19/11/2018 18:25
728 x 90

“Qala” taekvando klubunun 11 yaşlı idmançısı Samarada keçirilən beynəlxalq turnirdə çempion olub - FOTO

Ramil Həsənov: “Mircəfər çox gərgin mübarizə apararaq rəqiblərinə qalib gəldi və 1-ci yerə layiq görüldü”

img

“Qala” taekvando klubunun idmançısı Mircəfər Cabbarov Rusiya Federasiyası Samara vilayətinin Tolyatti şəhərində sayca 4-cü olan "Nepobedimaya Derjava" beynəlxalq turnirində birinci yeri qazanıb.

Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrinin idmançılarının iştirak etdiyi “Nepobedimaya Derjava” beynəlxaq turnirindən danışan “Qala” taekvando klubunun rəhbəri, 4-cü dan qara kəmər Ramil Həsənov bizimlə söhbətində bildirdi ki, yarış çox gərgin mübarizə şəraitində keçib. Yetirmələrinin daim beynəlxalq yarışlarda iştirak etdiyini və qələbə qazandığını qeyd edən R.Həsənov yarışın sonuncu günündə 27 kq çəki dərəcəsində tələbəsi Mircəfər Cabbarovun çempion olmasını sevinclə qarşıladığını dedi. “O, heç bir rəqibinə aman vermədi. Mircəfər çox gərgin mübarizə apararaq rəqiblərinə qalib gəldi və 1-ci yerə layiq görüldü. Bu məni çox sevindirdi. İnanıram ki, Mircəfər bundan sonra da bütün yarışlardan çempion kimi ayrılacaq” - deyə R.Həsənov bildirdi.

Məlumat üçün bildirək ki, Mircəfər Cabbarov Nəsimi rayonu 14 saylı tam orta məktəbin 6-a sinfinin şagirdidir. M.Cabbarovun məşqçisi R.Həsənovdur.  

Son xəbərlər