15/12/2018 16:11
728 x 90

Güləşçilərimiz yarışda... - FOTO

img

Noyabrın 26-dan 28-dək sərbəst güləş üzrə DİN çempionatı keçirilib.

Açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova və  Daxili Qoşunların Baş İdarəsinin İdman komandasının rəisi, polkovnik Namiq Abdullayev idmançılara uğurlar arzulayaraq, yarışı açıq elan ediblər.

Bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan 80 idmançı qələbə uğrunda mübarizə aparıb.

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə DİN Daxili Qoşunlarının Baş İdarəsi, Naxçıvan MR DİN və  Əlahiddə Çevik Polis Alayının əməkdaşları qərarlaşıb.

Müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan Bədir Sadıqov (61 kiloqram, Naxçıvan MR DİN), Eldar Məmmədov (65 kiloqram, DQ), Nadir Şərifov (70 kiloqram, DQ), Elvin Dövlətov (74 kiloqram, DQ), Alı Bayramov (84 kiloqram, DQ), Elmir Şirinov (97 kiloqram, Gəncə ŞBPİ) və Üzeyir Yusifov (125 kiloqram, ƏÇPA) yarışın baş mükafatını qazanaraq çempion olublar.

Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov və Seymur Qurbanbəyov iştirak edib.

Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb.

Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər