15/12/2018 16:11
728 x 90

“Qala” taekvando klubunun idmançıları Göyçaydan 10 medalla qayıtdılar - FOTO

Ramil Həsənov: “Yetirmələrim bu yarışda da böyük səylə mübarizə apardılar”

img

Bölgələrdə müxtəlif idman növləri üzrə turnirlərin keçirilməsi artıq ənənə halını alıb. Ardıcıl olaraq regionlarda müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Noyabrın 25-də Göyçay rayon taekvando komandasının baş məşqçisi Kazım Kazımovun təşkilatçılığı ilə taekvando idman növü üzrə açıq birincilik keçirilib.

Respublikanın paytaxtından və bölgələrindən turnirə qatılan iştirakçılar arasında “Qala” taekvando klubun komandası da olub. “Qala” taekvando klubunun rəhbəri, 4-cü dan qara kəmər Ramil Həsənov bizimlə söhbətində açıq birinciliyin təşkilindən razı qaldığını bildirdi. “Göyçay açıq birinciliyi çox gərgin mübarizə şəraitində keçdi. Belə yarışların mütəmadi olaraq təşkil edilməsi uşaqlara güclü stimul verir. Yetirmələrim bu yarışda da böyük səylə mübarizə apardılar. Ümumilikdə, nəticədən narazı deyiləm. Bakıya 10 medalla qayıtmışıq” - deyə R.Həsənov bildirdi.

Bu yarışda da yetirmələrinin fərqləndiyini deyən R.Həsənov qeyd etdi ki, Göyçay rayon açıq birinciliyində Elmir İsmayılov və Kənan Yusifov I, Xanmurad Süleymanov, Əsgər Həsən, Gülnur Musazadə, Mircəfər Cabbarov, Kənan Məmmədəliyev, Elgün Məmmədov, Mirməhəmməd Həşimli, Aysu İsmayılova III yerə layiq görülüblər.

Qeyd edək ki, idmançıların məşqçiləri Ramil Həsənov və Fatma Əliyevadır.

İradə SARIYEVA 

Son xəbərlər