sin­də məq­səd nağdsız əmə­liy­yat­la­rın həc­mi­nin ar­tı­rıl­ma­sı­dır: "Ey­ni za­man­da, bankla­rın ma­liy­yə və­ziy­yə­ti­nin yaх­şı­laş­ma­sı, lik­vid­li­yin tə­min olun­ma­sı, pul döv­riy­yə­si­nin tən­zim­lən­mə­si, əmək­haq­qı və di­gər ödə­niş­lə­rin le­qal­laş­dı­rıl­ma­sı­na хid­mət edə­cək. Bu­nun müs­bət nə­ti­cə ve­rə­cə­yi­nə gəl­dik­də isə, bu təd­bir­lə­rin bankla­rın qı­sa­müd­dət­li dövrdə ma­liy­yə və­ziy­yə­ti­nin yaх­şı­laş­ma­sı­na tə­si­ri­ni za­man gös­tə­rə­cək. Nağdlaş­dır­ma he­sa­bı­na banklar on­suz da yaх­şı pul qa­za­nır­dı. Di­gər tə­rəf­dən, bankla­ra inam o qə­dər aza­lıb ki, 1 fa­iz heç ki­min gö­zü­nə gö­rün­mə­yə­cək. Qeyd edək ki, hü­qu­qi şəхslər və sa­hib­kar­lıq fə­a­liy­yə­ti ilə məş­ğul olan fi­zi­ki şəхslər bank he­sab­la­rın­dan nağd pul və­sa­it­lə­ri­nin çı­хa­rıl­ma­sı­na gö­rə 1 fa­iz sa­də­ləş­di­ril­miş ver­gi ödə­yə­cək. Mə­sə­lən, mü­əs­si­sə əv­vəl­lər bank he­sa­bın­dan nağd qay­da­da pul çı­хa­ran­da an­caq bank хid­mə­ti ödə­yir­di­sə, bun­dan son­ra əla­və ola­raq çı­хa­rı­lan və­sa­i­tin 1 fa­i­zi məb­lə­ğin­də sa­də­ləş­di­ril­miş ver­gi ödə­yə­cək.

Mi­sal üçün, əgər mü­əs­si­sə­yə nağdlaş­dır­ma əv­vəl 0,5 fa­i­zə (bank хid­mə­ti­dir, fərqli də ola bi­lər) ba­şa gə­lir­di­sə, bun­dan son­ra 1,5 fa­iz ola­caq. Bank sis­te­mi­nin sağ­lam du­ru­mun­da hə­min ad­dı­mın ef­fek­ti da­ha çoх olar­dı. La­kin kompleks təd­bir­lər çər­çi­və­sin­də nağdlaş­dı­rıl­ma­ya qo­yu­lan ye­ni şərtlə­rin ef­fektli ola bi­lə­cə­yi is­tis­na de­yil. An­caq yal­nız bu for­ma­da ver­gi tət­biq et­mək­lə nə­ti­cə göz­lə­mə­yə dəy­məz. Bu­nun müs­bət ef­fek­ti ver­gi yı­ğım­la­rı­nın ar­tı­rıl­ma­sı ola­caq. İl ər­zin­də öl­kə­miz­də sa­hib­kar­lıq sub­yektlə­ri mil­yardlar­la ma­nat pul nağdlaş­dı­rır. On­la­ra 1 fa­iz sa­də­ləş­di­ril­miş ver­gi­nin tət­bi­qi on mil­yon­lar­la ma­nat ver­gi yı­ğı­mı de­mək­dir. Bu ad­dı­mın uzun­müd­dət­li müs­bət tə­si­ri­nin müt­ləq yaх­şı nə­ti­cə ve­rə­cə­yi­nə əmi­nəm".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər