23/01/2019 18:29
728 x 90

İdman zallarında qanunsuz dopinq satışı?

img

Dopinq təkcə idmanda deyil, cəmiyyətdə də böyük problemə çevrilib. “Trend”in məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli dekabrın 25-də keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, idman zallarında dopinq qanunsuz olaraq satılır: “Təsəvvür edin ki, xərçəng və digər xəstəliklər üçün istifadə olunan dərmanları yeniyetmələrə, gənclərə satırlar. Bu tamamilə qanunsuzdur”.

Direktor əlavə edib ki, bu hala qarşı agentlik tərəfindən ciddi tədbirlər görülür.

Ş.Hüseynli hər kəsi bununla bağlı diqqətli olmağa, o cümlədən mətbuatı təbliğat işləri aparmağa çağırıb. O bildirib ki, dopinq insan sağlamlığı üçün ciddi ziyan törədir.

Agentlik direktoru vurğulayıb ki, bəzi federasiyalar, idmançılar və məşqçilər antidopinq qaydalarının pozulması ilə bağlı korrupsiya xarakterli təkliflər verir. O qeyd edib ki, agentlik şəffaf şəkildə fəaliyyət göstərir: “Biz fəaliyyətə başladığımız zaman bildirmişdik ki, agentlik şəffaf şəkildə işləyəcək. Agentlik qəti olaraq bu cür təkliflərə etiraz edir”.

Ş.Hüseynli bəyan edib ki, bu cür təkliflər irəli sürən istər federasiyalara, istər məşqçilərə, istərsə də idmançılara qarşı sanksiyalar tətbiq ediləcək.

Son xəbərlər