19/11/2018 16:10
728 x 90

Avropanın aparıcı klubları UEFA-dan kənar elit futbol liqası yaradır - DETALLAR

img

Avropanın aparıcı futbol klubları elit futbol liqasının yaradılması üzərində işləyirlər. Trend-in məlumatına görə, bu barədə Almaniyanın "Spiegel" jurnalı xəbər yayıb.

Jurnalın məlumatına əsasən, aralarında "Bavariya", "Borussiya Dortmund", "Real Madrid", "Yuventus", "Arsenal", "Barselona" və "Milan" olan klublar artıq 3 ildir bu cür Superliqanın yaradılması ilə bağlı danışıqlar aparırlar. Bu ay top-klublar niyətləri haqqında birgə bəyanat imzalamaq istəyirlər.

Yeni layihəyə əsasən, 11 klub UEFA-dan çıxacaq və öz turnirini təşkil edəcək. Onlar 20 il ərzində çempionatdan qıraq qalma ehtimalı olmadan orada iştirak hüququ qazanacaqlar. Daha beş komanda liqaya qonaq qismində dəvət olunacaq. Turnirdə ümumilkdə 16 klub iştirak edəcək.

Superliqanın yaradıcıları İspaniyanın "Real Madrid", "Barselona", İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Çelsi", "Arsenal", "Liverpul", Fransanın "PSJ", İtaliyanın "Milan", "Yuventus" və Almaniyanın "Bavariya" klublarıdır. Dəvət olunan klubların İspaniyanın "Atletiko Madrid", Almaniyanın "Borussiya Dortmund", Fransanın "Marsel" və İtaliyanın "İnter" və "Roma" olması planlaşdırılır.

"Spiegel" həmçinin bildirib ki, "Bavariya" belə planlar əsasında 2016-cı ilin fevralında vəkillər bürosundan hüquqi cəhətdən klubun Almaniya "Bundesliqa"sından çıxışının mümkünlüyünü yoxlamağı istəyib.

Son xəbərlər