17/02/2019 20:48
728 x 90

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnirdə “Qala” taekvando klubunun 4 idmançısı medal qazanıb

img

Azərbaycan Taekvando Federasiyası və Abşeron Rayon Gənclər və İdman İdarəsinin dəstəyilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando üzrə Abşeron rayon açıq birinciliyi keçirilib.

Respublikanın müxtəlif rayonlarından 30 taekvando komandasının və 600 idmançının qatıldığı turnirdə “Qala” taekvando klubunun idmançıları da iştirak ediblər. Klubun rəhbəri, respublikanın əməkdar məşqçisi Ramil Həsənov bizimlə söhbətində bildirdi ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnirdə klubun idmançıları Əsgər Həsən 21 kq çəki dərəcəsində II, Mircəfər Cabbarov 30 kq çəki dərəcəsində III, Tamella Musazadə 42 kq çəki dərəcəsində III, Aylin Həsənli isə 41 kq çəki dərəcəsində III yerə layiq görülüblər.

İRADƏ

Son xəbərlər