23/03/2019 01:31
728 x 90

"Mançester Yunayted" Mourinyo ilə yollarını ayırdı

img

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb. Trend-in məlumatına görə, portuqaliyalı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib.

J.Mourinyonun rəhbərliyi ilə "Mançester Yunayted" cari mövsümdə Premyer Liqada 17 turdan sonra 6-cı pillədə qərarlaşıb. Son turda isə səfərdə "Liverpul"a 1:3 hesabı ilə məğlub olub.

"Qırmızı şeytanlar"ın yeni baş məşqçisinin adı yaxın günlərdə açıqlanacaq.

Son xəbərlər