13/12/2017 05:37
728 x 90

Nax­çı­van-Məş­həd də­mir yo­lu­nun açıl­ma­sı­nın stra­te­ji hə­dəf­lə­ri...

"Nax­çı­van-Təb­riz-Teh­ran-Məş­həd də­mir yo­lu mü­hüm stra­te­ji əhə­miy­yət kəsb edir"

img

Əli Əlir­za­yev: "Həm yük, həm də sər­ni­şin­da­şı­ma­da bu­nun cid­di sə­mə­rə­si ola­caq"

 

Mə­lum ol­du­ğu ki­mi, de­kab­rın 29-da Nax­çı­van-Təb­riz-Teh­ran-Məş­həd bey­nəl­xalq sər­ni­şin qa­ta­rı xət­tə bu­ra­xı­lıb. Bu, iki öl­kə ara­sın­da əla­qə­lə­rin da­ha da də­rin­ləş­mə­si ba­xı­mın­dan mü­hüm əhə­miy­yət kəsb edir.

Be­lə ki, qa­tar­la bu marşrut in­san­la­rı­mı­zı bir-bi­ri­nə da­ha da ya­xın­laş­dı­ra­caq, ge­diş-gə­liş ar­ta­caq, tu­rizm və hu­ma­ni­tar sa­hə­də əmək­daş­lıq ye­ni mər­hə­lə­də ge­niş­lə­nə­cək. Bu, xü­su­si­lə, Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı ilə İran İs­lam Res­pub­li­ka­sı ara­sın­da iq­ti­sa­di və tu­rizm əla­qə­lə­ri­nin in­ki­şa­fın­da mü­hüm rol oy­na­ya­caq, sə­mə­rə­li əmək­daş­lıq qu­ru­la­caq. Qeyd edək ki, Nax­çı­van MR ilə İran ara­sın­da bey­nəl­xalq sər­ni­şin qa­ta­rı­nın xət­tə bu­ra­xıl­ma­sı "Azər­bay­can Res­pub­li­ka­sı Hö­ku­mə­ti ilə İran İs­lam Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da Azər­bay­can və İran də­mir yol­la­rı­nın əla­qə­lən­di­ril­mə­si haq­qın­da" 2016-cı il fev­ra­lın 23-də Teh­ran şə­hə­rin­də im­za­lan­mış Çər­çi­və Sa­zi­şin­də öz ək­si­ni ta­pıb.

Bir vaxtlar Nax­çı­van də­mir yo­lu vağ­za­lı səs­li-küy­lü yer­lər­dən bi­ri sa­yı­lır­dı. Çün­ki keç­miş SSRİ dö­nə­min­də pay­taxt Ba­kı­ya və it­ti­fa­qın di­gər şə­hər­lə­ri­nə get­mək is­tə­yən nax­çı­van­lı­la­rın sıx is­ti­fa­də et­di­yi nəq­liy­yat növ­lə­rin­dən bi­ri də sər­ni­şin qa­tar­la­rı idi. Er­mə­nis­ta­nın tə­ca­vüz­kar si­ya­sə­ti bü­tün sa­hə­lər­lə ya­na­şı, də­mir yo­lu nəq­liy­ya­tı­na da öz sar­sı­dı­cı zər­bə­si­ni vur­du. 1990-cı il­lə­rin əv­vəl­lə­rin­də bü­tün kom­mu­ni­ka­si­ya xət­lə­ri ilə bir­lik­də, pay­tax­ta doğ­ru uza­nan də­mir yo­lu xət­ti də bağ­lan­dı. Nax­çı­van blo­ka­da və­ziy­yə­ti­nə sa­lın­dı. La­kin ötən il­lər ər­zin­də Azər­bay­can döv­lə­ti­nin apar­dı­ğı uğur­lu si­ya­sət nə­ti­cə­sin­də mux­tar di­ya­rı­mız bü­tün çə­tin­lik­lə­ri bir-bir dəf et­di. İn­di isə növ­bə də­mir yo­lu nəq­liy­ya­tı­na ça­tıb. Nax­çı­va­nın də­mir yol­la­rı şə­bə­kə­si İran də­mir yo­lu xət­lə­ri­nə qo­şul­maq­la da­ha ge­niş are­a­la açıl­maq im­ka­nı əl­də edib.

Bü­tün bu de­yi­lən­lə­rin fo­nun­da, Nax­çı­van-Təb­riz-Teh­ran-Məş­həd bey­nəl­xalq sər­ni­şin qa­ta­rı­nın xət­tə bu­ra­xıl­ma­sı­nın nə ki­mi stra­te­ji əhə­miy­yə­ti var?

Sö­zü­ge­dən mə­sə­lə­ni "Ba­kı-Xə­bər"ə şərh edən iq­ti­sad­çı-alim Əli Əlir­za­ye­vin fik­rin­cə, bu­nun mü­hüm stra­te­ji əhə­miy­yə­ti var: "Ötən ilin mü­hüm na­i­liy­yət­lə­rin­dən bi­ri də sö­zü­ge­dən də­mir yo­lu­nun is­ti­fa­də­yə ve­ril­mə­si­dir. He­sab edi­rəm ki, bun­dan son­ra Nax­çı­van­dan Teh­ra­na, Təb­ri­zə və İra­nın di­gər şə­hər­lə­ri­nə get­mək da­ha ra­hat ola­caq. Son­ra hə­min də­mir yo­lu  As­ta­ra ilə bir­lə­şə­cək. Nə­ti­cə­də qa­tar­la İran­dan keç­mək­lə ra­hat şə­kil­də Ba­kı­ya get­mək müm­kün ola­caq. Qarsdan Nax­çı­va­na də­mir yo­lu çə­ki­lən­dən son­ra isə ra­hat şə­kil­də Tür­ki­yə­yə get­mək müm­kün ola­caq. Ona gö­rə də Nax­çı­van-Təb­riz-Teh­ran-Məş­həd də­mir yo­lu mü­hüm stra­te­ji əhə­miy­yət kəsb edir. Həm Nax­çı­van­da ya­şa­yan­lar, həm də İran­da olan­lar üçün bu­nun cid­di əhə­miy­yə­ti var. Bü­töv­lük­də, bu­nun Azər­bay­can üçün əhə­miy­yə­ti bö­yük­dür. Həm yük, həm də sər­ni­şin­da­şı­ma­da bu­nun cid­di sə­mə­rə­si ola­caq. Fik­rim­cə, sö­zü­ge­dən də­mir yo­lu­na hər za­man tə­lə­bat ola­caq".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər