21/10/2018 08:30
728 x 90

“Qafqaz” taekvando klubunun təşkilatçılığı ilə keçirilən respublika üzrə açıq birincilikdə “Qala” taekvando klubunun idmançıları 3 medal qazanıb - FOTO

Ramil Həsənov: “Respublikada müxtəlif klubların təşkil etdiyi açıq birinciliklər yeniyetmə və gənc taekvandoçuların həyatında mühüm əhəmiyyətə malikdir”

img

“Qafqaz” taekvando klubunun təşkilatçılığı və Azərbaycan Taekvando Federasiyasının dəstəyi ilə  29-30 sentyabr tarixində respublika üzrə açıq birincilik keçirilib. 35 taekvando komandasından 300 idmançının qatıldığı açıq birincilikdə “Qala” taekvando klubunun komandası da iştirak edib. “Qala” taekvando klubunun rəhbəri, 4-cü dan qara kəmər, birinci dərəcəli məşqçi Ramil Həsənov bizimlə söhbətində bildirdi ki, “Qafqaz” taekvando klubunun təşkilatçılığı ilə keçirilən açıq birinciliyin ölkənin taekvando həyatında rolu böyükdür.

R.Həsənovun verdiyi məlumata görə, turnir Azərbaycan Boks Federasiyasının idman zalında “DAEDO international” taekvando sistemi ilə keçirilib. I,II,III yerləri tutan idmançılar “Qafqaz" taekvando klubunun təsis etdiyi müvafiq diplom və medallarla  təltif olunublar.

“35 taekvando komandasının iştirakı ilə keçirilən açıq birincilikdə bizim komanda da uğurla çıxış etdi. Hesab edirəm ki, respublikada müxtəlif klubların təşkil etdiyi açıq birinciliklər yeniyetmə, gənc taekvandoçuların həyatında mühüm əhəmiyyətə malikdir. İdmançılar belə yarışlarda özlərini sınayır, nəyə qadir olduqlarını göstərirlər. Ümumiyyətlə, istər ölkə daxilində, istərsə də xaricdə keçirilən taekvando yarışlarında “Qala” taekvando klubunun idmançıları böyük həvəslə iştirak edirlər. Bu yarışlar uşaq və gənclərin bu sahəyə marağının artmasına səbəb olur” - deyə bildirən R.Həsənov onu da məlumat verdi ki, açıq birincilikdə rəhbərlik etdiyi klubun 3 idmançısı fərqlənib.

O dedi ki, klubun idmançısı Fatma İsmayılova 33 kq çəki dərəcəsində 2-ci, Tamella Musazadə 37 kq çəki dərəcəsində 3-cü, Rəvan Məmmədzadə isə 65 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüblər.  

İdmançıların məşqçiləri Ramil Həsənov və Fatma Əliyevadır.    

İradə SARIYEVA

Son xəbərlər