19/11/2018 16:14
728 x 90

Ən çox medal qazanan idmançılar onun yetirmələridir... - FOTO

img

Ölkəmizin idman tarixinə zəfərlər yazan, bayrağımızı dünyanın bir çox dövlətlərində ucaldan idmançı əməkdaşlarımızı ən güclü rəqiblər kimi tanıyırlar. Sevindirici haldır ki, onların bu qalibiyyət yolu, hünər yolu davam edir. Sıralarımızda onların yüzlərlə davamçısı yetişir.

Müsahibimiz – DİN İdman Cəmiyyətinin əməkdaşı, əməkdar məşqçi Hikmət Hacıyev bildirir ki, ölkəmizin idman cəmiyyətləri və klubları arasında kikboksinq üzrə ən çox dünya və Avropa çempionları bu idman ocağında yetişib. Onların arasında polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları üstünlük təşkil edir: “Bu nəticələr həm də ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının daxili işlər orqanlarında daha səmərəli təşkilinin,  idmançı əməkdaşlara yaradılan hərtərəfli şəraitin əyani təzahürüdür. Hər birimiz bu qayğıya cavab olaraq etimadı doğrultmağı özümüzə şərəf, borc bilirik. Bu həm də DİN-in İdman Cəmiyyətində təlim-məşq prosesinin yüksək səviyyədə təşkilindən, təlimlərin daha səmərəli olmasından xəbər verir”.

Qeyd edək ki, respublikada yeniyetmələr və gənclər arasında kikboksinq WAKO (World Association of Kickboxing Organization) üzrə ən çox medal qazanan idmançılar H.Hacıyevin yetirmələridir. Belə ki, son 10 ildə təmsilçilərimiz  ölkəmizə 10-u qızıl, 17-si gümüş, 26-sı bürünc olmaqla ümumilikdə 53 medal gətiriblər.

Bu yaxınlarda isə Slovakiyanın paytaxtı Bratislavada kikboksinq üzrə Avropa çempionatı keçirilib. Yığma komandamızın tərkibində döyüşən DİN İdman Cəmiyyətinin təmsilçiləri bu yarışda da uğurla çıxış ediblər.

Hikmət Hacıyevin yetirmələrindən Ramal Aslanov çəkisi 71 kiloqramadək olan idmançılar arasında finaladək irəliləyərək çempionatın gümüş, Ruslan Musayev isə çəkisi 65 kiloqramadək olan idmançılar arasında yarışın bürünc medalını qazanıblar.

Əməkdar məşqçi H.Hacıyev üçün də bu yarış uğurlu olub. Belə ki, o, çəkisi 94 kiloqramdan yuxarı olan usta idmançıların yarışında fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.

Onu da qeyd edək ki, həmin yarışda İdman Cəmiyyətinin yetirməsi olan Aydın Ağabəyov isə beynəlxalq dərəcəli hakim adına layiq görülüb və daha mötəbər yarışlarda hakimlik etmək üçün dəvət alıb.

Söhbətin sonunda H.Hacıyev gənclərin narkomaniyadan və pis vərdişlərdən uzaq durması, onları sağlam gələcəyə ruhlandırmaq üçün idman tədbirlərinin keçirilməsinin vacib şərtlərdən olduğunu vurğuladı.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər