15/12/2018 16:09
728 x 90

Polis idmançılarımız Rusiyada iki medal qazandı - FOTO

img

Noyabrın 13-dən 19-dək Rusiyanın Medin şəhərində universal döyüş üzrə dünya çempionatı keçirilib. 58 ölkədən 350-dək idmançının qatıldığı bu mötəbər yarışda  milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşları, polis serjantları Orxan Şükürov və Asif Səlimli inamlı mübarizə aparıblar.

Yarış təəssüratlarını bizimlə bölüşən O.Şükürov bildirdi ki, dövlətimiz tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, bu sahəyə həvəs göstərən gənclərin sayı ildən-ilə artır: “Bu yarışda mən üniversal döyüşün layt versiyası üzrə çəkisi 75 kiloqramadək olan idmançıların sırasında  mübarizə apardım. Finaladək keçirdiyim bütün görüşləri qələbə ilə başa vurub gümüş medal qazanmışam.

Həm xidmət həm də komanda yoldaşım Asif Səlimli isə klassik versiya üzrə keçirilən yarışlara qatılıb. Çəkisi 90 kiloqramadək olan idmançılar arasında inamlı mübarizə apararaq gümüş medala sahib olub.

Bizə yaradılan şəraitdən, əməyimizə verilən qiymətdən ruhlanaraq bildirirəm ki, gələcəkdə də bu uğurları davam etdirəcəyik.”

Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər