15/12/2018 16:09
728 x 90

Azərbaycan Milli Gimnastika Federasiyası “dünya üzrə ən yaxşı” qiymətini aldı

“Nelli Kimin Azərbaycan Milli Gimnasitika Federasiyasını bu istiqamətdə olan federasiyalar arasında ən aktiv qurum adlandırması və bu quruma rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirməsi müsbət haldır”

img

Sevinc Nuruqızı: “Beynəlxalq qurumların nümayəndələri dəfələrlə vurğulayıblar ki, Mehriban Əliyeva bu sahəyə rəhbərlik etdikdən sonra Azərbaycanda bədii gimnastika sahəsində müsbət dönüş baş verib”

 

Azərbaycanda idmanın müxtəlif sahələri üzrə həyata keçirilən uğurlu işlər beynəlxalq aləmdə də təqdir edilir. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın gimnastika sahəsinin inkişafına verdiyi töhfələr təqdir edilir.

“Azərbaycan Gimnastika Federasiyası (AGF) bütün tədbirlər üzrə dünyada ən fəal quruma çevrilib, çünki müxtəlif gimnastika növləri üzrə böyük yarışlar məhz Bakıda keçirilir”. Bu fikirləri Beynəlxalq Gimnastika Federasiyasının (FIG) vitse-prezidenti Nelli Kim Bakıda FİG İcraiyyə Komitəsinin iclası çərçivəsində söyləyib.

O, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya heyranlıq duyduğunu bildirib: “O, ölkənin Birinci vitse-prezidenti olmaqla yanaşı, təkcə Azərbaycanın deyil, dünya gimnastikası üçün də vaxt tapır. O, unikal qadındır”.

N.Kimin fikirlərini şərh edən yazıçı Sevinc Nuruqızı bizimlə söhbətində bildirdi ki, Mehriban Əliyeva Azərbaycanda gimnastikanın inkişafına çox böyük töhfələr verib. Onun bu sahəyə rəhbərliyi dövründə Azərbaycanda milli gimnastika inkişaf edib. O qeyd etdi ki, bu gün Azərbaycanın bədii gimnastikaçı qızlarını, demək olar ki, dünyada tanıyırlar. “Nelli Kimin Azərbaycan Milli Gimnasitika Federasiyasını bu istiqamətdə olan federasiyalar arasında ən aktiv qurum adlandırması və bu quruma rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirməsi müsbət haldır. Mehriban xanımın bu sahədə həyata keçirdiyi işlər yalnız ölkə idmanına deyil, dünya idmanına böyük fayda verir. Təsadüfi deyil ki, bir sıra idman sahələri ilə yanaşı, bədii gimnastika üzrə beynəlxalq yarışlar da Azərbaycanda keçirilir. Bunun da əhəmiyyəti böyükdür. Azərbaycanda gimnastika sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf haqqında yalnız özümüz danışmırıq, dünyanın populyar idman federasiyalarının təmsilçiləri da müsbət fikirlər bildirirlər. Beynəlxalq qurumların nümayəndələri dəfələrlə vurğulayıblar ki, Mehriban Əliyeva bu sahəyə rəhbərlik etdikdən sonra Azərbaycanda bədii gimnastika sahəsində müsbət dönüş baş verib. Xanım Nelli Kim də təbii ki, bu inkişafı görür və Azərbaycan Gimnastika Federasiyasının, eləcə də bu qurumun Prezidenti Mehriban Əliyevanın fəaliyyətinə obyektiv qiymət verir”. S.Nuruqızı qeyd etdi ki, o bir ziyalı və yazıçı kimi bu gün cəmiyyətdə bədii gimnastika sahəsinə güclü ictimai maraq olduğunu müşahidə edir. O hesab edir ki, bu marağın yaranmasında Mehriban xanımın həyata keçirdiyi uğurlu işlərin böyük payı var. “İllər əvvələ qədər Azərbaycanda bədii gimnastika ilə başqa millətlərin qızları məşğul idilərsə, hazırda Azərbaycan qızları bu sahəyə axın edirlər. Ailələr heç bir tərəddüdə yol vermədən qızlarını bədii gimnastikaya yazdırırlar. Bundan başqa, Bakıda möhtəşəm Gimnastika Arenası var və bu arenada yalnız öz komandalarımız deyil, xarici komandalar da məşq keçirlər. Burada yaradılan böyük şərait onları Bakıya cəlb edir. Bu məkanda beynəlxalq yarışlar keçirilir. Bu çox təqdirəlayiq haldır” - deyə yazıçı bildirdi.  

İradə SARIYEVA  

Son xəbərlər