19/11/2018 16:11
728 x 90

FIFA-dan Avropanın 11 aparıcı klubunun UEFA-dan kənar liqa yaratmaq planına sərt reaksiya... "Ya bizimləsiniz, ya da..."

img

Beynəlxalq Futbol Federasiyası (FIFA) yeni turnirdə (Avropa Superliqası) çıxış edən futbolçuları Dünya Çempionatına buraxmayacaq. Trend-in məlumatına görə, bu barədə "FIFA"nın prezidenti Canni İnfantino bildirib.

C.İnfantino yeni futbol liqasında çıxış edəcək futbolçuların Dünya Çempionatından, Avropa Çempionatından, milli liqalardan uzaqlaşdırılacaqlarını bildirib: "Ya siz bizimləsiniz, ya da gedin"

Xatırladaq ki, noyabrın 3-ü "Spiegel" jurnalı Avropanın aparıcı futbol klublarının elit futbol liqasının yaradılması üzərində işlədikləri barədə məlumat yaymışdı.

Jurnalın məlumatına əsasən, aralarında "Bavariya", "Borussiya Dortmund", "Real Madrid", "Yuventus", "Arsenal", "Barselona" və "Milan" olan klublar artıq 3 ildir bu cür Superliqanın yaradılması ilə bağlı danışıqlar aparırlar. Bu ay top-klublar niyyətləri haqqında birgə bəyanat imzalamaq istəyirlər.

Yeni layihəyə əsasən, 11 klub UEFA-dan çıxacaq və öz turnirini təşkil edəcək. Onlar 20 il ərzində çempionatdan qıraq qalma ehtimalı olmadan orada iştirak hüququ qazanacaqlar. Daha beş komanda liqaya qonaq qismində dəvət olunacaq. Turnirdə ümumilkdə 16 klub iştirak edəcək.

Superliqanın yaradıcıları İspaniyanın "Real Madrid", "Barselona", İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Çelsi", "Arsenal", "Liverpul", Fransanın "PSJ", İtaliyanın "Milan", "Yuventus" və Almaniyanın "Bavariya" klublarıdır. Dəvət olunan klubların İspaniyanın "Atletiko Madrid", Almaniyanın "Borussiya Dortmund", Fransanın "Marsel" və İtaliyanın "İnter" və "Roma" olması planlaşdırılır.

"Spiegel" həmçinin bildirib ki, "Bavariya" belə planlar əsasında 2016-cı ilin fevralında vəkillər bürosundan hüquqi cəhətdən klubun Almaniya "Bundesliqa"sından çıxışının mümkünlüyünü yoxlamağı istəyib.

Son xəbərlər